Icma.az
close
up
AZ
Menu

В Баку сын судьи убил жену, затем совершил самоубийство

Бесплатная медицина для заключенных в Азербайджане

Виктория Бекхэм впервые после скандала одна вышла на публику

В Баку разгорелся конфликт из за дворовой парковки

Азербайджан и Всемирный банк обсудили сотрудничество в сфере энергетики

Legion Financial вновь увеличивает уставный капитал

В центре Баку на соседей обрушился потолок видео

Агентство MEDİA назвало Царьград источником дезинформации против Азербайджана и Турции

Одна фраза множество ремиксов. Как Макрон покорил интернет Minval Politika

В Баку появились новые платные парковочные зоны Minval Politika

США депортировали в Армению нарушителей миграционного режима ФОТО

В программе Соловьева снова выплеснули желчь в адрес постсоветских стран Minval Politika

Полузащитник Сабаха перешел в Арсенал

Кьеза может сыграть против Карабаха

Мексика отказалась от поставки нефти на Кубу под давлением США

Bloomberg: Танкеры с российской нефтью застряли у берегов Индии

Кибер и наркопреступления захлестнули Ташкент: президент Узбекистана раскритиковал силовиков

В Азербайджане бывшая судья получила штраф

Вугар НАДИРОВ: В матче с Ливерпулем Карабаху терять нечего, можно лишь приобрести

Китайцы бросили российский Норникель

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu Azər Qarayev

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu Azər Qarayev

По информации сайта Day.az, передает Icma.az.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası böyük ümidlərlə yeni tarixin astanasına qədəm qoydu. Lakin bu illər ölkə üçün daha çox ağrılı sınaqlarla yadda qaldı. Sovet İttifaqının dağılması ilə formalaşan yeni reallıq fonunda Azərbaycanın qarşısında dayanan problemlər olduqca mürəkkəb və təhlükəli idi. Dövlət strukturları zəif, ordu formalaşmamış, siyasi rəhbərlik isə qeyri-stabil idi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"İqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya sürətlə artır, enerji və ərzaq böhranı yaşanırdı. Üstəlik, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlar işğal olunurdu. 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu çətinliklər qarşısında aciz qalmış, ölkəni daha dərin böhrana sürükləmişdi. Qarabağda cəbhə geriləyir, paytaxt Bakıda isə anarxiya hökm sürürdü. Dövlət çevrilişləri, silahlı dəstələrin qarşıdurması, daxildə bölünmüşlük Azərbaycanın gələcəyini sual altına alırdı. 1993-cü ilin iyununda ölkədə baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Gəncə hadisələri kimi tanınan qiyam cəhdləri, özbaşına silahlı dəstələrin fəallaşması, ordu birləşmələrinin mərkəzi hökumətə tabe olmaması, AXC rəhbərliyinin isə bu proseslərə nəzarət edə bilməməsi Azərbaycanı vətəndaş müharibəsinin bir addımlığına gətirib çıxarmışdı", - o bildirib.

Onun sözlərinə görə, bu məqamda xalqın böyük əksəriyyəti Azərbaycanın müdrik və təcrübəli liderinə - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə üz tutdu.

"Artıq 1992-ci ildən Naxçıvanda siyasi sabitlik yaradan Heydər Əliyev Azərbaycan ictimaiyyətində yeganə real lider kimi qəbul olunurdu. Azərbaycanın o dövrki rəhbərliyi - prezident Əbülfəz Elçibəy və baş nazir Pənah Hüseyn vəziyyətin nəzarətdən çıxdığını görərək, iyun ayının əvvəlində Heydər Əliyevi Bakıya dəvət etdilər. Xalqın təkidi ilə iyunun 9-da Heydər Əliyev Bakıya gəldi və qısa müddətdə vəziyyətə nəzarəti ələ aldı. Həmin günlərdə Elçibəy faktiki olaraq iqtidarsız vəziyyətə düşdü və iyunun 18-də Bakını tərk edərək Kələkiyə getdi. Milli Məclisin iyunun 15-də keçirilən iclasında Heydər Əliyev parlamentin sədri seçildi. Məhz bu hadisə - Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı - Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu səbəbdən 15 iyun Milli Qurtuluş Günü kimi qeyd olunur", - o bildirib.

A.Qarayev qeyd edib ki, 15 iyun təkcə Heydər Əliyevin parlament rəhbərliyinə seçilməsi deyil, eyni zamanda dövlətçiliyin bərpası, Azərbaycanın parçalanmaqdan xilas olması və gələcək inkişafın əsasının qoyulması kimi qiymətləndirilməlidir. Bu gün bir dövlətin öz içindən çökdüyü bir anda, xalqın çağırışı ilə onun taleyini dəyişə biləcək bir liderin iradəsi ilə milli birlik və sabitlik bərpa olundu.

"Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdə Gəncə hadisələrinin qarşısı alındı, separatçılıq meyilləri neytrallaşdırıldı, orduya nəzarət bərpa edildi. Dövlət qurumları ardıcıl şəkildə yenidən formalaşdırıldı, idarəetmə strukturunda çevik islahatlar aparıldı. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan yeni kurs götürüldü. Milli Qurtuluş Günü Azərbaycanın yalnız fiziki parçalanmasının deyil, eyni zamanda mənəvi-siyasi dağılmasının qarşısının alındığı gündür. Heydər Əliyev təkcə böhrandan çıxış yolunu göstərmədi, o, eyni zamanda müasir dövlətçilik fəlsəfəsini formalaşdırdı. Onun rəhbərliyi ilə milli ideologiya, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti modelinə keçid, iqtisadiyyatın liberallaşdırılması kimi fundamental proseslər başlandı. Azərbaycan xalqı ilk dəfə olaraq sabitlik və inamla gələcəyə baxmağa başladı. Milli Qurtuluşun iqtisadi əsasları da məhz bu dövrdə qoyuldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycan öz enerji resurslarını qlobal bazarlara çıxarmağa başladı. Bu müqavilə təkcə neftin çıxarılması haqqında yox, həm də Azərbaycanın beynəlxalq aləmdə geosiyasi aktora çevrilməsi haqqında sənəd idi. "Əsrin müqaviləsi" ilə başlayan neft strategiyası sonradan Azərbaycanın tranzit imkanlarını genişləndirdi, enerji və nəqliyyat layihələri vasitəsilə ölkəni Qərblə Şərq, Şimalla Cənub arasında körpüyə çevirdi. Bu isə dövlətin maliyyə və iqtisadi müstəqilliyini təmin etdi", - o bildirib.

Politoloq qeyd edib ki, 1993-cü ildən sonra ordu quruculuğu da milli strategiyanın əsas istiqamətlərindən biri oldu.

"Heydər Əliyev hərbi hissələrin vahid komandanlıq altında birləşdirilməsinə, orduya siyasi deyil, peşəkar yanaşmanın tətbiqinə nail oldu. Nəticədə, 1994-cü ilin mayında cəbhədə atəşkəs rejimi əldə olundu. Bu, Azərbaycan üçün vaxt qazandırdı və dövlət quruculuğuna şərait yaratdı. 1995-ci ildə qəbul olunan Konstitusiya və Milli Məclisə keçirilən seçkilər Azərbaycanda hüquqi dövlətin əsasını qoydu. 1996-cı ildə Milli Məclis 15 iyun gününü rəsmi olaraq Milli Qurtuluş Günü elan etdi. 1990-cı illərin sonlarına doğru Azərbaycan artıq regional layihələrin təşəbbüskarı, sabitlik adası, siyasi və iqtisadi baxımdan möhkəmlənmiş dövlət idi. 2003-cü ildə Prezident İlham Əliyev hakimiyyətə gəlməklə Azərbaycanı yeni mərhələyə - sürətli inkişaf və beynəlxalq nüfuzun artımı mərhələsinə çıxardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Qarabağ zəfəri ilə müstəqillik tarixində yeni parlaq səhifə yazdı. Milli Qurtuluşun bünövrəsi olan sabitlik, güclü dövlətçilik ənənəsi, xalq-lider birliyi bu qələbənin ideoloji və siyasi əsasını təşkil etdi. Bu gün Milli Qurtuluş Günü təkcə tarix deyil, həm də çağırışdır. Bu çağırış ondan ibarətdir ki, hər bir vətəndaş müstəqil Azərbaycanın əbədiliyinə, inkişafına və güclənməsinə töhfə verməli, dövlətin taleyində məsuliyyət hiss etməlidir", - A.Qarayev bildirib.

O əlavə edib ki, Milli Qurtuluş Günü - Azərbaycan xalqının siyasi yetkinliyinin, liderinə olan etimadının, dövlətçiliyə sadiqliyinin rəmzidir.

"15 iyun - müstəqilliyin real mənada bərpa olunduğu, Azərbaycanın dağılmaqdan, məhv olmaqdan qurtulduğu gündür. Bu günün tarixi və ideoloji dəyəri zaman keçdikcə daha aydın görünür. Bugünkü qüdrətli Azərbaycan məhz 15 iyun 1993-cü ildə atılmış xilas addımının nəticəsidir", - politoloq qeyd edib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:125
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 13 Июня 2025 19:22
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Баку сын судьи убил жену, затем совершил самоубийство

27 Января 2026 00:20see220

Бесплатная медицина для заключенных в Азербайджане

27 Января 2026 11:20see207

Виктория Бекхэм впервые после скандала одна вышла на публику

28 Января 2026 04:39see197

В Баку разгорелся конфликт из за дворовой парковки

27 Января 2026 05:35see187

Азербайджан и Всемирный банк обсудили сотрудничество в сфере энергетики

27 Января 2026 09:52see185

Legion Financial вновь увеличивает уставный капитал

27 Января 2026 16:01see175

В центре Баку на соседей обрушился потолок видео

27 Января 2026 16:16see167

Агентство MEDİA назвало Царьград источником дезинформации против Азербайджана и Турции

27 Января 2026 16:47see166

Одна фраза множество ремиксов. Как Макрон покорил интернет Minval Politika

26 Января 2026 21:24see160

В Баку появились новые платные парковочные зоны Minval Politika

27 Января 2026 14:15see157

США депортировали в Армению нарушителей миграционного режима ФОТО

26 Января 2026 22:26see156

В программе Соловьева снова выплеснули желчь в адрес постсоветских стран Minval Politika

28 Января 2026 09:13see153

Полузащитник Сабаха перешел в Арсенал

26 Января 2026 23:45see148

Кьеза может сыграть против Карабаха

27 Января 2026 00:23see148

Мексика отказалась от поставки нефти на Кубу под давлением США

27 Января 2026 08:33see147

Bloomberg: Танкеры с российской нефтью застряли у берегов Индии

27 Января 2026 22:46see147

Кибер и наркопреступления захлестнули Ташкент: президент Узбекистана раскритиковал силовиков

27 Января 2026 15:13see146

В Азербайджане бывшая судья получила штраф

26 Января 2026 23:37see145

Вугар НАДИРОВ: В матче с Ливерпулем Карабаху терять нечего, можно лишь приобрести

27 Января 2026 11:27see145

Китайцы бросили российский Норникель

26 Января 2026 22:17see144
newsПоследние новости
Самые свежие и актуальные события дня