Qarabağ və Şərqi Zəngəzurda yeni yaradılan iş yerlərinin sayı artıb CƏDVƏL
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Bu ilin ilk 9 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 560 yeni iş yeri açılıb.
Bu barədə Day.Az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 723 vahid və ya 39,3% çoxdur.
Məlumata görə, hesabat dövründə Qarabağda 1 855 (58,4% çox), Şərqi Zəngəzurda isə 705 (5,9% çox) yeni iş yerləri yaradılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (516), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçın rayonunun (312) payına düşüb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılan iş yerlərinə dair göstəriciləri təqdim edirik:
Qarabağ iqtisadi rayonu
1855
Xankəndi şəhəri
516
Ağcabədi rayonu
79
Ağdam rayonu
143
Ağdərə rayonu
32
Bərdə rayonu
281
Füzuli rayonu
135
Xocalı rayonu
80
Xocavənd rayonu
43
Şuşa rayonu
46
Tərtər rayonu
500
Şərqi Zəngəzur iqtisadi rayonu
705
Cəbrayıl rayonu
133
Kəlbəcər rayonu
172
Qubadlı rayonu
45
Laçın rayonu
312
Zəngilan rayonu
43
Ümumilikdə, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 47,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 72,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Другие новости на эту тему:
Просмотров:28
Эта новость заархивирована с источника 28 Ноября 2025 17:28 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















