Icma.az
close
up
RU
Şagirdlərin elektron yerdəyişməsi hansı qaydada aparılır və problemlər nədən ibarətdir? Ekspertlər açıqladı KONKRET

Şagirdlərin elektron yerdəyişməsi hansı qaydada aparılır və problemlər nədən ibarətdir? Ekspertlər açıqladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan təhsil sistemində ifrat dərəcədə mərkəzləşdirmə texniki nasazlıqlarla müşayət olunur və müəyyən narazılıqlar yaradır. Bu baxımdan təhsil sahəsində, şagirdlərin istər məktəbə qəbulunda, istərsə də yerdəyişməsində elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasını təmin etməkdir.

Şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq əsas şərtdir. Şagirdlərin elektron yerdəyişməsi sistemi siniflərin komplektləşdirilməsi dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərir və yalnız sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, elektron yerdəyişmədə valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçmək imkanına malikdir: “Gəlin görək, bütün evlərdə internet resursları varmı? Bütün ailə üzvləri elektron xidmətlərlə bağlı bacarıq və bilgilərə sahibləniblərmi? Bu və digər səbəblərdən ilk növbədə valideynlərin rahatlığına, vətəndaşların məmnunluğuna hesablanmış bu addım heç də hamı tərəfindən birmənalı qarşılanmır. Ona görə də ortaya çıxan xırda problemlərdən qaynaqlanan narazılıqlar prosesin əhəmiyyətini az qala kölgədə qoyur. Evdə resursların olmaması, valideynlərin kompüter biliklərinin zəifliyi və başqa səbəblərdən elektron ərizələrin qeydiyyatında yaranan narahatlıqlardan başqa, mikroərazi prinsipinin tətbiqi ilə bağlı da problemlər ortaya çıxır.

Bir çox hallarda texniki nasazlıqlar da problemin həllində əks-təsir rolunu oynayır. Bir də ki, elektron sistem təkcə şagirdlərin yerdəyişməsinə xidmət etmir. Hazırda  təkcə şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi deyil, müəllim, direktor və onların müavinlərinin də, digər təhsil işçilərinin də işə qəbulu və yerdəyişməsi elektron sistemlə həyata keçirilir.

Halbuki 15 iyun 1999 – cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının 168 № -li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. “Təhsil sisteminin hüquqi tənzimlənməsi”,  “təhsil sistemini tənzimləyən müvafiq normativ–hüquqi bazanın yaradılması”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”,”təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması yolu ilə “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” nəzərdə tutulurdu. Biz nə etdik? Bütün səlahiyyətləri bir əldə cəmləşdirərək, özümüzə və digərlərinə əlavə problemlər yaratdıq! Nəzərə almadıq ki, elektron sistemə keçmək, bütün səlahiyyətləri bir ələ cəmləmək demək deyil”.

Sonra daha bir təhsil üzrə ekspert – Elçin Əfəndi şagirdlərin yerdəyişmə məsələsinə münasibət bildirdi. Ekspert hesab edir ki, hazırda şagirdlərin elektron yerdəyişməsində ciddi  problemlər özünü göstərir:

“Problemin başlıca  səbəbi əsasən valideynlərin bir məktəbdən digər məktəbə uşaqların yerdəyişməsini həyata keçirdikləri zaman konkret tələbləri ödəməməlidir. Yaşadığı ərazi üzrə qeydiyyatda olduğu ünvan haradırsa həmin əraziyə yaxın məktəbləri seçməlidirlər. Amma bəzi hallarda seçmək istədiyi məktəbdə konkret yer olmur. Uşağın faktiki oxuduğu məktəbdə və sinif daxili yerdəyişmədə yenə yer problemi ortaya çıxır. Belə olan halda artıq valideyn məcburdur ki, tamamilə fərqli istiqamət üzrə övladını yerləşdirməsini həyata keçirsin. Bu zaman sistem ünvan fərqi yarandığı üçün şagirdin yerdəyişməsini qəbul etmir. Yalnız müstəsna hallarda qəbul edilir. Müstəsna hal dedikdə  qanunvericiliyə əsasən xüsusi hallarda, məsələn, valideynlərdən biri hərbçidirsə, yaşayış yeri dəyişilir və o zaman icazə verilir. Digər hallarda belə faktlar yoxdursa, şagirdlərin yerdəyişməsi ilə bağlı problem yaranır. Əvvəllər bu sahədə korrupsiya halları  mövcud idi. Valideyn müraciət edən zaman müvafiq ödəniş müqabilində yerdəyişmə həyata keçirilirdi. Amma elektron yerdəyişmədə bilirsiniz ki, korrupsiya məsələsi aradan qaldırılıb. Tənzimləmək üçün ən optimal yol daha çox əhalinin sıx yaşadığı ərazilərdə yeni məktəblərin tikilib istifadəyə verilməsidir. Eyni zamanda da yerdəyişmə zamanı sırf qeydiyyatda olduğu yaşayış yeri məsələsi aradan qaldırılmalıdır. Yalnız bu halda yerdəyişmə məsələsi sadələşə bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri