Icma.az
close
up
AZ
Menu

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

В Карабахе продолжаются масштабные восстановительные работы Эрдоган

Легионера Сумгайыта вызвали на матчи Лиги наций КОНКАКАФ

Эрлинг Холанд повторил успех трехлетней давности

В Чехии столкнулись 23 автомобиля

Овьедо объявил о назначении Рауля Гонсалеса главным тренером

В Шуше организовали концерт, приуроченный ко Дню Победы и Дню города

Ученые открыли новые генетические признаки, помогающие объяснить аутизм

Пол Маккартни занял третье место среди самых богатых музыкантов мира

В Париже состоялся показ фильма Танец Победы , посвященного Отечественной войне

Ушел из жизни заслуженный деятель культуры Азербайджана Аслан Фатуллаев

Пытавшийся спасти флаг 11 летний мальчик: У меня сжалось сердце

Бюст Чаренца в Голубой мечети? Армяно иранский акт этнокультурного подлога

В Филармонии состоялся торжественный концерт, посвященный Дню Победы ФОТО

МИД Франции вызвал поверенного в делах Ирана из за атак на холодильники

КСИР атаковал принадлежащий Оману остров

Президент США назвал конфликт с Ираном практически оконченным с военной точки зрения

Иран атаковал оманский остров видео

Азербайджанский актер Эльдар Искендеров привлек внимание международной кинопрессы

В Азербайджане начали действовать новые правила для продавцов товаров в рассрочку

Prezident İlham Əliyevin Həsənriz sakinləri ilə səmimi söhbəti

Prezident İlham Əliyevin Həsənriz sakinləri ilə səmimi söhbəti

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Trend xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə görüşüb, söhbət edib:

Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gördük, bayramınız mübarək olsun!

Sakinlər: Salam, xoş gəlmisiniz, Sizin də bayramınız mübarək olsun, Ramazan bayramınız da mübarək.

Prezident İlham Əliyev: Necəsiniz?

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident, Sizinlə həmsöhbət olmaq bizim üçün şərəfdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Nə vaxt gəlmisiniz?

Kişi sakin: Biz mart ayının əvvəlindən - 3-dən buradayıq.

Prezident İlham Əliyev: Artıq yerləşmisiniz.

Kişi sakin: Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. İndi hər şey gerçəkliyə çevrilib.

Qadın sakin: Allah Sizdən razı olsun ki, bu günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun. Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq.

Kişi sakin: Ədalət də bərpa olundu. Hamısı Sizin sayənizdə.

Qadın sakin: Allah Sizi qorusun, ailənizi qorusun. Sizin və güclü siyasətinizin sayəsində biz bu gün firavan yaşayırıq.

Digər kişi sakin: 33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda, elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır. Dediyiniz kimi, bu bölgələr bizim ulu babalarımızın vətəni olub. O cümlədən onu da qeyd edim ki, bizim əzəli və əbədi düşmənlərimiz bu bölgəni böyük güclər hesabına işğal etmişdir. Amma Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz.

Prezident İlham Əliyev: Sağ olun, biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur.

Sakinlər: Sizin də bayramlarınızı təbrik edirik. Siz Ali Baş Komandan kimi Qələbəni təmin etdiniz.

Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.

Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.

Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat buradan Murov yolu ilə çıxmışdı?

Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.

Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?

Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.

Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?

Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.

Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun sayəsində qayıtmışıq.

Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Cənab Prezident, ümumiyyətlə, burada 606 ev var. İlkin olaraq 92 evi təmir etmişik, 50 ailə artıq köçüb. Yəqin ayın sonuna 40 ailə də köçəcək. Ondan sonra da iki mərhələdə 192 ev. Amma təklif edərdik ki, bütün infrastruktur bərpa edilsin.

Prezident İlham Əliyev: Bütün, hamısını. Bəli, hamısını. Siz təklif verin, onların hamısını bərpa edək. Çünki mənə verilən məlumata görə, artıq burada həm Həsənrizdə, həm də Kəlbəcər rayonunda yaşamış insanlar yerləşir.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Artıq buraya köçmək üçün 360 nəfər siyahıya alınıb.

Prezident İlham Əliyev: Bura çox gözəl, səfalı yerlərdir.

Kişi sakin: Şuşa ilə bərabər yerdir, relyefi də oxşardır.

Prezident İlham Əliyev: Bəli, Şuşadan üstünlüyü ondadır ki, Sərsəng su anbarı da var, orada balıq tutmaq olar. İş yerləri ilə bağlı nə işlər görülür?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. Bundan başqa, yaxın yerlərdə, icazə versəydiniz, fermalar var, o fermaları icarə verərdik.

Prezident İlham Əliyev: Əlbəttə. Bir də ki, əkin sahələri verilməlidir, əkin-biçinlə məşğul olsunlar. Heyvandarlıq üçün bura ən yaxşı yerdir.

Kişi sakin: Bu sakinlər hamısı heyvandarlıqla məşğul olublar. Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.

Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.

Kişi sakin: Ümumiyyətlə, bizə gülünc gəlir.

Prezident İlham Əliyev: Özlərini müxalifətçi adlandıran bəziləri dövlətə qarşı, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. Bu, dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.

Kişi sakin: Bəli, bəli, xəyanətdir.

Prezident İlham Əliyev: Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyinin xətti ilə kredit xətləri açılmalıdır ki, kim mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq istəyir, burada su problemi olmamalıdır.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Düzdür cənab Prezident, bunlarla məşğul oluruq, su problemi də yoxdur.

Prezident İlham Əliyev: Bulaqlar var?

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Gözəl suyu var.

Prezident İlham Əliyev: İşıq var, qaz var, su da var, internet, istilik.

Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov: Hər həyətdə su var. Su, işıq, qaz, 500 nəfərlik məktəb, internet. Təmir olunan evlərin hamısında istilik.

Prezident İlham Əliyev: Məktəb də budur, onu da təmir etmişik.

Kişi sakin: Bəli, xəstəxanamız da var.

Prezident İlham Əliyev: Əlavə nə lazımdır?

Kişi sakin: Sizin sağlığınız.

Qadın sakin: Sizinlə qürur duyuruq hər zaman. İnsan həm sevinir, həm qürurlanır.

Prezident İlham Əliyev: Harada yaşamısınız? Laçınlısan?

Qadın sakin: Bəli, atam da birinci qrup Qarabağ qazisidir. Bir qazi övladı olaraq Sizə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm ki, hər zaman şəhid ailələrinə və qazilərimizə dəyər vermisiniz.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.

Sakinlər: Bayramınız mübarək olsun, Allah Sizi qorusun cənab Prezident!

Prezident İlham Əliyev: Burada birlikdə şəkil çəkdirək.

Mehriban xanım Əliyeva: Tonqal da görünəcək.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar.

Prezident İlham Əliyev: Rahat yaşayın, xoşbəxt yaşayın. Siz 30 il əzab-əziyyət içində idiniz. Həm mənəvi əzab, həm də ki, qaçqın-köçkün kimi. O söz də artıq yavaş-yavaş lüğətimizdən çıxır.

Sakin: Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi ki, Azərbaycan cəmiyyəti lazım gələrsə, istənilən çətinliyə tab gətirməyi bacarmalıdır. Məhz müstəqillik, azadlıq, güclü dövlət naminə. Biz Qələbə əldə etdikdə bir daha əmin olduq ki, Ulu Öndər nə qədər gözəl, qiymətli fikirlər söyləmişdir, ruhu şad olsun.

Prezident İlham Əliyev: Bəli, elədir. O vaxt Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi. Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır. Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, dəmir yumruğu yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi. Bir daha bayramınız mübarək.

Sakinlər: Çox sağ olun. Uğurlar, Sizin də bayramınız mübarək.

Sonra dövlətimizin başçısı və birinci xanım Həsənriz kəndindəki Bayraq meydanında oldular. Burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:235
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 18 Марта 2025 21:26
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Желающие провести праздники в районах граждане оказались в сложной ситуации

10 Ноября 2026 01:45see251

В Карабахе продолжаются масштабные восстановительные работы Эрдоган

09 Ноября 2026 21:51see250

Легионера Сумгайыта вызвали на матчи Лиги наций КОНКАКАФ

09 Ноября 2026 23:34see220

Эрлинг Холанд повторил успех трехлетней давности

10 Ноября 2026 02:19see217

В Чехии столкнулись 23 автомобиля

09 Ноября 2026 21:14see210

Овьедо объявил о назначении Рауля Гонсалеса главным тренером

09 Ноября 2026 21:13see208

В Шуше организовали концерт, приуроченный ко Дню Победы и Дню города

10 Ноября 2026 00:05see200

Ученые открыли новые генетические признаки, помогающие объяснить аутизм

10 Ноября 2026 07:11see194

Пол Маккартни занял третье место среди самых богатых музыкантов мира

10 Ноября 2026 11:32see194

В Париже состоялся показ фильма Танец Победы , посвященного Отечественной войне

10 Ноября 2026 10:27see187

Ушел из жизни заслуженный деятель культуры Азербайджана Аслан Фатуллаев

10 Ноября 2026 15:36see184

Пытавшийся спасти флаг 11 летний мальчик: У меня сжалось сердце

09 Ноября 2026 23:47see183

Бюст Чаренца в Голубой мечети? Армяно иранский акт этнокультурного подлога

10 Ноября 2026 14:30see179

В Филармонии состоялся торжественный концерт, посвященный Дню Победы ФОТО

10 Ноября 2026 17:45see178

МИД Франции вызвал поверенного в делах Ирана из за атак на холодильники

09 Ноября 2026 23:15see176

КСИР атаковал принадлежащий Оману остров

10 Ноября 2026 03:31see173

Президент США назвал конфликт с Ираном практически оконченным с военной точки зрения

10 Ноября 2026 16:10see172

Иран атаковал оманский остров видео

10 Ноября 2026 01:38see171

Азербайджанский актер Эльдар Искендеров привлек внимание международной кинопрессы

10 Ноября 2026 16:36see170

В Азербайджане начали действовать новые правила для продавцов товаров в рассрочку

10 Ноября 2026 16:15see169
newsПоследние новости
Самые свежие и актуальные события дня