Qaz təchizatı sektorunda yeni tariflər tətbiq ediləcək
По информации сайта Day.az, передает Icma.az.
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni "Qaz təchizatı haqqında" Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Day.Az-ın məlumatına görə, Qanuna əsasən, 2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:
qazın topdansatış tarifləri; qazın nəqli tarifləri; qazın saxlanması xidmətlərinin tarifləri; qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən); istehlakçılara qazın pərakəndə satış tarifləri; qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri; qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri; sabit tarif.Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər Qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanacaq.
Belə ki, 2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimləyici sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edəcək.
2028-ci il iyulun 1-dən qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.
Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək.
Другие новости на эту тему:
Просмотров:64
Эта новость заархивирована с источника 03 Января 2026 13:25 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















