Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi David İşxanyan
По информации сайта Day.az, передает Icma.az.
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, "Daşnaksütyun" partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: "O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdiriləcək.
Другие новости на эту тему:
Просмотров:92
Эта новость заархивирована с источника 03 Апреля 2025 18:53 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















