Mexikoda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib FOTO
Icma.az передает, что по данным сайта Day.az.
Mexiko Ştatının Muxtar Universitetində ("Universidad Autónoma del Estado de Mexico") Azərbaycanın Zəfər Gününə həsr edilmiş mühazirə keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə paytaxt Mexikoda fəaliyyət göstərən "Yaxshi" təşkilatının rəhbəri Sevda Verdiyeva, yerli və xarici tələbələr iştirak ediblər.
Sevda Verdiyeva çıxış edərək tələbələrə ölkəmizin tarixi, mədəniyyəti, geosiyasi önəmi, o cümlədən Qarabağ həqiqətləri barədə geniş məlumat verib. Təşkilat rəhbəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri yad edərək 8 Noyabr - Zəfər Gününün xalqımız üçün önəmindən danışıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən, eləcə də beynəlxalq münasibətlərdəki təsir və nüfuzundan bəhs edib.
Mühazirə iştirakçıların böyük marağına səbəb olub.
"Yaxshi" təşkilatından bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyi, məlumatlandırma tədbirlərinin sayının artırılacağı bildirilib. Cari ilin iyun ayından fəaliyyət göstərən təşkilat Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini təbliğ edir.
Другие новости на эту тему:
Просмотров:158
Эта новость заархивирована с источника 04 Ноября 2024 19:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















