Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur Türkiyə Prezidenti
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünya sülhü ilə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıran Türkiyə Prezidenti bildirib ki, ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
"Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram", - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
Другие новости на эту тему:
Просмотров:131
Эта новость заархивирована с источника 21 Марта 2025 14:49 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















