Prezident İlham Əliyev FIFAnın prezidenti ilə görüşüb
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirdi.
Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirildi.
Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olundu. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edildi.
Другие новости на эту тему:
Просмотров:109
Эта новость заархивирована с источника 12 Ноября 2024 14:20 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















