"Yango"dan taksi qəzası ilə bağlı AÇIQLAMA
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
Xəbər verdiyimiz kimi, Bakıda "Yango" taksisinin iştirakı ilə qəza baş verib. Şirkətə məxsus olan avtomobil köşkə çırpılıb. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Hadisə ilə bağlı şirkətdən Day.Az-a bildirilib ki, yaranmış vəziyyətlə bağlı "Yango" hərkəsin narahatlığını anlayır və paylaşır.
"Sosial şəbəkələrdə yayılan məlumatlar bizi dərin şəkildə narahat edir və bu məsələyə biganə qala bilmərik. Hazırda biz bu məsələ ilə bağlı daxili araşdırma aparırıq. Məlumatda adı keçən sürücü və onun idarə etdiyi avtomobil bloklanıb və yeni sifarişləri yerinə yetirə bilməyəcək. Bu qərar, həm sərnişinlərin təhlükəsizliyini təmin etmək, həm də məsələni obyektiv şəkildə araşdırmaq məqsədi daşıyır. Eyni zamanda, qeyd etmək istəyirik ki, hüquq-mühafizə orqanlarından rəsmi sorğu daxil olduğu təqdirdə, əməkdaşlıq etməyə tam hazırıq və məsələnin qanuni şəkildə araşdırılmasına dəstək verəcəyik", - deyə şirkətdən bildirilib.


