Icma.az
close
up
AZ
Menu

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

Дугин обвинил Чебурашку в развале СССР Minval Politika

Баку и НАТО обсудили энергетическую безопасность и стратегическое сотрудничество Minval Politika

Ганимат Захид против устава Трампа: миллиард, которого не было

Робби Уильямс установил рекорд по числу хитов в Великобритании

Посольство США о встрече Трампа с Алиевым

Назван главный миф о вреде сахара

Губернатор: На Аляске опрокинулась одна из крупнейших буровых установок в Северной Америке

Криминальная экономика Швеции превысила прежние оценки

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

SOCAR вторглась в Африку наши подробности

Вашингтон дает зеленый свет аш Шараа

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

Руфат Абдуллазаде оценил свой дебют в матче с Нефтчи

Жители Абшеронского района жалуются на дым и шум от завода

В Гренландии опровергли официальный статус соглашения Рютте и Трампа

Сознавшийся в трех убийствах экс полковник МВД из Петербурга отправился на СВО

Мехрибан Алиева поделилась публикацией о встрече Президента Ильхама Алиева с Дональдом Трампом ФОТО

Ушаков: Обсуждение взноса РФ в Совет мира продолжится двусторонней группой

Трамп пугает Канаду Китаем

Prezident İlham Əliyevin Davos səfəri Azərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayiş etdirdi Azər Qarayev

Prezident İlham Əliyevin Davos səfəri Azərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayiş etdirdi Azər Qarayev

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı Azərbaycan üçün təkcə növbəti beynəlxalq platforma deyil, həm də ölkənin son illərdə formalaşdırdığı yeni xarici siyasət xəttinin nümayişi baxımından mühüm mərhələ oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosa səfəri həm siyasi, həm iqtisadi, həm də geosiyasi kontekstdə bir sıra mühüm mesajlarla yadda qaldı. Bu səfər çərçivəsində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü, "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması, "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" panelində çıxışı və "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın yeni qlobal reallıqlarda tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Bu səfər Azərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayiş etdirdi.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Dünya İqtisadi Forumu uzun illərdir qlobal siyasi və iqtisadi elitanın əsas müzakirə meydanlarından biri hesab olunur. Burada səslənən fikirlər, imzalanan sənədlər və keçirilən görüşlər təkcə ölkələrin imicinə deyil, həm də gələcək geosiyasi və geoiqtisadi proseslərə birbaşa təsir göstərir. 2026-cı ildəki Davos toplantısı isə xüsusilə beynəlxalq sistemin transformasiya dövrünə qədəm qoyduğu bir vaxtda baş tutdu. Prezident İlham Əliyevin "Euronews"a müsahibəsində vurğuladığı kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur, bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu reallıq fonunda Azərbaycan öz strategiyasını milli maraqlar, suverenlik və regional sabitlik üzərində qurduğunu açıq şəkildə bəyan edir. Davosda aparılan müzakirələr də məhz bu yanaşmanın praktik nəticələrinin nümayişinə çevrildi", - o bildirib.

Politoloqun sözlərinə görə, səfərin əsas siyasi hadisələrindən biri Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması oldu. ABŞ Prezidentinin sədrliyi ilə yaradılan bu qurumun məqsədi Yaxın Şərqdə və ümumilikdə dünyada münaqişələrin həlli, sülh proseslərinin institusionallaşdırılmasıdır. Azərbaycanın bu quruma təsisçi üzv kimi dəvət olunması ölkənin artıq təkcə regional deyil, qlobal sülh təşəbbüslərində də aktiv rol oynadığını göstərir.

"Prezident İlham Əliyevin bu sənədi digər dövlət və hökumət başçıları ilə birgə imzalaması Azərbaycanın imicini "münaqişə yaşayan ölkə" statusundan "sülh yaradan aktor" statusuna yüksəldən simvolik addım kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan özü 30 ildən artıq davam edən müharibədən çıxmış bir ölkədir və bu gün artıq sülhün real faydalarını yaşayan dövlət kimi çıxış edir.

Davos səfərinin ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüş zamanı tərəflər ABŞ-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə etdilər və ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalarda Donald Trampın rolunun xüsusi vurğulanması diqqət çəkdi. Bu görüş əslində iki mühüm siyasi xətti ortaya qoydu. Birincisi, Azərbaycan-ABŞ münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edir. İkincisi isə ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesində artıq əsas qlobal aktorlardan biri kimi çıxış etməsidir. Bu kontekstdə TRIPP layihəsi də xüsusi vurğulandı. Bu layihələr təkcə regional nəqliyyat marşrutları deyil, həm də Avrasiyanın yeni geoiqtisadi xəritəsinin formalaşmasında əsas sütunlardan biri kimi təqdim olunur", - o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosdakı bütün çıxışlarında və müsahibəsində əsas xətt Ermənistan-Azərbaycan sülhü oldu. Bu, artıq sadəcə diplomatik ritorika deyil, konkret iqtisadi və siyasi reallıqlarla müşayiət olunan proses kimi təqdim edilir.

""Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" panelində Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, artıq regionda de-fakto sülh mövcuddur və bu sülhün ilk real nəticələri iqtisadi əməkdaşlıqda özünü göstərir. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, idxal edilən taxılın Azərbaycan üzərindən Ermənistana çatdırılması, malların Gürcüstan ərazisi ilə daşınması və gələcəkdə birbaşa dəhlizlərin açılması bu prosesin konkret göstəriciləridir. Ən diqqətçəkən məqamlardan biri isə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın açıqlamaları oldu. O, açıq şəkildə etiraf etdi ki, artıq Ermənistanda insanlar avtomobillərinə Azərbaycan benzini doldururlar və bu, bir neçə il əvvəl təsəvvür belə edilə bilməyəcək bir reallıqdır. Bu fakt sülhün təkcə siyasi sənədlərdə deyil, gündəlik həyat səviyyəsində də özünü göstərdiyini sübut edir", - o bildirib.

Politoloq vurğulayıb ki, Davos müzakirələrinin əsas mövzularından biri Avrasiyanın gələcək rolu idi. Prezident İlham Əliyev bu kontekstdə Azərbaycanın coğrafi mövqeyini strateji üstünlük kimi təqdim etdi. Xəzərdən Türkiyəyə, oradan Avropaya uzanan yeni nəqliyyat dəhlizləri - xüsusilə TRIPP layihəsi - regionu qlobal ticarət sisteminin əsas qovşaqlarından birinə çevirir.

"Artıq Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu isə Azərbaycanın təkcə enerji deyil, logistika və tranzit mərkəzinə çevrildiyini göstərir. Bu mənzərə Azərbaycanın xarici siyasətində yeni mərhələnin əsas xüsusiyyətini əks etdirir: ölkə özünü qlobal bağlantı mərkəzi kimi təqdim edir. Prezident İlham Əliyevin "Euronews"a müsahibəsində enerji məsələsi də xüsusi yer tutdu. O qeyd etdi ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəyə görə Azərbaycan dünyada birinci yerdədir. Bu fakt Azərbaycanın Avropa enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrildiyini göstərir. Ermənistanın da artıq enerji ehtiyatlarını Azərbaycandan idxal etməsi isə regionda yeni iqtisadi asılılıq modelinin formalaşdığını göstərir: münaqişə üzərində qurulmuş təhlükəsizlik yox, qarşılıqlı iqtisadi maraqlara əsaslanan sabitlik. Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər də diqqətçəkən idi. "Biz artıq buna reaksiya vermirik" - bu cümlə Azərbaycanın Avropa strukturları ilə münasibətlərində yeni mərhələnin simvolu kimi çıxış edir. Azərbaycan özünü daim müdafiə edən tərəf kimi deyil, müstəqil siyasət yürüdən və kənar tənqidlərə emosional reaksiya verməyən aktor kimi təqdim edir. Dövlət başçısının sözlərinə görə, Avropa Parlamentinin qərəzli mövqeyi müəyyən lobbi qruplarının fəaliyyətinin nəticəsidir və Ermənistanın özü Azərbaycanla münasibətləri yüksək qiymətləndirdiyi halda bu tənqidlər absurddur", - o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosa səfəri göstərdi ki, Azərbaycan artıq regional münaqişələrin subyekti deyil, sülhü təşviq edən, iqtisadi və nəqliyyat bağlantılarını formalaşdıran və qlobal gündəliyə təsir göstərən aktordur.

"Ermənistanla münasibətlərin normallaşması, ABŞ ilə strateji tərəfdaşlığın dərinləşməsi və Avrasiyada yeni dəhlizlərin formalaşması Azərbaycanın yaxın illərdə regionun əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir. Bu baxımdan Davos səfəri Azərbaycanın beynəlxalq sistemdə yeni statusunun - sülh yaradan və əlaqələndirici güc kimi çıxış edən dövlət modelinin - simvolik və real təsdiqi oldu", - politoloq əlavə edib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:127
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 24 Января 2026 16:25
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Масазыре при пожаре погибла пострадавшая в трагедии бакинского метро 1995 года

23 Января 2026 00:32see842

Дугин обвинил Чебурашку в развале СССР Minval Politika

22 Января 2026 19:41see252

Баку и НАТО обсудили энергетическую безопасность и стратегическое сотрудничество Minval Politika

22 Января 2026 19:42see216

Ганимат Захид против устава Трампа: миллиард, которого не было

22 Января 2026 19:41see209

Робби Уильямс установил рекорд по числу хитов в Великобритании

24 Января 2026 14:15see197

Посольство США о встрече Трампа с Алиевым

23 Января 2026 14:24see193

Назван главный миф о вреде сахара

23 Января 2026 17:23see186

Губернатор: На Аляске опрокинулась одна из крупнейших буровых установок в Северной Америке

24 Января 2026 13:07see184

Криминальная экономика Швеции превысила прежние оценки

22 Января 2026 19:40see179

Жесткий месседж Узбекистана России: Я готов поставить голову Валуева на место Видео

23 Января 2026 13:59see174

SOCAR вторглась в Африку наши подробности

23 Января 2026 04:37see173

Вашингтон дает зеленый свет аш Шараа

23 Января 2026 13:47see168

Испытание Нефтчи, почти нулевые шансы и загадки на старте

23 Января 2026 11:30see166

Руфат Абдуллазаде оценил свой дебют в матче с Нефтчи

24 Января 2026 13:58see165

Жители Абшеронского района жалуются на дым и шум от завода

23 Января 2026 06:33see151

В Гренландии опровергли официальный статус соглашения Рютте и Трампа

22 Января 2026 22:24see149

Сознавшийся в трех убийствах экс полковник МВД из Петербурга отправился на СВО

23 Января 2026 07:48see149

Мехрибан Алиева поделилась публикацией о встрече Президента Ильхама Алиева с Дональдом Трампом ФОТО

23 Января 2026 00:24see147

Ушаков: Обсуждение взноса РФ в Совет мира продолжится двусторонней группой

23 Января 2026 07:09see141

Трамп пугает Канаду Китаем

24 Января 2026 01:47see137
newsПоследние новости
Самые свежие и актуальные события дня