Qarabağ Zəfərini məhz Azərbaycan Ordusu sayəsində əldə etmişik Paytaxt sakini
Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.
Trend bununla bağlı paytaxt sakinlərinin təəssüratlarını öyrənib.
Bakı sakini Trend-ə açıqlamasında bildirib ki, bu gün öz nəvəsi ilə birgə yürüşü izləməyə gəlib:
"Nəvəmi də götürüb gəldim ki, vətənpərvərlik ruhu ilə böyüsün. Önümüzdəki illərdə də hər il nəvəmi yürüşlərə gətirməyə davam edəcəyəm. Allah bizə qələbəni yaşadan Ordumuza can sağlığı versin, şəhidlərimizə rəhmət etsin".
Digər paytaxt sakini isə Trend-ə təəsüratlarını bölüşərək qeyd edib ki, Qarabağ Zəfərini məhz Azərbaycan Ordusu sayəsində əldə etmişik.
O, Azərbaycan Ordusuna can sağlığı arzulayıb: "Allah onların canını sağ eləsin ki, Vətəni və xalqımızı qoruyurlar. Arzum əmin-amanlıqdır, hər zaman əmin-amanlıq şəraitində yaşayaq. Qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirəm".
Другие новости на эту тему:
Просмотров:134
Эта новость заархивирована с источника 26 Июня 2025 12:40 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















