Silahlı mübarizədən siyasi həllə PKK nın ləğvi və yeni regional reallıqlar ŞƏRH
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Mayın 5-7-də PKK-nın 12-ci qurultayında təşkilatın özünü buraxması haqqında qərar qəbul edilib. Bu, çox böyük tarixi əhəmiyyət kəsb edir. Abdulla Öcalan fevralda PKK-ya müraciətində bildirdi ki, silahlı mübarizəni dayandırmaq lazımdır, təşkilatın özünü buraxmasını vacib hesab etdi. Qurultayda da əsas məsələ A.Öcalanın çıxışı oldu.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
"Yeni dünya nizamının formalaşdığı, Türkiyənin region ölkəsindən qlobal dövlətə çevrildiyi bir zamanda son illərdə Türkiyədə aparılan ictimai-siyasi islahatlarda türklərin yaxından iştirak etməsi, parlamentdə onların seçilməsi bir daha göstərir ki, kürd məsələsini münaqişə yox, siyasi yolla həll etmək olar. Kürdlər özü də artıq bunun fərqində idilər", - deyə o bildirib.
Politoloq vurğulayıb ki, PKK-nın özünü buraxması Yaxın Şərq, Türkiyə, İraq, Suriya, eləcə də, Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyır:
"Türkiyənin əldə etdiyi böyük nailiyyətlər Rəcəb Tayyib Ərdoğanın apardığı siyasi işin nəticəsidir. Bir daha Türkiyənin siyasi, iqtisadi, mənəvi gücünün daha da yüksək olduğunu görürük".
E.Həsənov qeyd edib ki, Türkiyədə yaşayan kürdlərin böyük əksəriyyəti PKK-nı dəstəkləmirdi.
"Ona görə azlıqda qalan PKK silahlıları, ideoloqları başa düşdülər ki, düz yolda deyillər. Onların düz yola çəkilməsində də siyasi partiyaların böyük rolu oldu. PKK-nın 41 illik fəaliyyəti minlərlə insanın həlak olması, sabitliyin pozulması, iqtisadiyyatın zəifləməsi ilə nəticlənirdi. Kürdlərlə türklər qardaş xalqlardır, bir regionda yaşayıblar.
Bundan sonra Türkiyə daha güclü olacaq. Hər bir türk vətəndaşı ölkəsinin dünyada liderlərdən birinə çevrilməsi ilə əlaqədar qürur hissi keçirməlidir", - deyə politoloq fikrini tamamlayıb.


