Icma.az
close
up
RU
Qarabağ onları Bakıya 1 manat xərcləmədən gətirir...

Qarabağ onları Bakıya 1 manat xərcləmədən gətirir...

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

...Bəs, kimdir onlar? 

Sualın cavabı olacaq əlbəttə. Amma əvvəl bu adlara diqqət edin. Hər biri futbolun özünün nəhəngliyi boydadır.

Yohan Kroyf... (Allah rəhmət eləsin!)

Marko Van Basten...

Frank Raykaard...

Edvin van der Sar...

De Bur qardaşları...

Patrik Klüyvert...

Klarens Zeedorf...

Edqar Davids... 

Frenki de Yonq...

Siyahı uzundur. Mən indi yalnız yadıma düşənləri qeyd edirəm. 

Hər biri eyni klubun yetirməsidir. Hər biri eyni klubun dünəni və bu günüdür. 

Futbolun ulduzlar fabrikinin.

"Ayaks"ın.

Bir klubun nəticələrinə baxın:  

4 dəfə Çempionlar Kuboku / Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun, 1 dəfə UEFA kubokunun, 2 dəfə UEFA kuboklar kubokunun qalibi. 36 dəfə (!) Niderland çempionu...

Sizi stastistikayla yormayım. Deyəsən, Azərbaycana bu qədər zəngin titulu olan ikinci klub gəlməyib indiyədək. 

Düzdür, "Ayaks" indi əvvəlki "Ayaks" deyil.

Düzdür, "Ayaks" indi Avropada 90-cı illərin ortalarındakı kimi səs də salmır.

"Ayaks" mənim və çoxlarının uşaqlığının komandasıdır. 

Lui Van Qalın "Ayaks"ı 1995-ci ilin mayın 24-ü həmin dövr cəmi 19 yaşı olan Patrik Klüyvertin 87-ci dəqiqədə vurduğu qolla "Milan"a qalib gələrək (1:0) Çempionlar Liqasının qalibi olur.

Heyət gənclərlə dolu idi onda. Amsterdam klubu o vaxtdan sonra bir də heç vaxt Avropada titul qazana bilmədi. 

O heyətin bir çox üzvünü çox keçmədən Avropanın istedad pusqusunda duran məşhur klubları dartıb yüksək maaşla öz heyətinə cəlb etdi. 

Olan "Ayaks"a oldu. 

Amma bu böyük klubun missiyası uğur qazanmaqdan daha çox, sanki futbola yeni-yeni nəhəng simalar bəşx etməkdir ki, edirlər də.

Yohan Kroyfun ruhu həmişə bu klubun üzərindədir. Onlar da onun adını həmişə uca tutublar.

Allah bizim Banişevskiyə isə rəhmət eləsin! Adına ömrünün axırına qədər sadəqətlə bağlı Bakıda bir stadion nədi, heç o stadionun bir sektorunu verməyi də çox görürlər.

Biz "Ayaks"a qayıdaq. 

İşləri avand olsun.

Futbolçu yetişdirən akademiyaları da başda elə bizim "Qarabağ"la "Neftçi"yə örnək olsun.

Amma "Ayaks" Bakıya kefindən gəlmir əlbəttə. Onu bura gətirən var. Məcbur gətirən var. "Qarabağ" gətirir...

15 əvvəl belə bir klubun futbolumuzun məbədi Tofiq Bəhramov stadionuna ayaq basacağı, necə deyərlər, yatsaq, yuxumuza da girməzdi. 

Elə 15 il əvvəlin yayında Bakının "İnter" adlı komandası İtaliyanın "İnter" komandasına 2-3 milyon dollar təklif edirdi ki, Azərbaycanda bizimlə bir şou tipli matça çıx. İtalyanlar imtina etmişdi. Deyəsən, daha çox pul istəmişdilər.

Elə həmin 2009-cu ildə AFFA-nın rəhbərliyi İspaniya millisini bizimlə yoldaşlıq oyunu keçirmək üçün gərək ki, 6 milyon avro qonorar verib Bakıya gətirmişdi. Sağ olsunlar, onlar da hər 1 milyona görə qapımıza 1 qol vurmuşdular (0:6).

Və beləcə göz görə-görə Bakı "İnter"i uğursuz proyektlər üçün pulları havaya sovururdu. 

AFFA o 6 milyonu kənd-kəsəklərimizdə uşaq futbolu əvəzinə İspaniya ilə mənasız şou matçına xərcləyirdi.

Onda 37 yaşı olan bir gənc məşqçimiz isə öz alın təri, vicdanı və zəhməti ilə KOMANDA qururdu.

Daha doğrusu, yaradırdı.

Bugünkü "Qarabağ"ı...

Və o "Qarabağ" bu gün Böyük "Ayaks"ı, "Ayaks"ları Bakıya gətirdir.

1 manat pul xərcləmədən. Və əksinə özü Avropadan milyonlar götürərək.

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri