Icma.az
close
up
AZ
Menu

WSJ: Украина могла атаковать почти десяток танкеров российского теневого флота

В Египте представили бронированную платформу для запуска БПЛА

Деды Морозы подрались в бакинском супермаркете ВИДЕО

Срочные трудовые договоры в Азербайджане: кого коснутся изменения?

В России снова взорвали Дружбу

Курбан Бердыев, уважайте милли

Колумбия подала первую в истории жалобу на США из за удара по рыбацкой лодке

Фильм иранского режиссера Джафара Панахи удостоился трех наград премии Gotham Awards

Дополнительные проценты за снятие наличных что говорит регулятор?

Дочь Путина отказалась говорить о политике отца с украинскими журналистами Minval Politika

Украина ударила по второй нефтебазе Роснефти за два дня

Верховный суд поставил точку в деле об убийстве проректора Университ Тефеккюр

Госсекретарь США назвал ключевой пункт спора в переговорах по Украине

Экс посол Азербайджана назначен на новую должность

Подростка, зарезавшего мать и бабушку, приговорили к 7,5 годам лишения свободы Minval Politika

Армения закрепляется в Европе наше поле зрения

Инвестиции в здоровье

Завершилась встреча Президента России Владимира Путина с спецпосланником президента США (ФОТО)

Эрдоган и Макрон обсудили войну в Украине и Южный Кавказ Minval Politika

Наставник милли : Возможно, со стороны говорят Поехали, и снова проиграли

Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün beynəlxalq normalara uyğun hərəkət etməlidir Azər Qarayev

Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün beynəlxalq normalara uyğun hərəkət etməlidir Azər Qarayev

Icma.az информирует, ссылаясь на сайт Day.az.

Azər Qarayev,
Politoloq

Qərbi Azərbaycan məsələsi təkcə tarixi deyil, eyni zamanda beynəlxalq hüquq, insan haqları və ədalət prizmasından da çox aktual bir mövzudur. Bu məsələ Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan, lakin hələ də tam həll olunmayan bir problem olaraq qalmaqdadır.

Hazırda dünyada 120 milyondan çox insan müharibələr, silahlı münaqişələr, və digər səbəblər nəticəsində məcburi köçürülmə problemi ilə qarşılaşıb. Bu insanların böyük bir hissəsi öz vətənlərindən və ya doğma torpaqlarından didərgin düşərək, ağır humanitar şəraitdə yaşamağa məcbur olub.

Məcburi köçkünlərin hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və layiqli həyat şəraitinə qovuşmaları beynəlxalq ictimaiyyət üçün prioritet məsələlərdən biri olmalıdır. Lakin bu problemin effektiv həlli üçün təkcə fərdi ölkələrin səyləri kifayət etmir, genişmiqyaslı beynəlxalq əməkdaşlıq və birgə strategiyaların hazırlanması vacibdir. Birləşmiş Millətlər Təşkilatı, qaçqınlara dəstək verən beynəlxalq təşkilatlar, donor ölkələr və qeyri-hökumət qurumları arasında koordinasiyalı fəaliyyət bu istiqamətdə mühim rol oynaya bilər. Məcburi köçkünlərin reinteqrasiyası, sosial və iqtisadi problemlərinin həlli isə həm qlobal həmrəylik, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas addımlardan biridir.

Prezident İlham Əliyevin Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə dediyi kimi, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir:

"Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir".

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Bu, təkcə tarixi həqiqətlərin təhrif olunması deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına və mədəni irsin qorunmasına dair konvensiyalara açıq hörmətsizlikdir. Ermənistanın Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri və tarixi yaşayış yerlərini dağıtması yalnız fiziki məhv etmə ilə bitməyib, həm də həmin irsi saxtalaşdırmaq və özününküləşdirmək cəhdləri ilə müşayiət olunmuşdur.

UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulması isə bu vandalizm siyasətinin xüsusi bir nümunəsidir. Ermənistan bu sənətə aid maddi və mənəvi irsi ya məhv etməyə, ya da onun mənbəyini təhrif etməyə çalışmışdır. Bu, təkcə Azərbaycanın mədəni irsinə deyil, ümumbəşəri mədəniyyətə vurulan bir zərbədir. Eyni zamanda, Qərbi Azərbaycanda yerləşən yüzlərlə məscid ya tamamilə məhv edilmiş, ya da onları saxta "erməni" irsi kimi təqdim etmək məqsədilə dəyişdirilmişdir.

Azərbaycan xalqının öz dədə-baba torpaqlarından qovulması ilə nəticələnən bu etnik təmizləmə siyasəti minilliklər ərzində formalaşmış mədəni və tarixi bağları qırmağa yönəlmiş bir cinayətdir. Lakin bu ərazilərdə yaradılmış mədəni irs məhv edilməsinə baxmayaraq, Azərbaycan xalqının milli yaddaşında yaşayır və öz tarixi həqiqətləri ilə bir gün yenidən bərpa ediləcəkdir.

Ermənistanın bu təcavüzkar hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və həmin mədəni irsin qorunması üçün konkret addımlar atılmalıdır. Qərbi Azərbaycan məsələsi beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqəti almayıb. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlar Ermənistanın məsuliyyətə cəlb edilməsində yetərincə səy göstərməyib. Qərb ölkələri çox vaxt siyasi maraqlara görə bu məsələyə diqqət yetirməyib.

Azərbaycan Respublikası bu məsələnin beynəlxalq arenada tanıdılması üçün davamlı səylər göstərir. Qərbi Azərbaycan İcması bu istiqamətdə aktiv rol oynayaraq, tarix və hüquq faktlarını beynəlxalq ictimaiyyətə çatdırır. Geri qayıdış tələbi və bu istiqamətdə atılan addımlar məsələnin ədalətli şəkildə həllini təmin etməyi hədəfləyir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini səmimi dialoqa çağırmış, bölgədə tarixi ədalətin bərpası və qarşılıqlı anlaşmanın qurulması üçün konkret addımlar təklif etmişdir. Lakin Ermənistan hökuməti bu çağırışları ardıcıl olaraq qulaqardına vurmuş və dialoqa başlamamaq mövqeyində qalmışdır. Ermənistan öz üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirərək Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaq hüququnun bərpa edilməsi üçün real tədbirlər görməlidir. Bu, təkcə tarixi ədalətin deyil, həm də regionda davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.

Qərbi Azərbaycanlıların geri qayıtmaq hüququ ən fundamental insan haqlarından biridir. Bu məsələ təkcə deportasiya olunanların deyil, eyni zamanda bütün bəşəriyyətin ədalət prinsiplərinə sadiqliyinin sınaq nöqtəsidir. Beynəlxalq ictimaiyyət ədalətin bərpası və bu məsələnin hüquqi yollarla həll olunması üçün konkret addımlar atmalıdır.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:157
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Декабря 2024 19:26
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

WSJ: Украина могла атаковать почти десяток танкеров российского теневого флота

03 Декабря 2025 15:17see329

В Египте представили бронированную платформу для запуска БПЛА

03 Декабря 2025 08:25see288

Деды Морозы подрались в бакинском супермаркете ВИДЕО

04 Декабря 2025 15:26see261

Срочные трудовые договоры в Азербайджане: кого коснутся изменения?

03 Декабря 2025 13:15see249

В России снова взорвали Дружбу

03 Декабря 2025 14:29see237

Курбан Бердыев, уважайте милли

03 Декабря 2025 11:37see222

Колумбия подала первую в истории жалобу на США из за удара по рыбацкой лодке

03 Декабря 2025 19:10see216

Фильм иранского режиссера Джафара Панахи удостоился трех наград премии Gotham Awards

03 Декабря 2025 16:15see212

Дополнительные проценты за снятие наличных что говорит регулятор?

03 Декабря 2025 11:16see207

Дочь Путина отказалась говорить о политике отца с украинскими журналистами Minval Politika

03 Декабря 2025 21:56see194

Украина ударила по второй нефтебазе Роснефти за два дня

03 Декабря 2025 12:20see179

Верховный суд поставил точку в деле об убийстве проректора Университ Тефеккюр

04 Декабря 2025 13:20see177

Госсекретарь США назвал ключевой пункт спора в переговорах по Украине

03 Декабря 2025 08:02see175

Экс посол Азербайджана назначен на новую должность

03 Декабря 2025 23:30see171

Подростка, зарезавшего мать и бабушку, приговорили к 7,5 годам лишения свободы Minval Politika

03 Декабря 2025 15:28see168

Армения закрепляется в Европе наше поле зрения

03 Декабря 2025 20:44see152

Инвестиции в здоровье

03 Декабря 2025 16:15see150

Завершилась встреча Президента России Владимира Путина с спецпосланником президента США (ФОТО)

03 Декабря 2025 07:50see140

Эрдоган и Макрон обсудили войну в Украине и Южный Кавказ Minval Politika

03 Декабря 2025 12:15see138

Наставник милли : Возможно, со стороны говорят Поехали, и снова проиграли

03 Декабря 2025 15:10see137
newsПоследние новости
Самые свежие и актуальные события дня