Icma.az
close
up
AZ
Menu
Sabah bu küçələr bağlı olacaq RƏSMİ

Sabah bu küçələr bağlı olacaq RƏSMİ

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Day.Az-a Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

"Hərəkətin məhdudlaşdırılması Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik", - məlumatda qeyd edilib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:80
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 11 Декабря 2025 14:39
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас
newsПоследние новости
Самые свежие и актуальные события дня