Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb FOTO
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin bir sıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları ilə bağlı təkliflərin irəli sürülməsi, həmçinin, ikitərəfli əlaqələrin nəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.
Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər qeyd olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Другие новости на эту тему:
Просмотров:164
Эта новость заархивирована с источника 20 Октября 2025 21:39 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















