Icma.az
close
up
AZ
Menu

Британские ученые нашли метод подавить гипертонию

Фильм Тагиев: Школа получил награду за лучшую режиссуру на фестивале Коркут Ата

The Guardian: В Англии растет число агрессивных футбольных фанатов подростков

В Японии запустили туры в Азербайджан по следам популярного сериала Vivant

В США автомобиль протаранил 30 велосипедистов ВИДЕО

Пятерка голосует за

Фахрия Халафова с большим успехом представила фильм о Хуршидбану Натаван зрители смотрели стоя, зал был переполнен (ФОТО)

Фильм Азыхская пещера: Колыбель Азербайджана удостоен награды кинофестиваля Коркут Ата

Netflix выпустит новый проект по Сумеркам

Танец за пределами возможного Английский национальный балет в Баку (ФОТО)

В Эр Рияде обломки ракет упали на здание нефтяной компании

В бессмертие из курсантской шинели

Названы три способа снизить риск диабета

Президент Ильхам Алиев, Первая леди Мехрибан Алиева, Реджеп Тайип Эрдоган и Эмине Эрдоган встретились с Героями Отечественной войны и военнослужащими, награжденными орденами

От Нью Йорка до Будапешта: азербайджанская молодёжь отметила День Победы

В Агдаме, Физули и Ходжавенде торжественно отметили День Победы

Единство духа и стратегии. Как Азербайджан ковал Победу

Алёна Алиева поделилась публикацией с фестиваля BIAF 2026

Радость Баку гордость Анкары, а гордость Шуши гордость всего нашего народа Эрдоган

Серия А: Интер обыграл Комо

Uğur simvolu olan COP29 a qarşı problem yüklü COP30 RƏY

Uğur simvolu olan COP29 a qarşı problem yüklü COP30 RƏY

Icma.az, ссылаясь на сайт Day.az, передает.

COP29-un miqyası, təşkilatçılıq səviyyəsi, iştirakçıların sayı və qəbul olunmuş qərarların keyfiyyəti ilə beynəlxalq ictimaiyyətin yaddaşına qazındığı bir zamanda, ard-arda problemlərlə üzləşən COP30 tam fərqli mənzərə yaradır. Biri qlobal iqlim gündəmini toparlayan, proseslərə dinamizm gətirən möhtəşəm bir tədbir kimi dəyərləndirilirsə, digəri koordinasiya çətinlikləri, gecikmələr və siyasi anlaşılmazlıqlarla gündəmdədir. Bu ziddiyyət, iqlim sammitlərinin gələcək etibarlılığı və effektivliyi baxımından mühüm suallar doğurur və iki tədbirin müqayisəsi qlobal iqlim diplomatiyasının hansı istiqamətə doğru dəyişdiyini anlamaq üçün xüsusi əhəmiyyət kəsb edir.

Day.Az xəbər verir ki, siyasi ekspert Şəhla Cəlilzadə mövzuyla bağlı Trend-ə açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 tədbiri tarixin ən uğurlu COP tədbirlərindən biri olaraq yadda qaldı. Məhz burada qlobal iqlim dəyişikliyi ilə mübarizədə on ildir gözlənilən mühüm irəliləyişlərə və əhəmiyyətli nəticələrə nail olunduğunu, həmçinin "yaşıl iqtisadiyyat"a keçid üçün tarixi bir mərhələnin başladığını demək olar.

"2015-ci ildə qəbul olunan Paris İqlim Sazişinin 6-cı maddəsinin 2 və 4-cü bəndləri 9 il sonra məhz Bakıda tam olaraq razılaşdırıldı və təsdiqini tapdı. Son 15 ildə məhz Bakıda 300 milyard dollar həcminə yeni iqlim maliyyə hədəfi müəyyən olundu. Belə ki, 2009-cu ildə qəbul edilmiş 100 milyard dollar həcmində iqlim maliyyə hədəfinə 2022-ci ildə nail olunmuş, yeni hədəf uğrunda mübarizə gedirdi. Bakıda 2035-i ildən sonrakı növbəti iqlim maliyyə hədəfinin 1.3 trilyon dollar elan edilməsi uğurlu nəticələrdən biri kimi qeyd oluna bilər. Yüksək inteqrasiya olunmuş qlobal karbon bazarlarının fəaliyyətə başlaması üçün dövlətlərarası razılaşma əldə olundu. İtki və Zərər Fondu tam olaraq institutlaşdı. Bir sıra vacib sənədlər imzalandı. Mühüm vədlər verildi, məsələn Böyük Britaniya 2035-ci ilə qədər karbon emissiyalarını 1990-cı il səviyyəsindən 81% azaldacağına dair iqlim hədəfini elan etdi. Avstraliya iqlim dəyişikliklərindən zərər çəkən ən həssas insanlara bu zərəri bərpa etmək üçün qlobal İtki və Zərər Fonduna 32,5 milyon ABŞ dolları ayıracağını bəyan etdi və sair. Bütün bunlar, həmçinin Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması şübhəsiz ki, iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab olunur. COP30-da hər hansı xüsusi irəliləyiş əldə oluna bilməsə də, Tropik meşələrin qorunması üçün Fondun təsis olunması, həmçinin əlavə olaraq 11 ölkənin karbon emissiyasının azaldılması öhdəliyi götürməsi diqqətçəkicidir".

O bildirib ki, COP29 təhlükəsizlik baxımından olduqca uğurlu təşkil olunmüşdü. Halbuki, Braziliyada başa çatan COP tədbirində yanğın baş verib.

"Böyük Britaniyada, Qlazqoda keçirilən 26-cı COP tədbiri 100 mindən çox insanın iştirakilə keçirilən etiraz aksiyası ilə, Fransada, Parisdə baş tutan COP21 terror hücumu və şəhərdə fövqəladə vəziyyətin elan olunması ilə, Danimarkada, Kopenhagendə baş tutan COP15 iqlim aktivistlərinin kütləvi həbsi ilə (900-dən çox insan həbs olunmuşdu), Polşada keçirilən COP24 kəskin hava şəraitinin yaratdığı logistik problemlərlə yadda qalmışdı. COP29 tədbiri zamanı isə hətta anti-Azərbaycan qüvvələrin Bakıya gəlmiş rəsmi, o cümlədən media nümayəndələri də ölkəmizin təşkilatçılığı ilə bağlı kiçik qüsurlar belə müəyyən edə bilməmişdi".

Siyasi ekspert qeyd edib ki, COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın təşkilatçılıq və liderlik qabiliyyətini, o cümlədən beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib.

"Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Keçmiş ABŞ Prezidenti Co Bayden də COP29-da əldə edilən razılaşmanı "tarixi nəticə" kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və tərəfləri buna görə təbrik etmişdi. COP29 Azərbaycanın təhlükəsiz, sülhməramlı və nəticəyönümlü danışıqlar platforması olması haqda mövcud imici bir daha möhkəmləndirmişdir. Elə bu nəticəyönümlü danışıqlar sayəsində növbəti COP tədbirinin keçiriləcəyi məkan olaraq qardaş Türkiyə müəyyən olunub",-deyə o əlavə edib.

Siyasi ekspert Kazım Kazımov Trend-ə açıqlamasında bildirib ki,Bakıda keçirilən COP29 tədbiri iqlim zovələri tarixinə öz adını qızıl hərflərlə həkk etdi və bütün parametrlər üzrə COP29 və COP30-u müqayisə edərkən ortaya çıxan böyük fərq bütün dünya tərəfindən aydın şəkildə görülür.

"1 il əvvəl Bakıda keçirilmiş COP29 həm təşkilatçılıq, həm iştirakçılıq, həm də qəbul olunmuş qərarların çəkisi baxımından nümunəvi bir format idi. COP29-un rəsmi prioriteti sürətli və davamlı emissiya azaldılmasıydı. Bu mesaj qlobal iqlim diplomatiyasının tonunu dəqiq müəyyənləşdirirdi. Ən önəmli məqam ondan ibarət idi ki, COP29-da inkişaf etməkdə olan ölkələr üçün maliyyə təminatını gərgin danışıqların sonunda konkret illik hədəfə ən azı 300 milyard ABŞ dollarına bağlamaq mümkün oldu. Bu, uzun illərdir qlobal iqlim prosesində ən böyük problem olan maliyyə məsuliyyətinin sonunda rəqəmlə ifadə edilməsi demək id".

O qeyd edib ki, Bakı sammitinin başqa bir uğuru isə Paris Sazişinin 6-cı maddəsinin beynəlxalq karbon bazarlarının tam şəkildə əməliyyatlaşdırılması qərar kimi qəbul olunması idi.

"Bu qərar iqlim siyasətindən əlavə, qlobal investisiya proseslərinə də yeni cığır açdı.

Üstəlik, COP29 iştirakçılıq baxımından da yüksək səviyyədə idi. Dövlətlərdən tutmuş investor birliklərinə, şəhərlərdən QHT-lərə qədər geniş spektr prosesə daxil edildi və bu, koordinasiyanın keyfiyyətinə bilavasitə təsir göstərdi. Bu səbəbdən mən COP29-u "nəticə yönümlü, sistemli və diplomatik etimad formalaşdıran" bir sammit kimi dəyərləndirirəm. Lakin Əfsus ki, COP30-da isə fərqli mənzərə ilə üzləşmişik".

O vurğulayıb ki, Braziliyanın Belem şəhərində keçirilən COP30-da logistika və təşkilati problemlər prosesə ciddi şəkildə zərbə vurdu.

"Bir çox nümayəndə otel qiymətlərinin inanılmaz dərəcədə yüksək olmasından şikayət edirdi bəzi hotellərdə gecəlik 1000 dollardan artıq qiymətlər sadəcə yüksək deyil, həm də diplomatik iştirak üçün maneədir. Sadəcə maliyyə məsələsi deyil, təhlükəsizlik də gündəmə gəldi. Dünya mətbuatı yazdı ki, sammitin keçiriləcəyi məkan yanğın səbəbindən təxliyə edilib və bu, müzakirələrin tempini və işin ritmini pozub. Əsas müzakirə blokajı isə maliyyədir. COP29-da müəyyən edilmiş ən azı 300 milyard dollarlıq illik maliyyənin real tətbiqi COP30-da hələlik təmin edilməyib və bu məsələ danışıqların təxminən yarısını "dondurulmuş vəziyyətə" salıb. Bir çox ölkə yeni milli iqlim öhdəliklərini təqdim etmədiyi üçün həm koordinasiya, həm də razılaşma imkanları daralıb".

K.Kazımov deyib ki, COP30-nun gündəliyi geniş və çoxşaxəlidir, lakin bu qədər geniş mövzunun aşağılara endirilmədən, prioritetləşdirilmədən təqdim edilməsi icrasına risk gətirir.

"COP29 qlobal iqlim münasibətlərində zirvə nöqtəsi, COP30 isə hazırda ard-arda yaşanan problemlər fonunda çətin sınaq təəssüratı yaradır. COP30 isə hazırda logistika, maliyyə, infrastruktur və diplomatik razılaşma məsələləri ilə sınağa çəkilir".

O, əlavə edib ki, COP29 ölkələrarası etimadı gücləndirdi. COP30 isə həmin etimadın qorunmasını çətinləşdirir.

"Əlbəttə, sammit başa çatmamış yekun hökm vermək düzgün deyil. Lakin faktlar göstərir ki, əgər COP30 konkret nəticələrə çatmaq niyyətindədirsə, COP29-un qoyduğu bazanı xüsusilə maliyyə, karbon bazarları və öhdəliklərin icrasını real mexanizmlərlə möhkəmləndirilməlidir. Hazırkı mərhələdə isə hələ də suallar cavablardan çoxdur".

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:181
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 22 Ноября 2025 14:00
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Британские ученые нашли метод подавить гипертонию

08 Ноября 2026 02:42see274

Фильм Тагиев: Школа получил награду за лучшую режиссуру на фестивале Коркут Ата

07 Ноября 2026 23:21see271

The Guardian: В Англии растет число агрессивных футбольных фанатов подростков

08 Ноября 2026 02:35see264

В Японии запустили туры в Азербайджан по следам популярного сериала Vivant

08 Ноября 2026 11:17see234

В США автомобиль протаранил 30 велосипедистов ВИДЕО

08 Ноября 2026 15:51see226

Пятерка голосует за

08 Ноября 2026 10:21see222

Фахрия Халафова с большим успехом представила фильм о Хуршидбану Натаван зрители смотрели стоя, зал был переполнен (ФОТО)

08 Ноября 2026 14:37see209

Фильм Азыхская пещера: Колыбель Азербайджана удостоен награды кинофестиваля Коркут Ата

07 Ноября 2026 22:55see201

Netflix выпустит новый проект по Сумеркам

08 Ноября 2026 09:29see198

Танец за пределами возможного Английский национальный балет в Баку (ФОТО)

08 Ноября 2026 11:53see197

В Эр Рияде обломки ракет упали на здание нефтяной компании

08 Ноября 2026 14:51see195

В бессмертие из курсантской шинели

08 Ноября 2026 09:23see179

Названы три способа снизить риск диабета

08 Ноября 2026 04:26see176

Президент Ильхам Алиев, Первая леди Мехрибан Алиева, Реджеп Тайип Эрдоган и Эмине Эрдоган встретились с Героями Отечественной войны и военнослужащими, награжденными орденами

08 Ноября 2026 19:53see169

От Нью Йорка до Будапешта: азербайджанская молодёжь отметила День Победы

09 Ноября 2026 01:31see167

В Агдаме, Физули и Ходжавенде торжественно отметили День Победы

09 Ноября 2026 00:30see164

Единство духа и стратегии. Как Азербайджан ковал Победу

08 Ноября 2026 02:32see163

Алёна Алиева поделилась публикацией с фестиваля BIAF 2026

09 Ноября 2026 04:01see162

Радость Баку гордость Анкары, а гордость Шуши гордость всего нашего народа Эрдоган

08 Ноября 2026 19:58see158

Серия А: Интер обыграл Комо

08 Ноября 2026 23:31see157
newsПоследние новости
Самые свежие и актуальные события дня