Icma.az
close
up
AZ
Menu

В некоторых частях Баку временно отключат газ

Когда песня становится больше, чем мелодия и слова вечер памяти Айгюн Бейляр (ФОТО)

Азербайджанские дзюдоисты в Лиге чемпионов

Финляндия первой в мире разрешила эксплуатацию хранилища ядерных отходов

Бритни Спирс осудила копирующих ее образы звезд

Avtomobili bu cür idarə edənlər CƏRİMƏLƏNƏCƏK

Лана Раванди Фадаи: Новая операция не приведет к капитуляции Ирана ИНТЕРВЬЮ

Какая спецтехника должна проходить ежегодный техосмотр в МЧС?

Вэнс: доступ Украины к Starshield зависит от Вашингтона, а не Илона Маска

Развод за чужой счет: семьдесят две страницы для Пашиняна

Рефери ФИФА из Азербайджана Фарида Лютфалиева получила назначение на матчи отбора ЧЕ

Депутаты в Албании устроили драку Minval Politika

Уроженок Грузии задержали за организацию подпольной клиники в Вене

От Каспия до Европы

ЛЛ упустили победу в упорной борьбе

Америка не позволяет Ирану экспортировать нефть

В Азербайджане назвали самые популярные имена для новорожденных СПИСОК

В Азербайджане налоговые льготы для резидентов технопарков продлены до 20 лет

Москва в контакте с Анкарой заявили в МИД РФ

Азербайджан намерен развивать межпарламентское сотрудничество с Эстонией

Türk NATO su nə zaman yaradılacaq?

Türk NATO su nə zaman yaradılacaq?

Icma.az, ссылаясь на сайт Day.az, отмечает.

Müəllif: Elçin Alıoğlu 

Mənbə: Trend

Dünya yeni geosiyasi çalxalanmalar və siyasi yerdəyişmələr dövrünə qədəm qoyarkən köhnə müttəfiqliklər bir-bir dağılır, müharibələrin kölgəsində isə yeni güc mərkəzləri yaranır. Belə bir zamanda Türk Dövlətləri Təşkilatı (TDT) təkcə mədəni və iqtisadi yaxınlaşma platforması kimi yox, həm də gələcəkdə güclü bir hərbi-siyasi blokun əsası kimi səhnəyə çıxır. Sabitlik - hazır verilən nemət yox, ortaq şəkildə əldə olunmalı məqsəddir. Və bu məqsəd - ortaqdır. Xarici təhlükələr və müdaxilələr nə itib, nə də yox olacaq. Odur ki, TDT ölkələrinin daxili işlər qurumları arasında əməkdaşlıq təkcə praktik deyil, strateji əhəmiyyət daşıyır.

2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə yaradılan Türk Şurası ilk vaxtlar dil və mədəniyyət birliyinin platforması kimi çıxış edirdi. Lakin son onillik ərzində yumşaq diplomatiyadan sərt maraqlara keçid dövrü yaşandı. Özbəkistanın qoşulması, Macarıstana xüsusi müşahidəçi statusunun verilməsi, Türkmənistanın iştirakçı ölkə kimi prosesə daxil olması bu genişlənmənin açıq göstəriciləridir.

Fəqət əsl dönüş nöqtəsi 2020-ci ildə, İkinci Qarabağ müharibəsi fonunda baş verdi. Bu zaman anlaşıldı ki, kollektiv təhlükəsizlik olmadan mədəni və iqtisadi layihələr istənilən an zərbə altında qala bilər. Müasir dövrün təhlükə və təhdidləri yalnız rəmzi deyil, strateji inteqrasiyanı tələb edir.

Son illərdə yaşanan proseslər - Ukraynadakı müharibədən tutmuş Əfqanıstandakı böhranadək - göstərdi ki, zəif dövlətlər xaos memarları üçün ideal meydandır. Post-sovet məkanı xarici təzyiqlər, hibrid hücumlar və siyasi manipulyasiyaların döyüş meydanına çevrilib. Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən iğtişaşlar, Qırğızıstandakı siyasi dalğalanmalar, Özbəkistanda 2022-ci ildə Qarakalpaq bölgəsindəki təxribat cəhdləri - bütün bunlar vahid mənzərənin parçalarıdır.

Demokratiya, insan haqları, "avtoritarizmə qarşı mübarizə" kimi gurultulu və gəlişigözəl şüarların pərdəsi altında dövlətçiliyi sarsıtmağa hesablanmış ssenarilər dövriyyəyə buraxılır. Təsadüf deyil ki, zəngin təbii ehtiyatlara malik, mühüm geostrateji mövqedə yerləşən və artan siyasi iradə nümayiş etdirən türkdilli ölkələr bu hücumların mərkəzində dayanır. Məsələn, Türkiyənin iqtisadi və texnoloji baxımdan yüksəlişi nə qədər sürətlidirsə, Qərbdən ona yönəlmiş informasiya və siyasi təzyiqlər də bir o qədər artmaqdadır.

Azərbaycanla Türkiyənin hərbi-siyasi yaxınlaşması artıq "Türk NATO-su" ideyasının praktik modeli kimi işləyir. Birgə təlimlər, hərbi sənaye sahəsində əməkdaşlıq, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş müttəfiqlik çərçivəsi artıq real nəticələr doğurub.

44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Bu müharibə təkcə uğurlu bir hərbi kampaniya deyildi - o, qardaş dəstəyinin bölgədə strateji tarazlığı necə dəyişə biləcəyini göstərdi. Türkiyənin siyasi və mənəvi dəstəyi, Azərbaycanın siyasi iradəsi və birgə koordinasiya - məhz belə formalaşır işə yarayan müttəfiqlik nümunəsi.

Türkiyə bu gün dünyanın aparıcı silah ixracatçıları sırasındadır. Baykar, Roketsan, Aselsan kimi brendlər təkcə texnoloji güc deyil, həm də strateji kapitaldır. Bu kapitalı Türkiyə türkdilli ölkələrlə bölüşməyə hazırdır. Artıq birgə istehsal müəssisələri fəaliyyətə başlayıb, pilotsuz aparatların satışı üzrə müqavilələr imzalanıb, zabitlərin təlimi təşkil olunur.

Növbəti mərhələ - ortaq Müdafiə Agentliyinin yaradılmasıdır. Bu qurum silahların standartlaşdırılmasını, ortaq satınalmaları, kəşfiyyat mübadiləsini və ortaq müdafiə doktrinasının hazırlanmasını koordinasiya edəcək. Bu artıq xəyallar yox, başlanan proseslərin məntiqi davamıdır.

NATO SSRİ-ni cilovlamaq üçün yaradılmış siyasi-hərbi alyans idi. Onun strukturu sərt iyerarxiya və vahid komanda zənciri üzərində qurulub. Alyans daxilində fərqli tarixlər, mədəniyyətlər və dillər mövcuddur. Bu da çox zaman etimad və əməkdaşlığı çətinləşdirir.

Türk hərbi ittifaqı isə ortaq kimlik üzərində qurula bilər. Bu - yalnız dil deyil, həm də mənəvi birliyin ifadəsidir. Ortaq tarix, eyni mənəvi yaddaş, milli azadlıq uğrunda bir-birinə dayaq olan xalqların ortaq iradəsi - bu, prosedur əsaslı nizamnamələrdən daha güclü bağdır.

Üstəlik, bu modeldə ABŞ-nin NATO-dakı hegemoniyasına bənzər bir "super güc" aktoru yoxdur. Burada silah anbarına görə yox, siyasi iradəyə görə bərabərlik var. Bu - iradə birliyinə əsaslanan bərabərlər ittifaqıdır.

Artıq heç kəs kağız üzərindəki "təhlükəsizlik zəmanətləri"nə bel bağlaya bilməz. Liviya, Dəməşq, Ukrayna - bu ölkələrin yaşadığı faciələr bir şeyi sübut etdi: xarici güclərin verdiyi vədlər külək kimidir, əsməyə başlayanda itib gedir. Bu dövrdə yalnız bir yol qalır - birləşmək. Məhz buna görə də Türk Dövlətlərinin Ortak Müdafiə Doktrinasına ehtiyac var. Bu, ideya yox, zərurətdir. Çağırışlara cavab vermək üçün hazırlanacaq plan yox, məcburiyyətə çevrilmiş sistemdir.

Bu doktrina nələri əhatə etməlidir?

- Kollektiv müdafiə prinsipi - NATO-nun məşhur 5-ci maddəsi kimi: birinə təhlükə varsa, bu hamıya təhlükədir
- Sürətli cavab qüvvələri - kritik infrastrukturun müdafiəsi üçün ortaq əməliyyat qrupları
- Müdafiə sənayesi əməkdaşlığı - silahların standartlaşdırılmasından tutmuş ortaq istehsala qədər
- Kibertəhlükəsizlik və süni intellekt - müasir döyüşlərin səhnəsi dəyişib, koordinasiya burada həyati əhəmiyyət daşıyır
- Əks-kəşfiyyat və informasiya təhlükəsizliyi - hibrid hücumlara qarşı ortaq sipər

Bu, nəzəriyyə deyil. Bu, sərhəd tanımayan, mərhələli və çoxşaxəli təhlükələr çağında yeganə rasional cavabdır.

Skeptiklər deyir ki, bu ölkələr fərqli idarəetmə modellərinə, prioritetlərə və xarici siyasət trayektoriyalarına malikdir. Qismən haqlıdırlar. Amma əslində daha vacib amil var: bu dövlətləri birləşdirən ortaq təhdidlərdir. Heç biri xarici müdaxilədən sığortalanmayıb. Heç biri köhnə ittifaqlara arxayın ola bilməz.

Artan xarici təzyiqlər; Azərbaycanla Türkiyənin artıq özünü doğrultmuş strateji tərəfdaşlığı; Türkiyə, Qazaxıstan və Özbəkistanın iqtisadi yüksəlişi; Qərbin bölgədə buraxdığı strateji boşluq və ən nəhayət, türk xalqları arasında böyüyən qarşılıqlı rəğbət və yaxınlıq TDT çərçivəsindəki proseslərə təbii təkanlar rolunu oynamağa başlayıb.

"Türk NATO-su" dedikdə, söhbət kimsənin köçürülmüş modelindən getmir. Bu, müttəfiqlik məfhumunun yeni dövrə uyğunlaşdırılmış formasıdır. Yeni dövrdə nə ən güclü, nə də ən varlı ölkə qalib gəlir - ən çox bağ qura bilən, şəbəkələşə bilən, koordinasiyalı hərəkət edə bilən qalır. Təhlükəsizlik artıq divarlarla yox, bağlantılarla qorunur.

Milli kimlik zəiflik deyil. Əksinə, bu - dirənişin, davamlılığın və gələcəyin kodudur. Xarici güclərin kənardan sındıra bilməyəcəyi şifrəli bir sistemdir.

Türk dünyası artıq təkcə mədəni bağlarla yox, öz iradəsi, ordusu, institusiyaları və sabaha dair baxışı ilə beynəlxalq münasibətlərdə subyektə çevrilməlidir. Əlavə element yox, tampon zonası yox, "boz sahə" yox - siyasi iradəsi olan tamhüquqlu aktor.

Bu gün türk dövlətlərinin qarşısında seçim dayanır: mədəni birlik olaraq qalmaq, yoxsa siyasi-hərbi reallığa çevrilmək. Bu seçim yalnız bir ölkənin yox, bütün bölgənin gələcəyini müəyyənləşdirəcək.

"Türk NATO-su" - bu, pafoslu şüar deyil. Bu, zamanın verdiyi diaqnoz və ona verilən cavabdır. Bu, eqoist iddia deyil - bu, sağ qalmaq üçün zərurətdir. Çünki kim öz alyansını qurmursa, başqasının xəritəsində rəngsiz bir ləkəyə çevrilir.

Və sabah qapıya düşmən dayanarsa çiyin-çiyinə duracaq qardaşlar olmalıdır.

Məhz indi həmin sualın cavabı hazırlanır.

Türk dünyası artıq eyni dildə danışmağı bacarır.

Bir yumruq kimi hərəkət etməyi öyrənməyin zamanıdır.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:249
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 27 Мая 2025 11:31
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В некоторых частях Баку временно отключат газ

23 Октября 2026 00:31see184

Когда песня становится больше, чем мелодия и слова вечер памяти Айгюн Бейляр (ФОТО)

22 Октября 2026 22:29see182

Азербайджанские дзюдоисты в Лиге чемпионов

22 Октября 2026 18:37see181

Финляндия первой в мире разрешила эксплуатацию хранилища ядерных отходов

22 Октября 2026 21:57see179

Бритни Спирс осудила копирующих ее образы звезд

22 Октября 2026 14:19see176

Avtomobili bu cür idarə edənlər CƏRİMƏLƏNƏCƏK

22 Октября 2026 17:42see175

Лана Раванди Фадаи: Новая операция не приведет к капитуляции Ирана ИНТЕРВЬЮ

22 Октября 2026 20:00see174

Какая спецтехника должна проходить ежегодный техосмотр в МЧС?

23 Октября 2026 04:00see171

Вэнс: доступ Украины к Starshield зависит от Вашингтона, а не Илона Маска

22 Октября 2026 18:30see169

Развод за чужой счет: семьдесят две страницы для Пашиняна

22 Октября 2026 20:46see168

Рефери ФИФА из Азербайджана Фарида Лютфалиева получила назначение на матчи отбора ЧЕ

22 Октября 2026 22:02see166

Депутаты в Албании устроили драку Minval Politika

22 Октября 2026 18:37see166

Уроженок Грузии задержали за организацию подпольной клиники в Вене

22 Октября 2026 20:51see166

От Каспия до Европы

23 Октября 2026 14:13see164

ЛЛ упустили победу в упорной борьбе

22 Октября 2026 14:39see162

Америка не позволяет Ирану экспортировать нефть

23 Октября 2026 01:49see161

В Азербайджане назвали самые популярные имена для новорожденных СПИСОК

22 Октября 2026 23:45see161

В Азербайджане налоговые льготы для резидентов технопарков продлены до 20 лет

22 Октября 2026 20:54see160

Москва в контакте с Анкарой заявили в МИД РФ

22 Октября 2026 18:43see158

Азербайджан намерен развивать межпарламентское сотрудничество с Эстонией

22 Октября 2026 22:52see158
newsПоследние новости
Самые свежие и актуальные события дня