Siyasətin küçə terroru ilə idarə olunduğu dövrlər geridə qalıb Ərdoğan
Icma.az сообщает, что по информации сайта Day.az.
Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik.
Day.Az-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi iftar proqramında çıxışı zamanı deyib.
"Bələdiyyələrimiz korrupsiyanın, haqsızlığın yanında yer almayacaq, bələdiyyələrimiz nəyin haqq, nəyin həqiqət, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək. Dörd gündür ki, millətin dincliyini pozmaq, xalqımızı qütbləşdirmək üçün əllərindən gələni edirlər", - deyə Türkiyə prezidenti bildirib.
R.T.Ərdoğan bildirib ki, siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu dövrlər indi köhnə Türkiyə ilə birlikdə tamam geridə qalıb.
"Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Qoy məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk milləti adına qərar versinlər. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil", - deyə o qeyd edib.
Другие новости на эту тему:
Просмотров:283
Эта новость заархивирована с источника 23 Марта 2025 05:18 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















