Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? Rəsmi AÇIQLAMA
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Dünyanın bütün sivil ölkələrinin sərnişindaşınmasında qadın sürücülər var. Sovet dövründə Azərbaycanda da qadın maşinistlər, avtobus, tramvay sürücüləri olub. Hazırda Bakıda bir neçə qadın taksi sürücüsü, metroda maşinist olsa da, avtobus sürücüsü yoxdur. Bu günlərdə "Bakubus" MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanı maraq doğurub, lakin ümumilikdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Day.Az xəbər verir ki, mövzu ilə bağlı BakuBus MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Bizim.Media-ya bildirib ki, BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzində saxlayıb.
Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb:
"D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində BakuBus MMC-nin istismarında olan bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər".
Bəs, qadın avtobus sürücülərinin olması xidmət səviyyəsinə necə təsir göstərəcək?
Qurum rəsmisi qeyd edib ki, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır:
"Lakin biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək".
Qeyd edək ki, artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət edib.


