Icma.az
close
up
AZ
Menu

ASTRA: Произошел взрыв в театре в центре Махачкалы ФОТО

Надежда на сенсацию и нежелание повторения прошлого английского дебюта

Бейонсе отметила юбилей в роскошном наряде ФОТО

На фестивале в Малайзии представлена азербайджанская культура ФОТО

США испытают недорогие системы противодействия БПЛА и баллистическим ракетам

Олег Амирбеков: Александр Шаровский будет жить в поставленных им спектаклях

Стилист из Баку Влад Лисовец назвал самый модный силуэт осени 2026 года

Эльмира Ахундова: Александр Шаровский был целой эпохой

США ударили по судну в Карибском море, есть погибшие

Лейла Алиева посетила школу для нуждающихся в особой заботе детей в Мадриде

Киев и Баку рассматривают возможность трехстороннего сотрудничества с ООН в сфере разминирования

От кризиса к новым проектам: как восстанавливаются отношения Баку и Москвы

Представлены команды турнира по пляжному поло Sea Breeze 2026

Руководство сети магазинов Bantik привлечено к ответственности ЗАЯВЛЕНИЕ

Стыкуя восточный и западный менталитет

Майкл Каррик назвал бакинский Сабах сложной командой

Нефтчи усилился бывшим форвардом Партизана

Проведен круглый стол по сохранению культурного наследия и биоразнообразия в тюркской цивилизации

Депутат: Вопрос участия Азербайджана в TRIPP может обсуждаться в разных форматах

ADSEA предоставлены новые полномочия

Paşinyan "böyük təmizləmə"yə başladı

Paşinyan "böyük təmizləmə"yə başladı

По материалам сайта Day.az, передает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanın daxili siyasi mənzərəsi indi elə biri durumdadır kim, 2026-cı il parlament seçkiləri uğrunda mübarizə artıq faktiki olaraq başlaması tam aşkardır. Halbuki təbliğat-təşviqat kampaniyası təbii ki, hələ rəsmən elan olunmayıb.

Siyasi meydan sürətlə baş nazir Nikol Paşinyanın fiquru ətrafında qütbləşir. Son aylarda o, təkcə inzibati resurslarını gücləndirməklə kifayətlənməyib, həm də hakimiyyətin strukturunu yenidən formatlayaraq "keçmiş" revanşist dairələri və xarici ölkələrlə onilliklər boyu bağlı olan saxta elita şəbəkəsini siyasi səhnədən tamamilə sıxışdırmaq xəttini qurub. Qarşıdurma artıq uzunmüddətli və planlı bir "təmizləmə" kampaniyasına çevrilib və hətta Paşinyanın tənqidçiləri də bunu son illərin ən ardıcıl daxili siyasi əməliyyatı kimi qəbul edirlər.

Ən mühüm amil kimi ənənəvi müxalifət klanlarının sürətlə zəifləməsi göstərilir. 2025-ci ilin əvvəlində aparılan üç sorğunun nəticələrinə əsasən, Serj Sarqsyan və Robert Koçəryanın qüvvələrinin birgə elektorat dəstəyi 20 faizdən yuxarı qalxmır. Eyni zamanda əhalinin təxminən 40 faizi hələ də qərarsızlar qrupundadır. Bu isə paradoksal vəziyyət yaradır: müxalifətin formal zəifliyi cəmiyyətdə yüksək dəyişkənliklə müşahidə olunur. Fəqət struktur problem eynidir - heç bir müxalifət platforması köhnə sxemlərə və ya xarici təsirlərə söykənməyən, müstəqil siyasi model təqdim edə bilmir. Paşinyan isə bunu öz çıxışlarında əsas arqument kimi göstərir: "hakim kursa alternativ yoxdur, köhnə dövrə qayıdış isə asılılıq, korrupsiya və xarici nəzarətə dönüş deməkdir".

Ritorikanı gücləndirən amillərdən biri də rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu ilə ilə amerikalı jurnalist Taker Karlsonun muzdlu, səs-küylü müsahibəsi oldu. Formal olaraq adi podkast təsiri bağışlasa da, əslində bu, seçki dövrü öncəsi Paşinyana qarşı xaricdən yönəldilmiş kampaniyanın bir hissəsinə çevrildi. Qonağın seçilməsi elə şübhəli idi ki, erməni ekspert dairələrində belə bir sual yarandı: "Çəkisi yalnız problemli rus oliqarx mühitinə mənsubiyyətindən ibarət olan birini efirə çıxarmağa dəyərdi?" Lakin müsahibənin məzmun analizi göstərdi ki, məqsəd qonağın özü deyil, efirdə səsləndirilən mesajların toplusu idi. Karlson müsahibənin böyük qismini Paşinyana qarşı Rusiya təbliğat kanallarının ritorikasını təkrarlayaraq "xristianlığa qarşı mübarizə", "ənənəvi dəyərlərin dağıdılması", "LGBT gündəminin təbliği" kimi klişelərlə doldurdu. Bu cür şablonlar Kreml tərəfindən illərdir öz siyasətini qəbul etməyən liderləri ləkələmək üçün istifadə olunur.

Ermənistanda bu ittihamlar ya istehzayla, ya da çaşqınlıqla qarşılanır. Kilsənin tarixi təsirinin böyük olduğu, cəmiyyətin isə hələ də 1990-cı illərin ortalarındakı konservativ səviyyədə qaldığı ölkədə Paşinyanı "liberal diktator" kimi təqdim etmək absurddur. Amma məhz bu şablon ritorikanın sərtliyi Paşinyana göstərdi ki, İrəvana qarşı təzyiqin yeni mərhələsinə keçilib ki, məqsəd xaricdə antihakimiyyət diskursunun formalaşdırılmasıdır. Nəticədə bu hücum ölkə daxilində onun xeyrinə işləyib: müsahibədən bir həftə sonra hökumətə yaxın media bu hadisəni ictimaiyyətə "artıq mübarizənin daxili yox, beynəlxalq miqyas aldığı" kimi təqdim etdi.

Daxildə isə 2025-ci ilin əvvəlindən etibarən proseslər daha da sürətlənib. Əsas siqnal Eçmiədzində keçirilən seçkilər oldu - kilsənin ənənəvi təsirinin və siyasi çəkisinin çox yüksək olduğu şəhərdə hakim "Vətəndaş Müqaviləsi" partiyası 33 yerin 19-nu qazandı. Robert Köçəryanın çevrəsinə bağlı "Qələbə" bloku cəmi 12 mandat əldə etdi, "Ana Ermənistan" isə iki yerlə kifayətləndi. Beləliklə, dini- revanşist qrupların "müqəddəs mərkəz"də narazılıq dalğası qaldırmaq cəhdi uğursuz oldu.

Paşinyan bu qələbədən maksimum istifadə etdi. O, seçkilərdən dərhal sonra yazdığı paylaşımda açıq şəkildə bildirdi ki, "səsvermənin nəticələri Müqəddəs Eçmiədzinin Ktriç Nersisyanın təsirindən azad olunması üçün impuls oldu". Ermənistan siyasi leksikonunda bu ifadə misilsizdir. Baş nazir faktiki olaraq kilsə rəhbərini xaricdəki mərkəzlərə xidmət edən dairələrlə siyasi bağlılıqda və dövlət maraqlarına təhlükə yaratmaqda ittiham etdi. Bu, hökumətlə Eçmiədzin arasında uzunmüddətli gizli gərginliyin açıq mərhələyə keçdiyini göstərdi.

Vagarşapatdakı uğurdan sonra hakimiyyət müxalifətin ənənəvi dayaqları olan iri şəhərlərdə təşəbbüsü ələ almağa başladı. Ən diqqətçəkən nümunə Gümrü oldu - burada martda keçirilən seçkilərdə müxalifətin dəstəklədiyi, kriminal keçmişi ilə tanınan Vartan Qukasyan mer seçilmişdi. Revanşist qüvvələr bunu "böyük qayıdışın başlanğıcı" kimi təqdim edirdilər. Fəqət Qukasyan Ermənistan Antikorrupsiya Komitəsi tərəfindən rüşvət alma ittihamı ilə həbs edildi - istintaq versiyasına görə, o və bir qrup məmur yerli sahibkardan saxta sənəd üçün dörd milyon dram tələb etmişdi. Bu qalmaqal müxalifətin informasiya kampaniyasını tam iflasa uğratdı və "köhnə nəsil siyasətçilərin" geri dönüşünün labüd şəkildə korrupsiyanın da qayıdışı demək olduğunu sübut etdi.

Hökumətin daxili siyasi gündəliyi iki əsas istiqamət üzərində qurulub. Birincisi - Azərbaycanla sülh prosesi. 8 avqustda Ağ Evdə imzalanan razılaşmalar, Ermənistanda "Tramp marşrutu" adlandırılan nəqliyyat dəhlizinin razılaşdırılması və regional kommunikasiyaların mərhələli açılması Paşinyana keçmişə deyil, gələcəyə istinad etməyə imkan verir. İkincisi - ABŞ ilə strateji tərəfdaşlıq. Hakim partiya bu əlaqəni suverenliyin əsas təminatı kimi təqdim edir. Hər iki istiqamət "Vətəndaş Müqaviləsi"nin 2025-2026-cı illər üçün siyasi proqramına daxil edilib və seçki kampaniyasının mərkəzi elementi hesab olunur.

Vagarşapat seçkilərinin nəticələri göstərdi ki, bu arqumentlər ən azı şəhər səviyyəsində işləyir. Bəzi prosedur pozuntuları qeyd olunsa da, ciddi saxtakarlıq aşkarlanmadı, müxalifət də nəticəni ümumilikdə qəbul etdi. Bu isə Ermənistan siyasətində nadir hadisə idi: lokal seçkilər sistemin dağılmasının deyil, əksinə sabitliyinin göstəricisinə çevrildi.

Bu dinamikanı nəzərə aldıqda, Paşinyan 2026-cı ilə iki mühüm üstünlüklə daxil olur. O, həm siyasi vertikali, həm də böyük bələdiyyələri nəzarətdə saxlayır. Müxalifət isə - informasiya məkanında hay-küy yaratsa da - hələ də parçalanmış, xarici aktorlardan asılı və pozitiv gündəm formalaşdırmaq iqtidarında deyil. Onların yeganə taktiki vasitəsi qarşıdakı seçkiləri "kilsə ilə hökumət arasında plebisitə", "ənənə ilə modernləşmə arasında mübarizəyə", "Rusiya ilə Qərb arasında seçimə" çevirmək cəhdidir. Lakin 2025-ci ilin Ermənistanı artıq 2018-ci ilin Ermənistanı deyil: cəmiyyət daha praqmatik, korrupsiyaya qarşı daha həssas və pafoslu şüarlara qarşı daha immunlaşıb.

Bu mənzərə Ermənistan üçün unikal vəziyyət yaradır. Uzun illərdən sonra ilk dəfə hökumətin siyasi kursu hakimiyyəti saxlamaq deyil, xaricdəki mərkəzlərin təzyiqindən, kilsə təsirindən və kriminal elitalardan asılı olmayan dövlət modeli qurmaq üzərində qurulub. Bu modeldə Paşinyan üçün əsas məsələ təkcə 2026-cı ildə qalib gəlmək deyil, həm də revanş imkanını tam bağlamaqdır. Məhz buna görə o, suverenliyə təhdid hesab etdiyi bütün strukturlara ardıcıl təzyiq göstərir. Onun tərəfdarları bunu müstəqilliyin möhkəmlənməsi, rəqibləri isə avtoritarizmə doğru addım kimi qiymətləndirir. Amma faktlar, proseslərin məntiqi və seçki nəticələri hələlik birinciləri haqlı göstərir.

Paşinyanın bu addımı siyasi nizamı faktiki olaraq yenidən formalaşdırdı: kilsə mənəvi otoritetdən hökumətə qarşı əsas müqavimət mərkəzinə çevrildi, baş nazir isə onunla ilk dəfə kompromis tonunda deyil, siyasi rəqabət tonunda danışmağa başladı. Ermənistan kimi ölkədə, harada ki, kilsə onilliklər boyu dövlətlə yanaşı ikinci təsir mərkəzi olub, bu, 2025-ci ili köhnə sistemin qırılma ili, dönüş nöqtəsi edir. Paşinyan bu məqamdan öz strategiyasının təsdiqi kimi istifadə edir: əgər Eçmiədzin Köçəryan klanları ilə, onlar isə Moskva şəbəkələri ilə bağlıdırsa, deməli, siyasi mübarizə artıq hakimiyyət uğrunda deyil, suverenlik uğrundadır. Bu çərçivə xüsusilə ona görə effektiv işləyir ki, kilsənin ictimai rolu barədə təsəvvürlər dəyişir. Şəhər əhalisinin, xüsusilə gənc nəsilinin əksəriyyəti Eçmiədzini mənəvi qaladan çox, reallıqla əlaqəsini itirmiş, klan maraqlarına xidmət edən qapalı korporasiya kimi görür. Vagarşapatda "Vətəndaş Müqaviləsi"nin qələbəsi də bu narazılığın çoxdan yığıldığını və Paşinyanın onu siyasi kapitala çevirməyi bacardığını göstərdi.

Bu fon Paşinyanın daxili məntiqini gücləndirir: "sabiqlər" artıq siyasi rəqib deyil, ölkəni asılılıqda və korrupsiya bataqlığında saxlamış sistemin qalığıdır. Onların qayıdışı dövlətin gələcəyi baxımından qəbuledilməzdir. Elə buna görə 2025-2026-cı illərin kampaniyasının mərkəzi tezisi də budur. Paşinyan "sabiqlər"in iki dayağını - kriminal-biznes çevrələrini və kilsə strukturlarını - ardıcıl zərbəyə məruz qoyur. Gümrü meri Vartan Qukasyanın həbsi bu strategiyanın bir hissəsidir. Gümrü - hər zaman müxalifətin özünü daha rahat hiss etdiyi şəhər olub, Qukasyanın 2025-ci ilin martında qələbəsi Köçəryan dairələri tərəfindən "köhnə Ermənistanın qayıdışı" kimi təqdim edilirdi. Lakin Antikorrupsiya Komitəsinin başlatdığı istintaq bu ssenarini dağıtdı. Rüşvət və sənəd saxtalaşdırması ittihamı - köhnə sistemin simvolu - "vicdanlı revanşistlər" mifini darmadağın etdi. Qalmaqal o qədər böyüdü ki, hətta bəzi mülayim müxalifətçilər də ondan uzaqlaşmaq məcburiyyətində qaldılar. Hökumət isə bu hadisəni cərrahi dəqiqliklə istifadə etdi: Qukasyan "keçmişlər"in qayıdışının avtomatik olaraq korrupsiyanın qayıdışı demək olduğunu göstərən nümunəyə çevrildi.

Burada Paşinyanın siyasi düşüncə tərzi mühümdür. O, müxalifəti fenomen kimi yox, sistem kimi aradan qaldırır - yəni klanlıq, kilsə təzyiqi, kriminal əlaqələr və xarici asılılıq üzərində qurulmuş köhnə modelin sökülməsi. Bu mənada 2025-ci ilin mübarizəsi konkret şəxslərə qarşı deyil, onun hakimiyyətə gəlməsindən iki onillik əvvəl qurulmuş siyasi memarlığa qarşı aparılır. Paşinyan cəmiyyətə göstərmək istəyir ki, 2026-cı ildə seçim təkcə partiyalar arasında deyil, gələcəklə keçmiş, dövlətçiliklə asılılıq arasında olacaq. Buna görə də xarici siyasət, xüsusilə Azərbaycanla sülh prosesi və ABŞ ilə tərəfdaşlıq, onun kampaniyasının ön planına çıxır.

2025-ci il avqustun 8-də Ağ Evdə imzalanmış saziş - Ermənistanda "Tramp marşrutu" adlandırılan layihə - hökumət üçün əsas siyasi resursa çevrilib. Bu saziş Paşinyana müharibə yox, gələcək, risk yox, imkanlar haqqında danışmaq imkanı verir. Nəqliyyat xərclərini azaldan, regionla kommunikasiyanı bərpa edən və ölkəni qapalı vəziyyətdən tranzit mərkəzinə çevirən bu marşrut "Vətəndaş Müqaviləsi"nin daxili diskursunun dayaqlarından birinə çevrilib. Cəmiyyətin bir hissəsi üçün bu, yeni dövrün başlanğıcı, "sabiqlər" üçün isə ölüm hökmüdür. Çünki onların siyasi kimliyi məhz qorxu və qarşıdurma üzərində qurulmuşdu. Ermənistanın Rusiya asılılığını real şəkildə azaltmaq imkanı yarandığı şəraitdə hər cür revanşist ritorika artıq təhlükə kimi qəbul olunur.

ABŞ ilə əməkdaşlıq isə Paşinyanın daxili kampaniyasının ikinci mərkəzi xəttidir. Ermənistan son otuz ildə ilk dəfə çoxvektorlu siyasəti bəyan etməklə kifayətlənmir, faktiki olaraq bir konkret qüvvə ilə strateji tərəfdaşlığa keçir - təhlükəsizliyinə və ərazi bütövlüyünə real zəmanət verən qüvvə ilə. Bu, nə Moskvaya, nə kilsə-klan dairələrinə, nə də prorusiya mediaya xoş gəlir. Amma Paşinyan üçün bu, yeni legitimlik mənbəyidir: əgər ABŞ bu kursu dəstəkləyirsə, deməli, istiqamət doğrudur.

Bütün bu amillərin - bələdiyyə qələbələrinin, kilsə strukturlarına qarşı siyasi hücumun, xarici təzyiqin nümayişinin və yeni tərəfdaşlığın formalaşmasının - birləşməsi Paşinyana 2026-cı il üçün unikal üstün start vəziyyəti yaradır. O, seçki ilinə siyasi vertikal üzərində tam nəzarətlə, yerli səviyyədə ciddi uğurlarla və daxili ziddiyyətlərdən dağılmış, xarici mərkəzlərə bağlı müxalifətlə girir. Ən başlıcası isə - ictimai əhval-ruhiyyə emosional ritorikadan praqmatik təfəkkürə keçib. İnsanlar artıq "xilas" şüarlarına deyil, iqtisadi proqnozlara, nəqliyyat marşrutlarına, asılılığın azalmasına və beynəlxalq vəziyyətin yaxşılaşmasına reaksiya verirlər. Yəni ideologiyaya deyil, faktlara.

Məhz buna görə də hazırkı mərhələ Ermənistanda dönüş nöqtəsinə çevrilib. Paşinyan ölkəni elə bir vəziyyətə gətirib ki, siyasi rəqabət artıq xarizma savaşı deyil, strategiyalar savaşıdır. Amma strategiya yalnız bir tərəfdə var. Müxalifət isə hələ də köhnə ittihamları təkrarlamaqdan, kilsəyə istinad etməkdən, konservativ qorxular üzərindən oynamaqdan və Moskvanın media resurslarından faydalanmaqdan o tərəfə keçə bilmir. Lakin keçmiş sxemlərdən bezmiş ölkədə bununla seçki qazanmaq artıq mümkün deyil. Paşinyan isə əksinə, elə bir model təklif edir ki, bu modeldə Ermənistan obyekt yox, subyektə çevrilir. O, hər fürsətdən istifadə edərək göstərir: 2026-cı il köhnə sistemdən qəti imtinanın ili olmalıdır.

Beləcə, Paşinyan siyasi mübarizəni emosional səviyyədən rasional müstəviyə keçirir. O, müxalifətə elə bir gündəm diktə edir ki, orada "xilas" qışqırmaq yox, konkret həllər təklif etmək tələb olunur. Amma revanşistlərin təklifi yoxdur. Onların yeganə silahı qorxudur, lakin 2023-dən sonra Ermənistan artıq qorxuya əvvəlki kimi reaksiya vermir. İnsanlar illərlə "güc elitalarının" vədlərinin nəyə gətirib çıxardığını gördülər. Onlar görürlər ki, Moskva artıq regiona qayıtmır. Hətta kilsə belə emosional çağırışlardan başqa heç nə təklif edə bilmir.

Məhz buna görə də Paşinyan özünü inamla aparır. O, başa düşür ki, əgər situasiya bu axarla davam etsə, 2026-cı ildə onun real şansı var - təkcə seçkiləri qazanmaq deyil, həm də "keçmişlər" sistemini birdəfəlik sökmək. Bu, Ermənistan müstəqilliyinin otuz ili ərzində heç kimə nəsib olmayan nəticədir.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:138
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 18 Ноября 2025 13:42
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

ASTRA: Произошел взрыв в театре в центре Махачкалы ФОТО

10 Сентября 2026 08:18see467

Надежда на сенсацию и нежелание повторения прошлого английского дебюта

10 Сентября 2026 00:04see289

Бейонсе отметила юбилей в роскошном наряде ФОТО

10 Сентября 2026 09:24see248

На фестивале в Малайзии представлена азербайджанская культура ФОТО

09 Сентября 2026 21:38see239

США испытают недорогие системы противодействия БПЛА и баллистическим ракетам

10 Сентября 2026 01:24see225

Олег Амирбеков: Александр Шаровский будет жить в поставленных им спектаклях

09 Сентября 2026 22:21see224

Стилист из Баку Влад Лисовец назвал самый модный силуэт осени 2026 года

09 Сентября 2026 22:04see211

Эльмира Ахундова: Александр Шаровский был целой эпохой

09 Сентября 2026 22:19see211

США ударили по судну в Карибском море, есть погибшие

10 Сентября 2026 07:39see201

Лейла Алиева посетила школу для нуждающихся в особой заботе детей в Мадриде

10 Сентября 2026 21:41see187

Киев и Баку рассматривают возможность трехстороннего сотрудничества с ООН в сфере разминирования

10 Сентября 2026 19:10see186

От кризиса к новым проектам: как восстанавливаются отношения Баку и Москвы

09 Сентября 2026 20:29see179

Представлены команды турнира по пляжному поло Sea Breeze 2026

10 Сентября 2026 22:25see176

Руководство сети магазинов Bantik привлечено к ответственности ЗАЯВЛЕНИЕ

10 Сентября 2026 23:21see173

Стыкуя восточный и западный менталитет

10 Сентября 2026 17:00see171

Майкл Каррик назвал бакинский Сабах сложной командой

11 Сентября 2026 01:51see164

Нефтчи усилился бывшим форвардом Партизана

10 Сентября 2026 12:40see158

Проведен круглый стол по сохранению культурного наследия и биоразнообразия в тюркской цивилизации

10 Сентября 2026 19:31see153

Депутат: Вопрос участия Азербайджана в TRIPP может обсуждаться в разных форматах

11 Сентября 2026 08:00see153

ADSEA предоставлены новые полномочия

10 Сентября 2026 17:02see151
newsПоследние новости
Самые свежие и актуальные события дня