Şimali Kaliforniyada Zəfər gününə həsr edilmiş intellektual yarış keçirilib FOTO
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş 3-cü "Breyn Rinq kuboku" intellektual yarışı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-а verilən məlumata görə, cəmiyyətin üzvləri və könüllüləri tərəfindən təşkil olunan yarış həm iştirakçılar, həm də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Cəmiyyətin Tədbirlərin təşkili və proqramlar üzrə meneceri Nurlan Şükürlü çıxış edərək bu cür tədbirlərin icma üzvləri arasında sosiallaşmağa və asudə vaxtın səmərəli təşkilinə müsbət təsir göstərdiyini söyləyib.
Azərbaycan dilində keçirilən yarışda dünya görüşü, Azərbaycanın film və mədəniyyəti ilə yanaşı, tarixi Zəfərimizlə əlaqədar suallar verilib.
Bədii hissədə cəmiyyət üzvləri Cavid Hüseynlinin skripkada çıxışını və Kəmalə Əliyevanın Azərbaycan xalq mahnılarını ifasını iştirakçılar maraqla qarşılayıblar.
Yarışda 6 komanda iştirak edib və sonda qalib komanda "Dəmir Yolları Mühəndisləri" olub. "Synergy" komandası ikinci yeri, "SVAze" komandası isə üçüncü yeri tutub. Qaliblər sertifikat və medallarla təltif olunublar.
Sualları doğru cavalandıran tamaşaçılara isə Zəfər rəmzi olan "Xarıbülbül" döş nişanları və suvenirlər təqdim edilib.
Другие новости на эту тему:
Просмотров:119
Эта новость заархивирована с источника 13 Ноября 2024 19:19 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















