"Art Weekend" zamanı “Dəniz, çox sağ ol! təqdim ediləcək VİDEO
Icma.az информирует, ссылаясь на сайт Day.az.
31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət həftəsonunun tədbirlərindən biri də gənclər üçün multidisiplinar proqram olacaq.
Day.Az xəbər verir ki, noyabrın 2-də həmin proqram çərçivəsində Rəngkarlıq Muzeyində "Dəniz, çox sağ ol!" layihəsi təqdim olunacaq.
"SÖZ" sənət mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə layihəsindəki çıxışlar Art Weekend-in təşəbbüskarı Leyla Əliyevanın lirik əsərlərindən ilhamlanır.
Layihə poeziya, musiqi, rəqs və vizual sənəti bir araya gətirir. İstedadlı gənc sənətçilər tərəfindən təqdim ediləcək proqram poeziyanın yalnız kağız üzərində deyil, səsdə, hərəkətdə və yuxularda da yaşadığını xatırladır.
Qeyd edək ki, "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək.
Другие новости на эту тему:
Просмотров:47
Эта новость заархивирована с источника 25 Октября 2025 12:26 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















