Pensiyaçılara ŞAD XƏBƏR Özəl pensiya fondları ilə bağlı... VİDEO
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
Özəl pensiya fondlarının yaradılması ilə bağlı genişmiqyaslı işlər aparılır.
Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə, Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, beynəlxalq təcrübədə özəl pensiya fondları maliyyə bazarlarının mühüm komponentlərindən biridir və bu sistem həm dövlətin, həm də vətəndaşın xeyrinədir.
Ekspert deyir ki, özəl pensiya fondları insanların maliyyə müstəqilliyini artıracaq və uzunmüddətli qazanc əldə etmək imkanı yaradacaq.
Ekspert məsələ ilə bağlı onu da qeyd etdi ki, vətəndaşlar daha çox dövlət təminatı olan mexanizmlərə etibar edirlər. Buna görə də əgər özəl pensiya fondu yaradılarsa, mütləq dövlət zəmanəti olmalıdır.
Mərkəzi Bank hesab edir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu səbəbdən hazırda özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətləri tərəfindən özəl beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Другие новости на эту тему:
Просмотров:102
Эта новость заархивирована с источника 22 Января 2025 10:27 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















