Icma.az
close
up
AZ
Menu

Антиазербайджанская истерия в РФ: бизнес и диаспоры азербайджанцев объявлены мишенью Minval Politika

Зеленский: Украине не хватает дронов перехватчиков из за проблем с производством

Чернобыль на грани: саркофаг может не пережить новый удар

Футболисты Нефтчи и Сумгайыта не помогли против Конго

Жена миллиардера Безоса вышла на публику с сумкой за $50 тысяч

Оглашен обвинительный акт в отношении журналистов, проходящих по делу Meydan TV

В Хатаинском районе угорели брат и сестра

Джеки Чан пронес олимпийский огонь по древним руинам Помпей ВИДЕО

Непокрытый убыток Бакметрополитена превысил 3 млрд манатов

Минтруда: Помощь по распоряжению президента получат 76 тыс. семей

Последнее генконсульство РФ в Польше закрылось

Состоялась конференция Цифровизация, искусственный интеллект и медиаграмотность

Сан Франциско во тьме… А в Брюсселе собирают картошку объектив

Конференция в Баку: ИСЕСКО призвала всех объединить усилия для защиты детей в цифровой среде

Шанс заявить о себе

В Китае представили самую мощную ИИ модель для программирования

Сборная Азербайджана завершает год в окружении Кипра и Малави

В Азербайджане 13 летний подросток родила ребёнка от супруга своей тёти

От Президента Республики Таджикистан Эмомали Рахмона

Кадры аварии, в которой погиб создатель Call of Duty ВИДЕО

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiya masasında da qalib gəldi Azər Qarayev

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiya masasında da qalib gəldi Azər Qarayev

Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.

Bu gün Cənubi Qafqazın siyasi xəritəsində yeni bir səhifə açıldı. 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş təkcə iki ölkə arasında deyil, bütün regionda tarazlığı dəyişdirən bir hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, həm diplomatik, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu görüşün nəticəsi - Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyanat və sülh müqaviləsinin mətninin paraflanması - illərlə davam edən gərginliyin məntiqi yekunu, Azərbaycanın isə strateji qələbəsinin rəsmi təsdiqi kimi tarixə düşdü. Vaşinqtonda əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında təkcə müharibə meydanında deyil, diplomatiya masasında da qalib gəldi.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyev bu uğura illərlə ardıcıl və prinsipial siyasət apararaq nail oldu. O, milli maraqlardan bir addım belə geri çəkilmədən, beynəlxalq arenada Azərbaycanın mövqeyini möhkəmləndirdi, regional proseslərdə müəyyənedici gücə çevrildi. Vaşinqton görüşü isə bu prosesin zirvə nöqtəsi oldu - burada sülhün əsası qalib tərəfin diktə etdiyi şərtlərlə qoyuldu. Azərbaycan bütün mərhələlərdə öz maraqlarını ardıcıl şəkildə müdafiə edərək, nəticədə irəli sürdüyü bütün şərtlərin yerinə yetirilməsinə nail oldu", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə keçdiyi yol həm hərbi, həm siyasi tarix dərsi kimi dəyərləndirilə bilər.

"2020-ci ilin Vətən müharibəsində əldə olunan parlaq qələbə ilə işğal altındakı torpaqlar azad edildi, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Lakin Prezident İlham Əliyev üçün bu, son hədəf deyildi. O, anlayırdı ki, əsl qələbə yalnız döyüş meydanında deyil, diplomatik masada da qazanılmalıdır. Müharibədən sonra Azərbaycan öz mövqelərini möhkəmləndirmək üçün ardıcıl addımlar atdı. "Qisas" əməliyyatı və 2023-cü ildə həyata keçirilən cəmi 24 saatlıq antiterror tədbirləri ilə ölkə tam suverenliyini bərpa etdi. Bu, təkcə hərbi uğur deyildi - həm də Ermənistanı danışıqlarda gerçək reallığı qəbul etməyə məcbur edən strateji zərbə idi. Prezident İlham Əliyev bütün bu mərhələlərdə eyni prinsipial xətti qorudu. Azərbaycan heç vaxt milli maraqlarından güzəştə getməyəcək, sülh yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü tam tanındıqdan sonra mümkün olacaq. Vaşinqtonda imzalanan Birgə Bəyanat isə bu prinsipial mövqeyin yekun təsdiqi oldu - qalib dövlətin şərtləri masa üzərində, qarşı tərəfin imzası isə həmin sənədin altında idi", - o bildirib.

A.Qarayev qeyd edib ki, qələbə qazanan tərəf kimi Prezident İlham Əliyev sülh gündəliyinin də müəllifi oldu.

"2022-ci ilin əvvəlində Azərbaycan Ermənistan tərəfinə sülh müqaviləsinin əsasını təşkil edən "5 baza prinsipi" təqdim etdi. Azərbaycanın təqdim etdiyi sülh konsepsiyası təkcə iki ölkə arasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdə regionda davamlı sabitliyin təmin olunması üçün əsas tutulan dərin və strateji baxışdır. Bu baxış, münaqişənin köklü həllinə xidmət edən fundamental dəyərlərə və qarşılıqlı anlaşmaya söykənir. Əsas fikir ondan ibarətdir ki, hər iki tərəf öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını qarşılıqlı şəkildə tanımalıdır. Bu, gələcəkdə hər hansı ərazi iddialarının və ya təhdidlərin qarşısını almağa yönəlmiş çox ciddi addımdır. İki dövlət arasında güc tətbiq etmək və ya ona hədələmək tamamilə istisna edilməli, qarşılıqlı etimad və sülh mühiti yaradılmalıdır. Həmçinin, dövlətlər arasında sərhədlərin tam şəkildə delimitasiya və demarkasiya olunması, diplomatik münasibətlərin qurulması, eləcə də nəqliyyat və iqtisadi əlaqələrin açılması zəruridir. Bu addımlar regionun iqtisadi inkişafına və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir. Lakin Ermənistan uzun müddət səmimi addımlar atmaqdan yayınaraq, müqaviləyə Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı bəndin daxil edilməsində israr edirdi. Azərbaycan isə prinsipial olaraq bildirirdi ki, bu ölkənin daxili məsələsidir və dövlətlərarası sənədin predmeti ola bilməz. Eyni zamanda, ABŞ Prezidenti Co Bayden administrasiyası, Fransanın Prezidenti Emmanuel Makron və digər qüvvələr prosesə öz gündəmlərini yeritmək üçün Azərbaycana təzyiq göstərməyə, ittihamlar yaymağa çalışırdılar. Amma bu cəhdlər Prezident İlham Əliyevin ardıcıl siyasəti sayəsində, təbii ki, uğursuz oldu", - o bildirib.

Politoloq vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyanat, Azərbaycan üçün yalnız diplomatik sənəd olmaqla qalmadı, eyni zamanda regionda yeni siyasi reallığın rəsmi tanınması kimi qəbul edildi. Bu sənəd Azərbaycanın illərlə ortaya qoyduğu şərtlərin beynəlxalq səviyyədə qəbulunun nəticəsi idi və uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həllində dönüş nöqtəsi oldu.

"Vaşinqton Bəyanatı ilə Ermənistan bir sıra əsas tələbləri qəbul etdi və özünün əvvəlki mövqeyindən geri çəkilmək məcburiyyətində qaldı. Azərbaycanın təməl prinsipləri, o cümlədən Minsk qrupunun fəaliyyətinin dayandırılması istiqamətində birgə müraciət, Ermənistanın Konstitusiyasından ərazi iddialarına dair müddəaların çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması kimi məsələlər sənədə daxil edildi. Bu, həm də Vaşinqtonda ABŞ tərəfindən dəstəklənən strateji təşəbbüs idi. ABŞ-nin Prezidenti Donald Trampın təminatçılıq etdiyi Zəngəzur dəhlizinin açılması isə bölgənin iqtisadi və siyasi inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd vasitəsilə Azərbaycan öz mövqeyini beynəlxalq hüquq çərçivəsində möhkəmləndirdi, Ermənistan isə gələcəkdə sülh və əməkdaşlıq prinsiplərinə uyğun addımlar atmağı qəbul etdi. Vaşinqton Bəyanatı, həm də regionda hərbi konfliktlərin artıq keçmişdə qaldığını, tərəflərin gələcəyə fokuslandığını dünyaya nümayiş etdirdi", - o bildirib.

Onun sözlərinə görə, Vaşinqton görüşü zamanı sülh müqaviləsinin mətninin paraflanması mühüm tarixi məqam kimi yadda qaldı.

"Paraflaşma - texniki baxımdan müqavilənin tam imzalanmasından fərqli olsa da - tərəflərin əsas prinsiplər və tələblər üzərində razılığa gəldiyini göstərən rəsmi və bağlayıcı sənəd kimi qiymətləndirilir. Bu addım illərlə davam edən münaqişə sonrası qarşılıqlı etimadın bərpası və gələcək əməkdaşlığın təməlinin qoyulması baxımından vacib əhəmiyyətə malikdir. Paraflama ilə Azərbaycan və Ermənistan müharibədən sonrakı gərginliyi azaltmağa, sülh və sabitlik istiqamətində praktik addımlar atmağa hazır olduqlarını nümayiş etdirdi. Bununla yanaşı, paraflanma mərhələsi yekun sülh müqaviləsinin imzalanması üçün zəruri prosedurlardan biridir. İmzalanma prosesinin 2026-cı ildə Ermənistanda keçiriləcək konstitusiya referendumundan sonra tamamlanacağı nəzərdə tutulur. Bu isə öz növbəsində, müqavilənin tam hüquqi qüvvəyə minməsi üçün müstəqil və demokratik prosedurların təmin edilməsini göstərir. Beləliklə, paraflanma - həm siyasi, həm də hüquqi baxımdan - qarşıdakı dövrdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin möhkəmlənməsi və davamlılığının təmin olunması üçün açar rolunu oynayır", - o bildirib.

Bundan əlavə, politoloq qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyanat Azərbaycanın strateji maraqlarını yalnız möhkəmləndirmədi, həm də müharibədən sonra formalaşmış status-kvonu rəsmiləşdirdi.

"ABŞ da daxil olmaqla beynəlxalq ictimaiyyət bölgədə yaranmış yeni siyasi reallığı faktiki olaraq qəbul etdi. Prezident İlham Əliyevin ABŞ-a səfəri və imzalanan sənədlər təkcə diplomatik uğur deyil, eyni zamanda, Ermənistanın havadarlarına - Makron administrasiyasından tutmuş Avropa Parlamenti və erməni lobbi təşkilatlarına qədər - ciddi siyasi zərbə oldu. Prezident İlham Əliyev göstərdi ki, hərbi qələbə möhkəm və əlverişli sülhün təməli ola bilər. Onun siyasəti milli maraqların müdafiəsində qətiyyət və strateji baxışın sintezidir, bu isə döyüş meydanındakı üstünlüyü diplomatik masada davamlı uğura çevirir. Vaşinqton görüşü təsdiqlədi ki, Azərbaycan qanlı döyüşlərdən danışıqlar masasına qədər keçdiyi yolda mövqelərini möhkəmləndirərək region tarixində yeni bir fəsil açdı - burada sülh qalibin şərtləri əsasında qurulur", - A.Qarayev əlavə edib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:156
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Августа 2025 18:39
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Антиазербайджанская истерия в РФ: бизнес и диаспоры азербайджанцев объявлены мишенью Minval Politika

22 Декабря 2025 18:46see284

Зеленский: Украине не хватает дронов перехватчиков из за проблем с производством

23 Декабря 2025 02:48see240

Чернобыль на грани: саркофаг может не пережить новый удар

23 Декабря 2025 23:55see203

Футболисты Нефтчи и Сумгайыта не помогли против Конго

23 Декабря 2025 23:18see198

Жена миллиардера Безоса вышла на публику с сумкой за $50 тысяч

24 Декабря 2025 09:46see197

Оглашен обвинительный акт в отношении журналистов, проходящих по делу Meydan TV

22 Декабря 2025 21:05see196

В Хатаинском районе угорели брат и сестра

22 Декабря 2025 15:19see190

Джеки Чан пронес олимпийский огонь по древним руинам Помпей ВИДЕО

23 Декабря 2025 12:14see178

Непокрытый убыток Бакметрополитена превысил 3 млрд манатов

22 Декабря 2025 15:19see174

Минтруда: Помощь по распоряжению президента получат 76 тыс. семей

22 Декабря 2025 15:14see173

Последнее генконсульство РФ в Польше закрылось

22 Декабря 2025 15:33see163

Состоялась конференция Цифровизация, искусственный интеллект и медиаграмотность

22 Декабря 2025 19:39see162

Сан Франциско во тьме… А в Брюсселе собирают картошку объектив

23 Декабря 2025 02:40see160

Конференция в Баку: ИСЕСКО призвала всех объединить усилия для защиты детей в цифровой среде

23 Декабря 2025 13:06see159

Шанс заявить о себе

22 Декабря 2025 14:47see150

В Китае представили самую мощную ИИ модель для программирования

23 Декабря 2025 12:16see149

Сборная Азербайджана завершает год в окружении Кипра и Малави

22 Декабря 2025 16:46see147

В Азербайджане 13 летний подросток родила ребёнка от супруга своей тёти

22 Декабря 2025 20:09see144

От Президента Республики Таджикистан Эмомали Рахмона

22 Декабря 2025 18:20see134

Кадры аварии, в которой погиб создатель Call of Duty ВИДЕО

23 Декабря 2025 09:49see132
newsПоследние новости
Самые свежие и актуальные события дня