Icma.az
close
up
AZ
Menu

Барселона прибывает в Баку на матч Лиги чемпионов с Сабахом расписание визита

SOCAR может присоединиться к первому проекту бесперебойного энергоснабжения в Азербайджане

Азербайджан, Грузия, Румыния и Венгрия обсудят реализацию Зеленого энергетического коридора

SOCAR заинтересована в участии в проекте Masdar по бесперебойному энергоснабжению

Ла Лига: Атлетико на выезде разгромил Хетафе

Что, если зло живет не на озере, а в детской?

Стало известно, кто из футболистов Барселоны пропустит матч в Баку

В Украине атакована ж/д станция: есть погибший и раненые

Azerbaijan Airlines удостоена двух престижных наград APEX за качество пассажирского обслуживания

Южноафриканец Сабаха не сыграет с Барселоной и Вильярреалом

Мужчина разобрал арендованную машину и продал запчасти

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

Опровергнута популярная причина боли в пояснице

МИД Ирана: Тегеран не нуждается в одобрении Китая или России для пересмотра военной доктрины

Брэд Питт оценил выбор Паттинсона на роль Бонда

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

На благотворительной ярмарке в Сараево представили культуру и кухню Азербайджана

Азербайджан заработал 124 млн манатов от приватизации госимущества

В Джалилабадском районе скончался экс чиновник

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

Tramp qalib gəldi VaşinqtonBakı münasibətlərində nə dəyişəcək?

Tramp qalib gəldi VaşinqtonBakı münasibətlərində nə dəyişəcək?

Icma.az информирует, ссылаясь на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

ABŞ-nin eks-prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp səsvermənin yekun hesablanmasından sonra 45-ci və 47-ci dövlət başçısı olacaq. Bu halda o, XIX əsrin sonunda hakimiyyətdə olmuş demokrat Qrover Klivlendən sonra fasilədən sonra hakimiyyətə qayıdan ikinci Amerika prezidenti olacaq.

Tramp artıq 277 seçici səsi toplayıb, qələbə üçün isə 270 səs tələb olunur. Fasilədən sonra yenidən prezident seçilən yeganə şəxs 1885-1889-cu illərdə prezident olmuş və 1888-ci ildə seçici səsləri kifayət etmədiyindən ümumxalq səsverməsində əksəriyyəti əldə etməsinə baxmayaraq, qələbə qazana bilməyən Demokrat Partiyasının namizədi Qrover Klivlend idi. Ancaq o, 1892-ci il seçkilərində revanş götürərək iki fasiləli dövrdə hakimiyyətdə olmuş yeganə prezident olub.

... ABŞ-də 5 noyabrda növbəti ümumi seçkilər keçirildi. Bu seçkilərdə prezident, Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorları seçildi. Dövlət başçısı postuna Respublikaçılar Partiyasından Donald Tramp və hazırda hakimiyyətdə olan ABŞ Demokrat Partiyasının namizədi, vitse-prezident Kamala Harris namizədliyini irəli sürmüşdü. Tramp 2017-2021-ci illərdə hakimiyyətdə olmuş 45-ci ABŞ prezidenti idi. O, 2020-ci ildə keçirilən prezident seçkilərində demokrat Co Baydenə məğlub oldu və hazırda Ağ Evə qayıtmağa cəhd göstərir. Harris isə 2021-ci ilin yanvarından ABŞ-nin vitse-prezidenti vəzifəsini tutur.

Donald Tramp prezident seçkilərində siyasi qələbəsini elan edərək özünü ABŞ-nin 47-ci prezidenti adlandırdı.

"Bu, ölkəmizin heç vaxt görmədiyi bir siyasi qələbədir. ABŞ xalqına 47-ci prezidentiniz olaraq seçilmək şərəfinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə Respublikaçılar Partiyasının namizədi, Floridada yerləşən Mar-a-Laqo malikanəsində çıxışında bildirib.

Donald Tramp "Amerikanın qızıl dövrünü" açacağına və seçkilərdə bütün ABŞ xalqının mənafeyinə xidmət edəcək "heyrətamiz bir qələbə" qazandığına inandığını bildirib.

"Amerikanın həqiqi qızıl dövrü başlayacaq", - deyə Tramp qeyd edib. Onun sözlərinə görə, prezident seçkilərində ABŞ xalqının xeyrinə "heyrətamiz bir qələbə" əldə edib ki, bu da "Amerikanı yenidən böyük etmək" imkanı yaradacaq.

Donald Trampın qələbəsinin səbəbləri

2024-cü il ABŞ-də keçirilmiş prezident seçkiləri ölkənin siyasi və ictimai həyatında yeni bir mərhələ açdı. Bu seçkilərdə Donald Trampın qələbəsi xalqın seçki iradəsinin nəticəsi olmaqla yanaşı, ABŞ cəmiyyətində uzun müddətdir yığılan narazılıqların da bariz göstəricisi oldu. Amerika cəmiyyəti uzun müddət ard-arda davam edən xarici müdaxilələrdən, iqtisadi gərginlikdən və sosial təzyiqlərdən yoruldu. Seçkilərin nəticələri həm bu narazılıqların ifadəsi, həm də Amerika siyasətində dəyişikliklərin qaçılmaz olduğuna işarə etdi.

Prezident seçkilərinin nəticələri

Donald Tramp bu dəfə də Respublikaçılar Partiyasının namizədi kimi seçkilərdə iştirak edərək, Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrisi məğlub etdi. Son nəticələrə əsasən, Tramp seçici səslərinin 52%-ni toplayaraq yenidən Ağ Evə qayıtma hüququ qazandı. Harris isə 48% səs toplayaraq məğlubiyyətlə üzləşdi. Milyonlarla amerikalı Donald Trampı seçərək, onun "Amerikanı yenidən böyük etmək" şüarına və daxili siyasətdə dəyişikliklər etmə vədlərinə güvəndi.

Senat seçkilərinin nəticələri

ABŞ Senatında keçirilən seçkilər də Respublikaçılar Partiyasının üstünlüyü ilə başa çatdı. Son nəticələrə əsasən, Respublikaçılar 52 yer qazanaraq, demokratları üstələdi və Senatda çoxluq əldə etdilər. Bu, Trampın prezident kimi siyasətlərini həyata keçirməkdə daha geniş imkanlara sahib olacağı deməkdir. Senatda üstünlüyün Respublikaçılarda olması, həm də demokratların uzun müddətdir mühafizə etdikləri qanunvericilik hakimiyyətində yeni bir dinamikanın başlamasına işarədir.

Nümayəndələr Palatası və qubernator seçkiləri

Nümayəndələr Palatasında isə Demokratlar hələ də çoxluğu əldə saxlayır, lakin Respublikaçılar bu dəfə çoxluğa daha yaxın nəticə göstərdilər. Bu vəziyyət Trampın təşəbbüslərinin Palatada keçidini çətinləşdirəcək, lakin o, bu vəziyyəti öz lehinə çevirmək üçün hərəkətlənə bilər. ABŞ-də qubernator seçkiləri də bir sıra respublikaçı namizədlərin qələbəsi ilə yadda qaldı, belə ki, ölkənin bir neçə əsas ştatında qubernator seçkilərini Respublikaçılar qazandılar. Bu, ölkənin daxili siyasətində yeni bir dönüş nöqtəsinə işarədir.

Donald Trampın qələbəsinin səbəbləri

Trampın qələbəsinin əsas səbəblərindən biri amerikalıların xarici müdaxilələrdən və müharibələrdən yorulmasıdır. ABŞ-nin son illərdə müxtəlif ölkələrdə iştirak etdiyi münaqişələr, xarici siyasətdə göstərdiyi aqressiv mövqeyi və başqa ölkələrin daxili işlərinə müdaxilələri ölkə daxilində ciddi narazılıq yaradıb. Həmçinin, Trampın ABŞ iqtisadiyyatını canlandırmaq, iş yerlərini artırmaq və sosial vəziyyəti yaxşılaşdırmaq vədləri də geniş dəstək tapdı.

Amerika cəmiyyətindəki yorğunluq və dəyişiklik istəyi

Trampın qələbəsi həm də Amerika xalqının daxili dəyişikliklərə və rifahın bərpasına olan ehtiyacından xəbər verir. Xarici siyasətdəki aqressiv siyasət, xarici münaqişələrə böyük məbləğdə vəsait xərclənməsi, ölkə daxilində sosial narazılıqların artması, həmçinin etnik və dini azlıqlar arasında artan gərginliklər cəmiyyətdə ciddi təsir buraxmışdır. Amerikalılar artıq ölkənin xaricdə deyil, daxildəki problemlərinə diqqət yetirməsinin tərəfdarıdırlar.

Tramp seçki kampaniyası dövründə bu hissləri düzgün istiqamətləndirməyi bacardı. O, ABŞ-nin xarici siyasətini yenidən qiymətləndirmək, iqtisadi islahatlar aparmaq və daxili problemlərə daha çox diqqət ayırmaq vədləri ilə seçiciləri arxasınca çəkdi. Beləliklə, Trampın qələbəsi, Amerika cəmiyyətindəki köklü dəyişiklik ehtiyacını və daxili rifahın bərpasına olan tələbi əks etdirir.

Azərbaycan Prezidenti: "Onun bir çox bəyanatları ilə razıyam"

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyul ayında Şuşada keçirilmiş 2-ci Qlobal Media Forumunda sualları cavablandırarkən Donald Tramp barədə demişdi: ".. Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam.

Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni, bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.

Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

ABŞ-nin Azərbaycana münasibəti dəyişəcəkmi?

Donald Trampın qələbəsi ABŞ-nin xarici siyasətində və müxtəlif ölkələrlə əlaqələrində, xüsusilə də Azərbaycanla münasibətlərində mühüm bir dönüş nöqtəsi ola bilər. Trampın yenidən Ağ Evə qayıdışı ABŞ-nin beynəlxalq arenada mövqeyinin necə dəyişəcəyinə dair çoxsaylı suallar doğurur.

Donald Trampın Azərbaycana münasibəti əsasən praktiki və iqtisadi maraqlara əsaslanır. Tramp öz siyasi və biznes fəaliyyətlərində həmişə iqtisadi fayda və pragmatizm prinsiplərini üstün tutub. Prezidentlik dövründə Trampın Azərbaycanla bağlı konkret siyasətinin olmaması, onun diqqətini əsasən ABŞ-ın daxili məsələlərinə və Çin, İran kimi daha geniş geosiyasi önəmə malik ölkələrlə münasibətlərə yönəltməsindən qaynaqlanırdı.

Trampın xarici siyasətində bir çox ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərində müdaxiləsiz siyasətə üstünlük verməsi müşahidə olunurdu. Onun administrasiyası Azərbaycan və Ermənistan arasındakı münaqişələrdə birbaşa müdaxilə etməkdən çəkinib. Tramp administrasiyası Cənubi Qafqazda sabitliyin qorunmasının strateji əhəmiyyətini vurğulasa da, Azərbaycanın daxili işlərinə qarışmamağa çalışıb və ölkənin regional məsələlərdə suverenliyinə hörmətlə yanaşıb.

Azərbaycan və ABŞ arasında münasibətlər enerji, təhlükəsizlik, insan hüquqları və demokratiya mövzularında müxtəlif mərhələlərdən keçib. Xüsusilə neft və qaz sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin əsasını təşkil edib. ABŞ Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra Xəzər dənizində enerji resurslarının inkişaf etdirilməsinə maraq göstərib və Azərbaycanda fəaliyyət göstərən Qərb neft şirkətlərinin işini dəstəkləyib. Bu əməkdaşlıq hər iki ölkəyə enerji təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm faydalar verib.

Fəqət ABŞ və Azərbaycan arasında münasibətlərdə bəzi gərginliklər də yaranıb. Xüsusilə ABŞ-ın "insan hüquqları" və "demokratiya" şüarçılığı ilə Azərbaycana təzyiq göstərməsi, ölkənin daxili işlərinə qarışmaq cəhdləri ikitərəfli münasibətlərdə bəzi çətinliklər yaradıb. Bu təzyiqlər Azərbaycan hökumətinin ABŞ-a münasibətində bəzən soyuqluğa səbəb olsa da, hər iki ölkə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mövzularında əlaqələri davam etdirib.

Qısamüddətli perspektiv

Trampın qələbəsindən sonra qısamüddətli perspektivdə ABŞ-nin Azərbaycana qarşı siyasətində mühüm dəyişikliklər gözlənilmir. Tramp xarici siyasətdə ABŞ-nin maraqlarını əsas götürən bir prezident kimi tanınır. Onun Cənubi Qafqazdakı vəziyyətə daha çox "işgüzar baxış"la yanaşması gözlənilir. Tramp administrasiyası, Azərbaycanın enerji resurslarının Avropaya çıxarılmasında strateji əhəmiyyətini nəzərə alaraq, enerji sahəsində əməkdaşlığa daha çox önəm verə bilər.

Həmçinin, Trampın rəhbərliyi altında ABŞ-ın Ermənistan və Azərbaycan arasında balanslı mövqeyi davam edəcək, amma hər iki ölkəyə müdaxiləsiz yanaşma tətbiq olunacaq. Bu baxımdan, Tramp administrasiyası Azərbaycana qarşı əlavə təzyiqlər göstərmədən, onun iqtisadi və regional təhlükəsizlik sahələrində müstəqil siyasət yürütməsinə imkan yarada bilər.

Orta müddətli perspektiv

Orta müddətli perspektivdə Trampın ABŞ xarici siyasətində daha çox iqtisadi maraqlara əsaslanan yanaşması, ABŞ və Azərbaycan arasında ticarət və investisiya imkanlarının artmasına səbəb ola bilər. Trampın xarici ölkələrə iqtisadi baxımdan sərfəli təkliflər təqdim etməyə maraqlı olması, Azərbaycanın xarici sərmayəni cəlb etmək üçün strateji olaraq əhəmiyyətini nəzərə alır. Bu, Azərbaycanın enerji resurslarına və tranzit imkanlarına ABŞ-nin marağını artıracaq və iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər aça bilər.

Orta müddətli dövrdə Trampın Azərbaycana qarşı müdaxiləsiz siyasət yürütməsi, ABŞ-nin Azərbaycanı daha çox Cənubi Qafqazda sülhün təmin olunması və regional əməkdaşlığın artırılması prosesində tərəfdaş kimi görməsinə yol aça bilər. Lakin bu dövrdə ABŞ və Azərbaycan arasında münasibətlərin əsasən iqtisadi sahədə irəliləyəcəyi gözlənilir.

Uzunmüddətli perspektiv

Uzunmüddətli perspektivdə ABŞ və Azərbaycan arasındakı münasibətlər əsasən enerji, təhlükəsizlik və ticarət sahələrində güclənə bilər. Tramp administrasiyasının Azərbaycanın enerji resurslarına olan marağının davam etməsi, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq. ABŞ-ın Orta Asiya və Yaxın Şərqdə mövqelərini gücləndirmək cəhdləri fonunda, Cənubi Qafqaz və xüsusilə Azərbaycan ABŞ-ın strateji maraqlarına cavab verən mühüm bir regional partnyora çevrilə bilər.

Eyni zamanda, ABŞ-nin uzunmüddətli perspektivdə Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı təzyiqlərini davam etdirə biləcəyi ehtimal olunur. Lakin Trampın siyasətində bu məsələ əsas prioritetlərdən biri olmayacaq və əsas diqqət iqtisadi əməkdaşlığa veriləcək.

Nə oldu, nə olacaq?

Donald Trampın qələbəsi ABŞ-nin Azərbaycana münasibətində qısa və orta müddətli perspektivdə böyük dəyişikliklər yaratmasa da, uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və enerji sahəsində əlaqələrin inkişafına təkan verə bilər. Trampın xarici siyasətdə iqtisadi prioritetlərə üstünlük verməsi Azərbaycanın ABŞ ilə qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq imkanları əldə etməsinə şərait yarada bilər. Bu, Azərbaycanın regionda öz mövqeyini daha da möhkəmləndirməsi və ABŞ ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradacaq.

.... 2024-cü il seçkiləri ABŞ-nin daxili və xarici siyasətində mühüm dönüş nöqtəsi olacaq. Trampın rəhbərliyində ABŞ-ın xarici siyasətində yeni bir yanaşmanın formalaşacağı gözlənilir. Ölkə daxilində isə iqtisadiyyatı canlandırmaq, sosial problemləri həll etmək və cəmiyyətin müxtəlif təbəqələri arasında harmoniyanı təmin etmək üçün addımlar atılacaq. Bu seçkilər Amerika xalqının öz gələcəyini yenidən formalaşdırmaq istəyini açıq şəkildə ortaya qoydu və ölkənin yeni bir istiqamətə yönələcəyinə dair böyük ümidlər yaradır.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:232
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 06 Ноября 2024 15:36
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Барселона прибывает в Баку на матч Лиги чемпионов с Сабахом расписание визита

23 Ноября 2026 11:40see307

SOCAR может присоединиться к первому проекту бесперебойного энергоснабжения в Азербайджане

23 Ноября 2026 14:49see288

Азербайджан, Грузия, Румыния и Венгрия обсудят реализацию Зеленого энергетического коридора

23 Ноября 2026 11:48see288

SOCAR заинтересована в участии в проекте Masdar по бесперебойному энергоснабжению

23 Ноября 2026 14:31see262

Ла Лига: Атлетико на выезде разгромил Хетафе

23 Ноября 2026 02:07see239

Что, если зло живет не на озере, а в детской?

23 Ноября 2026 16:22see230

Стало известно, кто из футболистов Барселоны пропустит матч в Баку

23 Ноября 2026 16:25see219

В Украине атакована ж/д станция: есть погибший и раненые

24 Ноября 2026 12:56see211

Azerbaijan Airlines удостоена двух престижных наград APEX за качество пассажирского обслуживания

23 Ноября 2026 15:53see207

Южноафриканец Сабаха не сыграет с Барселоной и Вильярреалом

23 Ноября 2026 18:46see191

Мужчина разобрал арендованную машину и продал запчасти

23 Ноября 2026 17:11see191

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

23 Ноября 2026 22:04see191

Опровергнута популярная причина боли в пояснице

23 Ноября 2026 03:46see190

МИД Ирана: Тегеран не нуждается в одобрении Китая или России для пересмотра военной доктрины

23 Ноября 2026 18:06see184

Брэд Питт оценил выбор Паттинсона на роль Бонда

23 Ноября 2026 09:22see179

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

23 Ноября 2026 21:29see178

На благотворительной ярмарке в Сараево представили культуру и кухню Азербайджана

23 Ноября 2026 18:17see178

Азербайджан заработал 124 млн манатов от приватизации госимущества

23 Ноября 2026 16:28see174

В Джалилабадском районе скончался экс чиновник

24 Ноября 2026 04:31see174

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

23 Ноября 2026 21:17see161
newsПоследние новости
Самые свежие и актуальные события дня