Qərbi azərbaycanlıların Ermənistan ərazisindəki dədə baba yurdlarına tezliklə və ləyaqətlə geri dönüşünün təmin ediləcəyinə ümid edirik Kolumbiyalı konqresmenlər FOTO
Icma.az сообщает, что по информации сайта Day.az.
Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri Xocalı soyqırımının 33-cü ildönümü və Qərbi Azərbaycanlıların qayıdış hüququnun bərpası ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova açıq məktub ünvanlayıb. Məktubda 33 il öncə 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırım aktının bəşəriyyət tarixinin qanlı səhifələrindən biri olduğu bəyan edilir, həmin gecə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 azərbaycanlının xüsusi qəddarlıqa qətlə yetirildiyi vurğulanır.
Day.Az xəbər verir ki, məktubda Kolumbiyanın bu qanlı hadisəyə biganə qalmadığı, müxtəlif dövrlərdə Kolumbiya Konqresi tərəfindən qəbul edilmiş sənədlərdə Xocalıda həyata keçirilmiş qətliamın qətiyyətlə pislənildiyi və soyqırım aktı kimi təsbit olunduğu bildirilir. Bu dəhşətli hadisənin 33-cü ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilməklə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir.
Eyni zamanda, Azərbaycanın Ermənistan ilə dayanıqlı sülhün əldə edilməsi və münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylər alqışlanır, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ermənistan ərazisindəki dədə-baba yurdlarına tezliklə və ləyaqətlə geri dönüşünün, qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur.
Sonda Kolumbiya Respublikasının qardaş Azərbaycan xalqı ilə həmrəy olduğu, dostluq əlaqələrini genişləndirməklə ikitərəfli münasibətləri daha da gücləndirəcəyi qeyd olunur.
Другие новости на эту тему:
Просмотров:182
Эта новость заархивирована с источника 08 Апреля 2025 21:20 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















