“Ümid” yatağı Azərbaycanın enerji xəritəsini dəyişən kəşf
Согласно сайту Day.az, передает Icma.az.
Müəllif: Fərid Zöhrabov
Mənbə: Trend
Azərbaycan bu gün həm regionda, həm də qlobal enerji bazarlarında mühüm oyunçulardan biri kimi çıxış edir. Ölkənin zəngin qaz ehtiyatları daxili bazarın "mavi yanacaq"a olan tələbatını tam təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də ciddi şəkildə töhfə verir. Xəzər dənizinin qaz potensialının indiki qiymətləndirilməsi Azərbaycanın uzunmüddətli enerji strategiyasını daha da gücləndirir.
Bu gün Azərbaycan daxili istehlakın 100 faizini öz hasilatı hesabına ödəyir. Eyni zamanda bir sıra Avropa ölkələri üçün etibarlı qaz təchizatçısına çevrilib. Hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr olaraq qiymətləndirilir.
Bu gün ölkəmizin əsas qaz yataqlarından biri "Ümid" qaz-kondensat yatağının kəşfinin 15 ili tamam olur. "Ümid" yatağı kimi strukturlar sübut edir ki, Xəzər sektorunun dərin və mürəkkəb geoloji zonalarında hələ də böyük qaz potensialı mövcuddur. Bu da mütəxəssislərin ehtiyatların 2,6 trilyon kubmetrdən daha yüksək olduğunu vurğulamasını əsaslandırır.
"Ümid" yatağı SOCAR-ın tamamilə öz imkanları ilə həyata keçirdiyi ilk böyük kəşf layihəsidir. Bu, milli kadr potensialının gücləndiyini və Azərbaycanın artıq öz enerji resurslarını özü araşdırıb istismar edə bilən ölkəyə çevrildiyini göstərir. "Ümid" yatağı Azərbaycan qazı üçün yeni dayanıqlı mənbədir. Gələcək illərdə bu yataqdan hasilatın artması Cənub Qaz Dəhlizinin daha yüksək həcmdə qazla təmin edilməsinə şərait yarada bilər.
Bildirək ki, bir neçə il bundan əvvəl "Ümid" yatağının tammiqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni saziş imzalanıb. Sazişə əsasən, "Umid Babek Operating Company" əməliyyat şirkəti yaradılıb.
Azərbaycanın qaz siyasətinin əsasında üç əsas prinsip dayanır. Bunlar etibarlılıq, şaxələndirmə, dayanıqlı hasilatdır. "Ümid" yatağının işlənməsi bu prinsiplərin hər birinə uyğun gəlir. Yeni yataqların inkişafı Azərbaycanın enerji diplomatiyasına əlavə güc verir və ölkəni regionda enerji mərkəzinə çevirir.
Bir sözlə bu yatağın əhəmiyyəti sadəcə yeni bir qaz mənbəyinin tapılması ilə məhdudlaşmır. Bu yataq Azərbaycanın müstəqillik dövrü enerji tarixində dönüş nöqtəsidir.
Qeyd edək ki, yataqdan 01.11.2025-ci il tarixinədək hasilat təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat təşkil edib. Yataqdan sutkada orta hesabla hasilat 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.
Fərid Zöhrabov
Другие новости на эту тему:
Просмотров:89
Эта новость заархивирована с источника 24 Ноября 2025 16:34 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















