Icma.az
close
up
AZ
Menu

Хроника Победы: Первый день войны и первые успехи 27 сентября ФОТО ВИДЕО

IOI и CSI обозначили приоритеты в работе по адаптации к снижению уровня воды Каспия (Эксклюзив)

II Азербайджанский международный инвестиционный форум: Диалог по инфраструктурным инвестициям Азербайджана

В аккаунтах Президента в социальных сетях опубликован пост по случаю 27 сентября Дня памяти

Махир Эмрели перед матчем с Литвой: Наша цель добиться положительного результата

От рэп батлов до трибуны ООН: премьер Непала удивил мир своим фирменным образом

Азербайджанские спортсменки покорили Италию

За последние 10 лет на проходивших в Баку гонках Формулы 1 работали более 20 тысяч волонтеров

Азербайджан обсудил с американской компанией вопросы энергоперехода и хранения энергии

Российско казахстанский бизнесмен президент Международной шахматной федерации

Глава МИД Азербайджана провел 37 двусторонних встреч в Нью Йорке

В Пакистане 11 человек погибли из за взрыва

Cборную Азербайджана в матче c Литвой поддержат 100 болельщиков

Уникальная стратегия Президента Ильхама Алиева. Крупнейшие компании мира выбирают Азербайджан

Гороскоп на 27 сентября для каждого знака зодиака

Премьер министр Таджикистана посетил Азербайджанский национальный музей ковра ФОТО

Агаларов: В Баку собрались представители фондов с активами около $27 трлн

Ильхам Алиев встретился с президентом Международной автомобильной федерации

Мировые медиа о прошедшем в Баку Азербайджанском международном инвестиционном форуме

Аббасов перед матчем с Литвой: Наша главная цель занять первое место

Paşinyanın yeni "qaz" xəyalı var

Paşinyanın yeni "qaz" xəyalı var

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu,
Trend

Ermənistan yenidən xəyal qurur. Yenə də mövcud olmayan marşrutları xəritəyə çəkir, borularsız və torpaq üzərində heç bir məntiqi, iqtisadi, siyasi və strateji zəminlərlə əsaslar olmadan havadan qaz kəmərləri "çəkir". Tarixi mifologiya ilə geosiyasi reallıq arasında sıxışıb qalan bu ölkə Rusiyadan enerji asılılığından qopmaq üçün növbəti dəfə ümidsiz və qeyri-real bir cəhd göstərir. Və bu, hazırlıqlı olduğu üçün yox, məcbur olduğu üçün baş verir. Çünki baş nazir Nikol Paşinyanın nə müttəfiqlərə, nə xalqına, nə də özünə təklif edə biləcəyi bir şey qalmayıb.

İrəvanda inanmaq istəyirlər ki, xilas cənubdan - İrandan və şərqdən - Türkmənistandan gələcək. Ancaq başqalarının maraqlarının toqquşduğu coğrafiyada Ermənistan yenə də öz iddiaları ilə səhnəyə çıxır. Suverenlik illuziyasının ildə bir dəfə səhnələşdirildiyi İrəvanda daha bir "inqilabi layihə" elan edilib: guya Türkmənistan qazı yaxın günlərdə İran üzərindən Ermənistanın boru kəmərlərinə axacaq. Amma bu, qaz müqaviləsi deyil - deyilənlər əslində ermənilərin ümidsizlik fəryadıdır.

İrəvanda səslənənlər enerji strategiyası yox, Ermənistanın boğulduğu asılılıqdan qurtulmaq üçün "siyasi oksigen" axtarışıdır.

Heç bir üçtərəfli svop Ermənistanın heç vaxt malik olmadığı şeyi - real siyasi subyektivliyi əvəz edə bilməz. Aşqabad və Tehranla aparılan danışıqlarda isə Paşinyan administrasiyasına statik rol biçilib.

Bütün bunlar Moskva ilə münasibətlərin sürətlə çökdüyü, Qərbin soyuq susqunluq nümayiş etdirdiyi və regionun böyük enerji oyunçularının Ermənistanı açıq şəkildə görməzlikdən gəldiyi bir fon üzərində baş verir.

Ermənistan Rusiyadan ayrılmır. Ermənistan oradan qaçır. Plansız, zəmanətsiz, müttəfiqsiz. Təbii ki, bu qaçış da, əvvəlkilər kimi, divara çırpılmaqla başa çatacaq.

Ermənistan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın növbəti iclasında baş nazir Nikol Paşinyanın müşaviri Artaşes Tumanyan illərdir masa üzərində olan, lakin heç vaxt gerçəkləşməyən bir ideyanı yenidən gündəmə gətirdi: Türkmənistan təbii qazının İran vasitəsilə Ermənistana çatdırılması. Svop sxeminə əsasən, Türkmən qazı İrana göndəriləcək, əvəzində Ermənistan İranın anbarlarından bərabər həcmdə qaz alacaq.

Layihənin həcmi barədə artıq kifayət qədər danışılıb: illik 600 milyon - 1 milyard kubmetr arasında. Bu yalnız diversifikasiya cəhdi deyil, həm də Ermənistan üçün potensial enerji transformasiyası ola bilərdi. 2023-cü ildə "Qazprom Ermənistan" ölkəyə 2,4 milyard kubmetr qaz tədarük edib - bu halda türkmən qazı ümumi tələbatın təxminən 40 faizini ödəyə bilər.

Ən mühüm məsələ - qiymət - hələ də açıq qalır. Tumanyanın sözlərinə görə, Tehran ilkin razılığını verib. Türkmənistan da maraqlıdır. Amma danışıqlar məhz qiymət məsələsində yenidən dalana dirənib - necə ki, bu, əvvəllər dəfələrlə baş verib.

Əslində, türkmən qazını Ermənistana cəlb etmək cəhdləri əvvəllər də olub. Bu ideyalar 2000-ci illərdə səslənmiş, 2010-cu ildən sonra yenidən aktuallaşmış, 2016-cı ildə bir daha gündəmə gəlmişdi. Amma hər dəfə layihələr yarımçıq qalmışdı - bəzən tənzimlənməmiş tariflərə, bəzən geosiyasi amillərə, bəzən isə infrastrukturun olmamasına görə. İran bu sxemdə tranzit düyünü kimi çıxış edir və bu prosesin açarı olaraq qalır.

Mövcud danışıqları fərqləndirən cəhət odur ki, meydanda artıq yeni çağırışlar var. Rusiyanın regionda ənənəvi qaz tədarükçüsü kimi diplomatik təsir imkanları hər il daha da azalır. Ermənistan isə Qərblə daha fəal şəkildə flört edir və enerji təhlükəsizliyi üçün alternativ yollar axtarır - hətta bu yol üç fərqli marağa malik dövlətin üzərindən keçsə belə.

Dənizə çıxışı olmayan, Azərbaycan və Türkiyə ilə həm siyasi, həm də logistik təcrid vəziyyətində qalan Ermənistanın yeganə manevr sahəsi İran və Gürcüstandır. Alternativ enerji axınlarının tranziti yalnız bu iki ölkə vasitəsilə mümkündür. Hazırda İran-Ermənistan qaz kəməri mövcuddur və barterni təmin edir: İran qaz verir, Ermənistan istilik elektrik stansiyalarında istehsal olunan enerjini geri qaytarır. Amma bu sistemin maksimum həcmi - ildə təxminən 370 milyon kubmetr - tam olaraq barterə gedir. Genişləndirmə yalnız yeni formatla mümkündür.

Erməni rəsmilərinin Türkmənistanla qaz sxeminə dair açıqlamaları daxili auditoriyaya və Qərbə ünvanlanan siyasi jestlərdir: guya İrəvan "oturub gözləmir". Üstəlik, Tumanyanın dediyinə görə, Türkmən qazının Ermənistandan Gürcüstana tranzit ehtimalı da var və Tbilisi buna müsbət cavab verib. Gələcəkdə isə bu qazın Qara dəniz regionuna çıxışı da mümkün ola bilər. Bu isə layihəyə beynəlxalq miqyas qazandırır.

Unutmayaq ki, bir il əvvəl baş nazir Nikol Paşinyan sülh müqaviləsi imzalanacağı və tranzit infrastruktur yaradılacağı təqdirdə Azərbaycan qazının alınmasının mümkünlüyünü açıq şəkildə etiraf etmişdi. Lakin Bakı ilə danışıqlar prosesinin iflic olduğu, ölkədaxili antirusiya isterikasının yüksəldiyi və Qərbə reorientasiya cəhdlərinin intensivləşdiyi bir vaxtda bu ssenari daha da qeyri-real görünür.

Türkmən qazı beləliklə, kompromis xarakterli, lakin olduqca mürəkkəb bir seçimə çevrilir. Bu, azı üç hökumətin razılaşdırılmış tarif, həcm, qiymət və infrastruktur koordinasiyasını tələb edir. Ən yaxşı halda belə, bu layihə Ermənistanın enerji asılılığının bütün problemlərini həll etməyəcək. Lakin Moskvadan qopmaq istəklərinə xidmət edən rəmzi bir addım kimi təqdim edilə bilər.

Əslində isə bu - qazla yox, illüziyalarla qurulmuş yalandır. Ermənistan özünü bir daha aldadır. Və bu aldadıcı "enerji xəyalları" onu daha dərin geosiyasi uçuruma sürükləyir.

Təbii qaz mövzusundan əlavə, danışıqlarda Türkmənistandan Ermənistana elektrik enerjisinin tədarükü məsələsi də müzakirə olunub. Aşqabad bu ideyaya müsbət yanaşıb, lakin İrəvanda hələ də bu enerjinin istifadəsi üçün optimal model barədə qərar verilməyib. Mümkün variantlardan biri - bu enerjinin artıq mövcud olan İranla enerji mübadiləsi sxeminə inteqrasiyasıdır. Amma burada da texniki və iqtisadi məqsədəuyğunluq sual altındadır.

Hökumətlərarası danışıqlarda qeyd olunan üçüncü istiqamət isə neft-qaz kompleksi sahəsində potensial əməkdaşlıq olub. Söhbət Türkmənistandan Ermənistana neft məhsulları və xammalın çatdırılmasından gedir. Hazırda bu təkliflər ilkin məsləhətləşmələr və Ermənistanın özəl şirkətlərinin maraqlarının öyrənilməsi mərhələsindədir.

İrəvanın Qərbə doğru kurs götürdüyü gündən etibarən, Ermənistan enerji resurslarının tədarükünü diversifikasiya etmək yollarını hər vəchlə axtarır. Bu istiqamətdə ABŞ ilə yeni atom elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq nümunə göstərilə bilər. Layihə açıq şəkildə "Rosatom" və "Qazprom"un Ermənistan enerji bazarındakı hegemonluğunu sarsıtmağa hesablanıb.

Ancaq problem ondadır ki, ölkənin qaz-nəqliyyat sistemi və qazın daxili paylanması tamamilə "Qazprom Ermənistan" adlı Rusiya dövlət şirkətinin nəzarəti altındadır. Bu, Ermənistan üçün çıxılmaz dairə yaradır: alternativ mənbənin mövcudluğu belə, qazın fiziki olaraq ölkəyə daxil olmasını Moskvanın iştirakı olmadan mümkünsüz edir.

Türkmənistan onilliklərdir ki, qazını Rusiya və Çin marşrutlarından kənarda bazarlara çıxarmağa çalışır. Xatırladaq ki, 2022-2023-cü illərdə İran üzərindən Azərbaycana 1,5 milyard kubmetr türkmən qazı çatdırıldı. Lakin bu layihə də uzunömürlü olmadı - Aşqabad qiymətlərin aşağı olduğunu bildirərək tədarükü dayandırdı.

İndi eyni mexanizm Ermənistana təklif olunur. Ancaq Aşqabadın İrəvana güzəşt edəcəyi ehtimalı son dərəcə aşağıdır - xüsusilə nəzərə alsaq ki, Ankara artıq Türkmənistanla daha sərfəli bir qaz müqaviləsi bağlayıb.

Rusiyanın reaksiyası isə nəzərə alınmadan heç bir enerji planı reallaşa bilməz. Paşinyan hakimiyyətinin anti-Rusiya kursuna baxmayaraq, Kremlin Ermənistanın enerji sektorundakı əsas alətlər üzərində nəzarəti davam edir. "Qazprom Ermənistan" sadəcə tədarükçü deyil - o, qaz anbarlarını, ötürmə stansiyalarını, boru xətlərini və tarifləri idarə edir. Bu səbəbdən, Ermənistana daxil olacaq hər hansı alternativ qaz tədarükü, Moskvanın səssiz razılığı olmadan, kağız üzərində qalmağa məhkumdur.

Bundan əlavə, Rusiyanın ənənəvi nüfuz zonasında türkmən qazının peyda olması Kreml tərəfindən düşmən addımı kimi qiymətləndirilə bilər. Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasındakı münasibətlərin gərginləşdiyi bir dönəmdə, enerji mövzusu yenidən siyasi təzyiq alətinə çevrilə bilər.

Ermənistanın qaz idxalını diversifikasiya etmək barədə fantaziyaları - bu, nə iqtisadi səmərəlilik, nə də enerji təhlükəsizliyi üçün atılan addımdır. Bu, sadəcə Rusiyaya qarşı nümayişkaranə bir çağırış, Qərbin diqqətini çəkmək üçün göstərilən diplomatik tamaşadır. Türkmənistan və İranı bu oyuna çəkmək cəhdi isə nəqliyyat, iqtisadi və siyasi məntiqlə uzlaşmayan ümidsizliyin nəticəsidir.

İrəvan anti-Rusiya ritorikası, "enerji suverenliyi" ilə bağlı qərb şüarları və daxili struktur çöküşü arasında qalaraq vurnuxur. Türkmən qazını İran vasitəsilə almaq cəhdləri strateji addım deyil - bu, Moskvadan qopmaq üçün resursu və infrastruktur bacarığı olmayan bir ölkənin çırpınmasıdır.

Faktlara nəzər salaq. Hazırda Ermənistanın bütün qaz infrastrukturuna "Qazprom" nəzarət edir. İran-Ermənistan qaz kəməri - uzunluğu təxminən 140 kilometr - də rusların nəzarəti ilə tikilib və istismar olunur. Onun illik keçirmə qabiliyyəti maksimum 2,3 milyard kubmetrdir. Ancaq faktiki olaraq bu kəmərlə ildə cəmi 0,7-0,9 milyard kubmetr qaz ötürülür. Halbuki Ermənistanın illik təbii qaz tələbatı 2,4 milyard kubmetri aşır (2023-cü ilin məlumatı).

Bu isə o deməkdir ki, Türkmənistan və İran svop-sxeminə razılıq versələr belə, bu, Rusiya qazını əvəz edəcək qədər qazın fiziki olaraq Ermənistana çatdırılmasını təmin etməyəcək. Üstəlik, bu boru yalnız barter - yəni İran qaz verir, Ermənistan isə elektrik enerjisi qaytarır - üçün nəzərdə tutulub. Bu çərçivədən kənara çıxmaq isə yeni sərmayə və texniki dəyişikliklər tələb edir. Ermənistanın isə nə pulu var, nə investoru, nə də zaman baxımından resursu.

Bütün bu reallıqlar fonunda Ermənistanın enerji ilə bağlı arzu və bəyanatları kağız üzərində yaşayan, havadan yazılmış, həyata keçməsi mümkünsüz xəyallardan ibarətdir. Reallıq isə sərtdir: boru yoxdur - qaz da olmayacaq.

Türkmənistanın qaz siyasətini cəmi bir prinsip idarə edir: maksimum gəlir. Aşqabad üçün qaz nə geosiyasi rıçaqdır, nə də diplomatik alətdir - bu, yalnız və yalnız pul məsələsidir. 2022-2023-cü illərdə Türkmənistan İran üzərindən Azərbaycana təxminən 1,5 milyard kubmetr qaz ötürdü. Lakin 2023-cü ildə bu marşrut donduruldu - Aşqabad qiymətləri qeyri-məqbul saydı və tədarükü dayandırdı.

Ermənistan isə nə tranzit üstünlüyünə malikdir, nə regional çəkisi var, nə də qazı cəlbedici qiymətə ala biləcək iqtisadi potensiala sahibdir. Türkmənistanın gözü isə bu gün Çinə və Türkiyəyə dikilib - orada real bazar, böyük tələbat və qazın dəyərini bilən tərəfdaşlar var. Ermənistana gəldikdə isə, dağlıq izolyasiyada qalan, perspektivsiz bir ölkədir.

İran təbii qaz ehtiyatına görə dünyada ikinci yerdədir. Amma bu ehtiyatlar ölkəyə sabit enerji təminatı vermir. Əksinə - ölkənin şimal bölgələri hər il sərt qışda qaz çatışmazlığından əziyyət çəkir. Bu, sadə bir səbəbdən qaynaqlanır: ölkənin qaz yataqları cənubda (məşhur "Cənubi Pars") yerləşir, lakin şimala magistral nəqliyyat infrastrukturunun çatışmazlığı ölkənin daxili balansını pozur.

Məhz bu səbəbdən svop-mexanizmi işləyir: Türkmən qazı İranın şimalına gəlir, İran isə cənubdan başqa ölkəyə qaz verir. Amma bu sxem resursları gərginlik həddinə qədər sıxan müvəqqəti mexanizmdir. Tehranın əlavə həcmdə qaz ötürməyə razılıq verməsi, öz enerji təhlükəsizliyini riskə atmaq deməkdir - və bu, İran siyasətinin əsla qəbul etməyəcəyi bir senaridir.

Bu gün İrəvanın enerji sahəsində atdığı addımların iqtisadi əsasları yoxdur. Bu, iqtisadi deyil, siyasi siqnaldır. Vaşinqtona və Brüsselə ünvanlanmış mesajdır: "Biz Moskvaya qarşı çıxmağa hazırıq". ABŞ də bu oyuna öz töhfəsini verir - Metsamor AES-in əvəzinə yeni atom stansiyası inşa etməyi vəd edir. Amma bu, yalnız kağız üzərində olan, maliyyə və texniki reallıqdan tamamilə uzaq bir layihədir.

Misal üçün: Türkiyədə inşa edilən "Akkuyu" atom elektrik stansiyasının dəyəri 20 milyard dollardan artıqdır. 2023-cü ildə Ermənistanın ümumi daxili məhsulu isə cəmi 21 milyard dollar olub. Bu qədər zəif iqtisadiyyata malik ölkənin atom stansiyası tikmək istəyi, sadəcə, acı ironiya obyekti ola bilər.

İrəvanda vacib bir faktı dilə gətirməkdən çəkinirlər: "Qazprom Ermənistan" ölkənin bütün qaz infrastrukturlarına tamamilə nəzarət edir. Qaz anbarları, ötürücü stansiyalar, kəmərlər, tariflər - hamısı Rusiya dövlətinin əlindədir. Ermənistana daxil olan istənilən "alternativ" qaz, əvvəlcə bu rus infrastrukturlarından keçməlidir. Yəni İrəvan nə qədər siyasi şüar səsləndirsə də, nə fizika, nə geopolitika populizmlə dəyişmir.

Bu bir strategiya deyil - dövlət ideologiyası səviyyəsinə yüksəldilmiş özünüaldatmadır. Ermənistan bu gün oyunçu deyil - o, sadəcə taxtada fiqurdur. Amma özünü şahmatın mərkəzindəki vezir kimi təqdim etməyə çalışır. Mövcud olmayan marşrutları xəritəyə çəkir, həyata keçməsi mümkün olmayan memorandumlar imzalayır, özünü region gücləri ilə bərabər sayır. Halbuki bu ölkə ən vacib enerji "zənciri"ni qoparmaq istəyərkən, həmin zəncirin açarının kimdə olduğunu belə unudur.

Ermənistan hələ də keçmişdə yaşayan, amma gələcək haqqında xülyalara qapılan bir dövlətdir. Resurssuz, müttəfiqsiz, iradəsiz. Coğrafiyanı inkar edir, iqtisadiyyatın reallıqlarını qəbul etmir, geosiyasi qanunları isə görməzdən gəlir. Nə qalır? Boş vədlər, kağız üzərində xəritələr və dünya qarşısında müstəqil görünmək üçün göstərilən aciz cəhdlər. Halbuki regionun bütün əsas enerji xətləri Ermənistanın yox, başqalarının nəzarətindədir.

Yaşanan olaylarda ən faciəli olan - nə baş tutmayan layihələrdir, nə pozulan razılaşmalar, nə də enerji aclığı. Ən faciəli odur ki, Ermənistan yenidən və yenidən eyni xəyalı seçir - reallığa baxmaqdan inadla imtina edir.

Bakı isə bu vaxt koridorlar çəkir, qitələri birləşdirir, strateji alyanslar qurur və gələcəyini möhkəm bünövrə üzərində inşa edir. İrəvanda isə hələ də havada xəritələr çəkilir - borusuz, pullarsız, mənasız.

Elə bir gün gələcək ki, bu xəyallar toza çevriləcək. O zaman kimsə Ermənistanın nə demək istədiyinə qulaq asmayacaq. Dünya gözləməyəcək ki, Ermənistan yenidən anlayışa gəlsin. Çünki o, enerji xəritəsinin mərkəzi deyil. O, sadəcə başqalarının marşrutları fonunda ağ ləkəyə çevrilmiş bir boşluqdur.

Ermənistanın məntiqlə ziddiyyət təşkil edən hər bir seçimi, onu müstəqilliyə yox, geosiyasi yoxa çıxışa bir addım da yaxınlaşdırır.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:266
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 28 Марта 2025 11:25
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Хроника Победы: Первый день войны и первые успехи 27 сентября ФОТО ВИДЕО

27 Сентября 2026 00:17see223

IOI и CSI обозначили приоритеты в работе по адаптации к снижению уровня воды Каспия (Эксклюзив)

27 Сентября 2026 04:00see203

II Азербайджанский международный инвестиционный форум: Диалог по инфраструктурным инвестициям Азербайджана

26 Сентября 2026 15:37see200

В аккаунтах Президента в социальных сетях опубликован пост по случаю 27 сентября Дня памяти

27 Сентября 2026 00:22see187

Махир Эмрели перед матчем с Литвой: Наша цель добиться положительного результата

26 Сентября 2026 22:19see180

От рэп батлов до трибуны ООН: премьер Непала удивил мир своим фирменным образом

26 Сентября 2026 22:01see178

Азербайджанские спортсменки покорили Италию

26 Сентября 2026 22:20see178

За последние 10 лет на проходивших в Баку гонках Формулы 1 работали более 20 тысяч волонтеров

26 Сентября 2026 22:19see175

Азербайджан обсудил с американской компанией вопросы энергоперехода и хранения энергии

26 Сентября 2026 15:51see174

Российско казахстанский бизнесмен президент Международной шахматной федерации

26 Сентября 2026 16:08see171

Глава МИД Азербайджана провел 37 двусторонних встреч в Нью Йорке

27 Сентября 2026 01:31see167

В Пакистане 11 человек погибли из за взрыва

26 Сентября 2026 22:01see167

Cборную Азербайджана в матче c Литвой поддержат 100 болельщиков

26 Сентября 2026 22:19see166

Уникальная стратегия Президента Ильхама Алиева. Крупнейшие компании мира выбирают Азербайджан

26 Сентября 2026 23:46see162

Гороскоп на 27 сентября для каждого знака зодиака

27 Сентября 2026 01:22see158

Премьер министр Таджикистана посетил Азербайджанский национальный музей ковра ФОТО

26 Сентября 2026 23:13see157

Агаларов: В Баку собрались представители фондов с активами около $27 трлн

26 Сентября 2026 20:35see156

Ильхам Алиев встретился с президентом Международной автомобильной федерации

26 Сентября 2026 16:21see154

Мировые медиа о прошедшем в Баку Азербайджанском международном инвестиционном форуме

27 Сентября 2026 09:14see153

Аббасов перед матчем с Литвой: Наша главная цель занять первое место

26 Сентября 2026 22:47see147
newsПоследние новости
Самые свежие и актуальные события дня