Icma.az
close
up
RU
Şahin Diniyevin yerinə kim gələcək?

Şahin Diniyevin yerinə kim gələcək?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ötən gün "Kəpəz"lə görüşdə 0:1 hesabı ilə məğlubiyyətin ardınca Şahin Diniyevin istefası "Səbail" klubunun baş məşqçisi vəzifəsinin boş qalmasına səbəb olub. Yerli mediada yayılan xəbərlərə görə, Bakı klubunu çalışdırmağa 3-4 namizədin adı hallansa da, siyahıya "Turan Tovuz"da köməkçi məşqçi vəzifəsində çalışan Cavid Hüseynov başçılıq edir.

Siyahıda "Kəpəz" klubunun sabiq baş məşqçiləri Adil Şükürov və Tərlan Əhmədovun da adları hallanır.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlama verən Adil Şükürov klubdan təklif almadığını bildirib.

"Yerli mediada oxuduğum xəbərlərə görə, "Səbail"i Cavid Hüseynov çalışdıracaq. Mənə bu barədə heç bir təklif gəlməyib. Klub rəsmiləri ilə heç bir danışığım da olmayıb. "Səbail"in icraçı direktoru Firuz Abdulla ilə danışıqlara başlamağımla bağlı xəbərlər isə əsassızdır. Onunla yaxın günlərdə söhbətimiz olmayıb. Klub rəsmiləri məni baş məşqçi vəzifəsində görmək istəsələr və hansısa bir təklif gələrsə, dəyərləndirəcəyəm", - deyə A.Şükürov bildirib.

Sonuncu iş yeri "Kəpəz" olan Tərlan Əhmədov da Oxu.Az-a açıqlamasında indiyədək heç bir klubdan təklif almadığını bildirib.

"Kəpəz"dən ayrıldığım gündən bu yana heç bir klubdan təklif almamışam. Hətta klub rəsmiləri ilə telefon danışıqlarım belə olmayıb. Gələcəkdə nə baş verəcəyini bilmirəm, amma hazırda mənim hansısa bir klubu çalışdırmaqla bağlı təklifim yoxdur", - deyə Tərlan Əhmədov bildirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see309

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see300

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see274

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see267

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see265

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see248

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see227

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see225

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see222

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see218

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see213

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see210

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see205

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see201

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see199

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see197

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see189

Gəncədə yanğın olub FHN məlumat yaydı

31 Avqust 2026 02:21see165

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see165

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri