Icma.az
close
up
AZ
Menu

Как в Баку, вопреки устоявшимся традициям, любовь победила запреты (ФОТО)

В НАТО отметили важность логистики в возможном конфликте с Россией Minval Politika

Миндальное дерево и голуби: в Баку почтили память Национального героя Александра Кальянинова

Китай успешно запустил крупнейший в мире БПЛА тяжелого класса

Карабах может договориться с еще одним известным бразильским клубом

Никакой заморозки. Армения в ОДКБ заявила Захарова

Лига Европы: Фенербахче и Рома разгромили своих соперников

Украинцы зачищают Купянск. Туда приехал Зеленский видео

Советник президента Украины убежден в необходимости продолжения курса Зеленского

Купянск дважды освобождённый и дважды окружённый позор Валерия Герасимова Minval Politika

В Азербайджане зафиксирован самый высокий показатель урожайности хлопка с 2000 года

Названы способы повысить пользу кофе

Сергей Кислица возглавит МИД Украины

Трамп намерен поговорить с лидерами Таиланда и Камбоджи

Отныне каждый сам за себя главная тема

ВСУ ударили по одному из крупнейших НПЗ в России Minval Politika

Фон дер Ляйен жестко ответила Трампу: Не вмешивайтесь

Центробанк прокомментировал слухи о купюре в 3000 манатов с изображением Полада Гашимова

Субхан Мамедов против Эдмонда Худояна в финале чемпионата мира У Азербайджана три медали; фото, видео

Трагедия, предательство и холодная логика разведки войны спецслужб

Ümummili lider Heydər Əliyev qayıdışı ilə xalqı kritik durumdan xilas etdi

Ümummili lider Heydər Əliyev qayıdışı ilə xalqı kritik durumdan xilas etdi

Согласно информации сайта Day.az, сообщает Icma.az.

Sevil Mikayılova

Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin deputatı

Tarixi hadisələr xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Bu gün ölkənin siyasi-iqtisadi sabitliyə qovuşduğu, parçalanma təhlükəsindən xilas olduğu, dövlətçiliyin əsaslarının qoyulduğu gündür.

Məhz belə kritik məqamda Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlər göstərmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini qoruyub saxladı, xalqın birliyini təmin etdi.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Ümummilli Liderin istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Heydər Əliyevin uzaqlaşdırılmasından cəmi bir il sonra - 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları gücləndi. Dağlıq Qarabağda ermənilər qondarma "öz müqəddəratını təyin etmə" adı altında müstəqillik tələbi ilə çıxış etməyə başladılar. Ermənistan bu prosesi açıq şəkildə dəstəklədi. Azərbaycan rəhbərliyi bu proseslərə qarşı adekvat və qətiyyətli mövqe nümayiş etdirə bilmədi.

Heydər Əliyevdən sonra ölkə rəhbərliyinə gələn şəxslər nəinki xalqın etimadını qazana bildilər, üstəlik zəiflik və qətiyyətsizlik göstərərək milli maraqları da qorumadılar. Mərkəzi Sovet hakimiyyətinə bağlılıq davam edir, xalqın real ehtiyacları və çağırışları nəzərə alınmırdı. İdarəetmədə xaos və qeyri-peşəkarlıq hökm sürürdü.

1990-cı ilin yanvarında Bakı şəhərinə Sovet ordusunun yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Bu faciə, xalqla sovet hakimiyyəti arasındakı münasibətləri kəskinləşdirdi. Azərbaycan rəhbərliyi isə xalqı müdafiə etməkdə acizlik göstərdi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazansa da, ölkədəki idarəetmə böhranı daha da dərinləşirdi.

1992-ci ildə AXC-Müsavat hakimiyyəti ölkədə sabitlik yarada bilmədi. Orduda nizamsızlıq, torpaqların işğalı və dövlət çevrilişi təhlükələri davam edirdi. Bu səbəbdən Qarabağ müharibəsində uğursuzluqlar artmağa başladı. AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz fəaliyyəti dövlət idarəçiliyini demək olar ki, iflic vəziyyətinə salmışdı. AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdə yaradılmış dövlətimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı.

Tarixin acı reallığıdır ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışırdı. Əgər müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməzdi, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmazdı, ölkə ərazisinin 20 faizi işğal edilməzdi, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Məhz belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Dövlətçilik anlayışından bixəbər olan və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xalqın taleyinin həll olunduğu ağır bir zamanda Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Bütün bunlar bir daha göstərirdi ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir siyasi lider Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etdi.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".

Qürurla qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Uzun illərdən sonra Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində Azərbaycan dinamik inkişaf edən, modernləşən və beynəlxalq aləmdə nüfuzu gündən-günə artan bir dövlətə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin yürüt­düyü strategiya Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını təmin edib.

Şübhəsiz ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Qətiyyətlə demək olar ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalq onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:101
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 14 Июня 2025 15:23
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Как в Баку, вопреки устоявшимся традициям, любовь победила запреты (ФОТО)

11 Декабря 2025 22:24see384

В НАТО отметили важность логистики в возможном конфликте с Россией Minval Politika

11 Декабря 2025 18:30see262

Миндальное дерево и голуби: в Баку почтили память Национального героя Александра Кальянинова

11 Декабря 2025 13:09see244

Китай успешно запустил крупнейший в мире БПЛА тяжелого класса

11 Декабря 2025 18:47see216

Карабах может договориться с еще одним известным бразильским клубом

12 Декабря 2025 14:07see216

Никакой заморозки. Армения в ОДКБ заявила Захарова

11 Декабря 2025 23:35see212

Лига Европы: Фенербахче и Рома разгромили своих соперников

12 Декабря 2025 03:12see211

Украинцы зачищают Купянск. Туда приехал Зеленский видео

12 Декабря 2025 16:58see203

Советник президента Украины убежден в необходимости продолжения курса Зеленского

11 Декабря 2025 13:09see203

Купянск дважды освобождённый и дважды окружённый позор Валерия Герасимова Minval Politika

12 Декабря 2025 20:23see199

В Азербайджане зафиксирован самый высокий показатель урожайности хлопка с 2000 года

11 Декабря 2025 16:43see176

Названы способы повысить пользу кофе

11 Декабря 2025 09:18see156

Сергей Кислица возглавит МИД Украины

13 Декабря 2025 02:25see155

Трамп намерен поговорить с лидерами Таиланда и Камбоджи

12 Декабря 2025 01:59see150

Отныне каждый сам за себя главная тема

11 Декабря 2025 18:37see150

ВСУ ударили по одному из крупнейших НПЗ в России Minval Politika

12 Декабря 2025 12:52see148

Фон дер Ляйен жестко ответила Трампу: Не вмешивайтесь

12 Декабря 2025 01:37see136

Центробанк прокомментировал слухи о купюре в 3000 манатов с изображением Полада Гашимова

11 Декабря 2025 13:16see133

Субхан Мамедов против Эдмонда Худояна в финале чемпионата мира У Азербайджана три медали; фото, видео

12 Декабря 2025 00:51see125

Трагедия, предательство и холодная логика разведки войны спецслужб

12 Декабря 2025 01:04see123
newsПоследние новости
Самые свежие и актуальные события дня