Samir yeganə müğənnilərdən idi ki, kanal ona pul verirdi
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
"Müğənnilər maqazin verilişinə çıxmaq üçün bizə zəng edirdilər və az qala qapımızda yatırdılar. Amma Samirin heç zaman ürəyi efir üçün getməyib" .
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə müğənninin xanımı "Youtube"da yayımlanan "Astar" verlişində danışıb.
O, bildirib ki, Samir həmkarlarından fərqli olaraq efirə çıxmaq üçün heç zaman pul xərcləməyib.
"Mən ATV-də jurnalist işlədiyim vaxtlar bu kişini (həyat yoldaşı Samir Piriyevi nəzərdə tutur ) müsahibəyə toyların əlindən çağıra bilmirdim. Deyirdi ki, toydayam, müsahibə verməyə vaxtım yoxdur. Samir hər gün efirdə olurdu. Maqazin formatında olan verilişi Samir ciddiyə almırdı. Mən televiziyada jurnalist işlədiyim dövrlərdə müğənnilərin çoxu efirə pul verib çıxırdı. Çünki o zamanlar belə idi. Samir bəlkə də yeganə müğənnilərdən idi ki, kanal ona pul verirdi. O isə yox... Müğənnilər maqazin verilişinə çıxmaq üçün bizə zəng edirdilər və az qala qapımızda yatırdılar. Amma Samirin heç zaman ürəyi efir üçün getməyib. Samir efir üçün "yanan" müğənnilərdən olmayıb", - deyə A. Piriyeva vurğulayıb.
Samir Piriyev müdaxilə edərək illər əvvəl çalışdığı "Azad Azərbaycan" (ATV) televiziyasından yüksək maaş aldığını açıqlayıb:
"ATV kanalında Xalq artisti Aygün Kazımovanın "Xeyir ola?" verilişini birgə aparırdım. Hər ay 5000 manat maaş alırdım.O zaman bu qədər maaşı hər adam almırdı. Mən o vaxtı toya elə 5000 manata gedirdim. ATV-də hər ay bir toyun pulunu alırdım. Hər gün də efirdə idim".
Другие новости на эту тему:
Просмотров:133
Эта новость заархивирована с источника 07 Декабря 2024 10:12 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















