Icma.az
close
up
AZ
Menu

Новый этап разведки в азербайджанском секторе Каспия: старт работ на Гошадаше

Доходы госбюджета Азербайджана за 10 месяцев превысили прогноз

Азербайджан увеличит экспорт газа в Европу

Искусство превращать возможности в силу

В Баку затопило участок улицы около метро "Иншаатчылар" ВИДЕО

В дом Криса Хемсворта ворвались налетчики в масках

Тейлор Свифт воссоединилась с подругой после многолетней ссоры

Азербайджанские куклы представили в Праге

Чтобы дети улыбались : известная турецкая певица намерена открыть детский сад в Азербайджане

Ильхам Алиев заявил о возрастающей роли альтернативной энергетики

Стажер пилот AZAL рассказал о ходе летной подготовки

В Пакистане при нападении на патруль погибли 10 полицейских, уничтожены 18 боевиков

Искусственный интеллект и образование: новые направления партнёрства Баку и Лондона

Азербайджанский спортсмен завоевал серебро на ЧМ по тамблингу

В Дублине состоялась встреча Президента Ильхама Алиева с председателем Европейского совета (ФОТО)

Добыча нефти в США достигла рекордных 14 млн баррелей в сутки

АПБА выявило нарушения на мясоперерабатывающем предприятии в Забрате

Глава МИД Беларуси: Целесообразно ограничить доступ Армении к секретным документам ОДКБ

В Баку состоялась презентация документального фильма Шаги в тишине

За последний год через Азербайджан в Армению перевезено 105 тыс. тонн грузов

Trampın andiçməsindən sonra Vaşinqtondan Bakıya baxış dəyişəcək? ŞƏRH

Trampın andiçməsindən sonra Vaşinqtondan Bakıya baxış dəyişəcək? ŞƏRH

Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.

Prezident İlham Əliyevin son müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-ABŞ münasibətlərinin Donald Trampın hakimiyyətə gəlməsi ilə daha müsbət məcrada inkişafı gözlənilir. Çünki respublikaçılar demokratlardan fərqli olaraq, Cənubi Qafqazda Azərbaycanla münasibətlərə başqa kontekstdən yanaşırlar. Onlar Azərbaycanı güclü və etibarlı tərəfdaş hesab edirlər. Trampın birinci prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində normal xətt mövcud idi. Ümidvarıq ki, bu normal münasibətlər Trampın yanvarın 20-də rəsmi şəkildə hakimiyyətə gəlməsi ilə yenidən öz müsbət məcrasına düşəcək.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, iki ölkə arasında əlaqələr həmişə tam istədiyimiz kimi olmasa da, müxtəlif zamanlarda ABŞ Azərbaycanın Cənubi Qafqazda, regional və qlobal təhlükəsizlikdə oynadığı rolu açıq-aşkar qəbul edib:

"Azərbaycanın Əfqanıstan missiyasındakı rolunu yadımıza salaq. NATO, ABŞ qüvvələri Əfqanıstanı tərk edəndə bu ölkədən ən sonuncu Azərbaycan və Türkiyə qüvvələri çıxdı. Əfqanıstanda önəmli hava limanlarından birinin təhlükəsizliyini son anadək Azərbaycan və Türkiyə əsgərləri bir yerdə, çiyin-çiyinə qoruyurdular. Həmin vaxt artıq bütün NATO qoşunları, o cümlədən, ABŞ birləşmələri Əfqanıstanı tərk edib getmişdilər.

Tural Gəncəliyev vurğulayıb ki, Bayden administrasiyası Ermənistana çox meyil edirdi, bu ölkəni Azərbaycandan üstün tuturdu:

"Bu da münasibətlərin tamamilə pozulmasına səbəb olmuşdu. Tramp daha çox praqmatik siyasət tərəfdarı olduğundan artıq Azərbaycanın real bir güc, politik situasiya yaratdığını, Azərbaycanla hesablaşmaq lazım olduğunu anlayır, Azərbaycanın güclü lideri ilə ikitərəfli münasibətləri inkişaf etdirməyin lazım olduğunu bilir. Hesab edirəm ki, ABŞ administrasiyası və Tramp tərəfindən Azərbaycan-Ermənistan münasibətləri kontekstində də neytral, obyektiv yanaşmanın şahidi olacağıq".

Millət vəkili qeyd edib ki, qarşıdakı zamanda Azərbaycan-ABŞ münasibətlərində normallaşma, istiləşmənin şahidi olacağıq.

"ABŞ Cənubi Qafqazda böyük təhlükəsizlik məsələlərində Azərbaycanın rolunu qəbul edir və bundan sonra da edəcək. Azərbaycanın hərbi məsələlərdə olduğu kimi, enerji təhlükəsizliyində də rolu da ciddi şəkildə qiymətləndiriləcək. Ermənistanın əsas müttəfiqləri olan keçmiş Suriya rejimi, Fransa, Avropa İttifaqı da Tramp administrasiyası tərəfindən heç də xoşagələn şəkildə qarşılanmır.

Ermənistan üzərindən aparılan siyasətin artıq mənasız və əhəmiyyətsiz olduğunu anlayan Fransa və Avropa İttifaqındakı güc mərkəzləri başa düşürlər ki, Tramp bu məsələlərə tamamilə yenidən baxacaq. Trampın bu məsələlərdə Azərbaycan liderinin apardığı siyasətə daha çox simpatiya ilə yanaşdığı aydındır. Biz müsbət Azərbaycan-Türkiyə-ABŞ münasibətlərinin qurulacağını da ehtimal edə bilərik", - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında bildirib ki, Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra uğursuz Bayden adminstrasiyasının xarici siyasətdə yol verdikləri cidd səhvlər ucbatından enişə doğru gedən Vaşinqton-Bakı münasibətlərinin yüksələn xətt üzrə inkişafının şahidi olacağıq:

"Şübhəsiz ki, yaxın tərəfdaşlıq münasibətləri ilk növbədə enerji və nəqliyyat dəhlizləri, eləcə də, təhlükəsizlik məsələləri müstəvisində yenidən dirçəldiləcək və inkişaf etdiriləcək. Bununla yanaşı, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsində, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiya meyillərinin gücləndirilməsi istiqamətində bir sıra önəmli, bəlkə də, qlobal geosiyasi önəm daşıyan addımların atılması da gözləniləndir".

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan və Türkiyənin regionda oynadıqları sabitləşdirici rolun daha da güclənəcəyi, eyni zamanda, Türk Dövlətləri Təşkilatının təşkilatlanması istiqamətində tarixi qərarların qəbul ediləcəyi və həyata keçiriləcəyi ehtimalı böyükdür:

"Bu xüsusda Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsində TDT və D8-in regional və perspektivdə qlobal güc mərkəzlərinə çevriləcəyi ilə bağlı fikirlərinə də diqqət çəkmək istəyirəm. Mahiyyət etibarilə, dövlətimizin başçısının əsası uzun illər öncə qoyulan strateji proqnozlarının gerçəkləşməsi üçün olduqca önəmli bir mərhələnin geridə qoyulduğunu düşünürəm.

Xatırladım ki, Tramp 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışında qlobalizmin fəsadlarına diqqət çəkmişdi və milli suverenitet, dövlətçilik, vətənpərvərliyin əhəmiyyətini vurğulamışdı. Tramp sözügedən çıxışında qeyd etmişdi ki, "azad dünya öz milli köklərinə dəyər verməlidir, onları silməyə, yaxud əvəzləməyə çalışmamalıdır... Gələcək qlobalçılara yox, vətənpərvərlərə məxsusdur".

Düşünürəm ki, Trampın iqtibas gətirdiyim nitqində yer alan məqamlar təkcə Vaşinqton-Bakı münasibətlərinin inkişaf perspektivi ilə bağlı deyil, bütövlükdə yeni dünya düzəninin qurulması prosesinin inkişafı ilə bağlı bir sıra önəmli istiqamətlər barədə aydın təsəvvürlərin formalaşmasına imkan verir. Bu aspektdən yaxın 4 ilin həm ABŞ-Azərbaycan münasibətləri, həm də qlobal proseslərlə bağlı tarixi zaman kəsiyi olacağı qənaətindəyəm", - deyə deputat vurğulayıb.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:261
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Января 2025 17:46
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Новый этап разведки в азербайджанском секторе Каспия: старт работ на Гошадаше

12 Ноября 2026 13:02see355

Доходы госбюджета Азербайджана за 10 месяцев превысили прогноз

12 Ноября 2026 14:54see298

Азербайджан увеличит экспорт газа в Европу

13 Ноября 2026 02:48see257

Искусство превращать возможности в силу

13 Ноября 2026 10:10see234

В Баку затопило участок улицы около метро "Иншаатчылар" ВИДЕО

12 Ноября 2026 01:46see232

В дом Криса Хемсворта ворвались налетчики в масках

12 Ноября 2026 14:19see210

Тейлор Свифт воссоединилась с подругой после многолетней ссоры

12 Ноября 2026 18:33see209

Азербайджанские куклы представили в Праге

12 Ноября 2026 16:04see203

Чтобы дети улыбались : известная турецкая певица намерена открыть детский сад в Азербайджане

12 Ноября 2026 14:12see192

Ильхам Алиев заявил о возрастающей роли альтернативной энергетики

13 Ноября 2026 02:45see188

Стажер пилот AZAL рассказал о ходе летной подготовки

12 Ноября 2026 17:31see179

В Пакистане при нападении на патруль погибли 10 полицейских, уничтожены 18 боевиков

12 Ноября 2026 03:41see179

Искусственный интеллект и образование: новые направления партнёрства Баку и Лондона

13 Ноября 2026 00:55see176

Азербайджанский спортсмен завоевал серебро на ЧМ по тамблингу

12 Ноября 2026 21:22see164

В Дублине состоялась встреча Президента Ильхама Алиева с председателем Европейского совета (ФОТО)

13 Ноября 2026 00:33see164

Добыча нефти в США достигла рекордных 14 млн баррелей в сутки

12 Ноября 2026 21:49see158

АПБА выявило нарушения на мясоперерабатывающем предприятии в Забрате

12 Ноября 2026 11:18see154

Глава МИД Беларуси: Целесообразно ограничить доступ Армении к секретным документам ОДКБ

12 Ноября 2026 03:25see154

В Баку состоялась презентация документального фильма Шаги в тишине

12 Ноября 2026 20:06see153

За последний год через Азербайджан в Армению перевезено 105 тыс. тонн грузов

12 Ноября 2026 21:25see152
newsПоследние новости
Самые свежие и актуальные события дня