Icma.az
close
up
AZ
Menu

Атака дронов: горит Куйбышевский НПЗ

В Чечне произошло землетрясение магнитудой 4,4

Взорвали нефтепровод Рязань Москва

Акция примирения вместо суда: в Грозном племянник Кадырова устроил смертельное ДТП

Российские силовики могли надругаться над братьями Сафаровыми, погибшими во время рейда в Екатеринбурге

Интервью Алиева и нервная реакция Кремля: почему Затулин вновь на арене? МНЕНИЕ

Землетрясение в Каспийском море ощутили в Баку и Сумгайыте

Марков предупредил о кампании дипфейков Minval Politika

Мощное землетрясение у берегов Каспия Minval Politika

Ильхам Алиев рассказал, когда будет подписано мирное соглашение с Арменией Minval Politika

Россия нанесла комбинированный удар по Украине, есть жертвы, пострадала инфраструктура Minval Politika

Разведка Украины: Россия теряет Иран и влияние на Ближнем Востоке

Лига чемпионов: "Карабах" и "Ференцварош" объявили стартовые составы

Нефтчи предлагает Шейдаеву разорвать контракт

В Бакинском суде заслушаны показания потерпевших и их правопреемников по делу Рубена Варданяна

В Азербайджане сегодня стартует этап собеседования по повторной сертификации учителей

Израиль считает успешной посредническую миссию Азербайджана на переговорах с Турцией и Сирией

ФРГ подняла истребители из за российского Ил 20М над Балтикой

Функционер АФФА приняла участие в программе УЕФА

Новый механизм сотрудничества

Vaşinqton görüşü: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regional inkişaf perspektivləri reallığa çevrilir

Vaşinqton görüşü: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regional inkişaf perspektivləri reallığa çevrilir

Icma.az, ссылаясь на сайт Day.az, отмечает.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını göstərir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, görüşün ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilməsi Vaşinqtonun regiondakı sabitliyə verdiyi önəmi və münaqişənin nizama salınmasında aktiv rol almağa hazır olduğunu nümayiş etdirir.

"Bu, eyni zamanda, ABŞ-nin vasitəçilik missiyasının və beynəlxalq hüquqa əsaslanan sülh təşəbbüslərinin gücləndirilməsi baxımından da diqqətəlayiqdir. Prezident İlham Əliyevin bu görüşdə iştirak etməsi Azərbaycanın diplomatik təşəbbüslərə açıq, sülhə sadiq və regional əməkdaşlığın tərəfdarı olduğunu bir daha təsdiqləyir. Ermənistan Baş naziri Nikol Paşinyanın da görüşdə iştirakı iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsi və mümkün razılaşmalar üçün şəraitin yaranması baxımından vacib addımdır.

S.Mikayılova əlavə edib ki, bu görüş həm də post-münaqişə dövründə tərəflər arasında inam mühitinin yaradılması, kompromis əsaslı həll yollarının tapılması və gələcək sülh müqaviləsinin konturlarının müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir:

"Yekun olaraq, avqustun 8-də keçirilmiş üçtərəfli görüş təkcə Azərbaycan-Ermənistan münasibətləri deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün strateji bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Görüş, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda davamlı sülh və əməkdaşlıq istiqamətində artan marağını və səylərini əks etdirir.

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə də Vaşinqtonda baş tutan görüş və digər mühüm məsələlərə toxunub ki, bunlar həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyət daşıyır".

S.Mikayılova vurğulayıb ki, Vaşinqton görüşü qarşıdurmanın və gərginliyin sonu kimi qiymətləndirilir:

"Bu, çox güman ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır və diplomatik müstəvidə irəliləyişlərin əldə olunduğunu göstərir. Prezident İlham Əliyevin bu cür qiymətləndirməsi Azərbaycanın diplomatik həll yolunu dəstəklədiyini və post-münaqişə dövründə sülh quruculuğu istiqamətində addımlar atdığını nümayiş etdirir".

S.Mikayılova qeyd edib ki, müsahibədə Ermənistanla münaqişənin 1990-cı illərin əvvəllərindən bəri davam etdiyini vurğulanır.

"Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması ölkənin üzləşdiyi ciddi humanitar və milli təhlükəsizlik problemlərinə diqqət çəkir. Bu statistika Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında münaqişənin ədalətli həlli ilə bağlı arqumentlərini əsaslandırır. 1994-cü ildən etibarən atəşkəs rejiminə baxmayaraq, danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycanın səbrini tükətmişdi. Prezidentin sözlərindən aydın olur ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycan üçün artıq diplomatik yolların tükəndiyi bir mərhələdə yeganə çıxış yolu kimi qəbul edilmişdi. Bu müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi vasitələrlə bərpa etdi.Prezident İlham Əliyev "beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik" fikri ilə Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa əsaslandığını vurğulayır. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərin legitimliyini və ədalətə əsaslandığını göstərir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində toxunduğu məqamlar həm regional təhlükəsizlik, həm də beynəlxalq hüququn tətbiqi baxımından əhəmiyyətlidir.

"Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq və bu reallığın sülh istiqamətində necə formalaşdığına dair yanaşma diqqətçəkicidir. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq, öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etdiyi bir dönüş nöqtəsi oldu. Məhz bu nailiyyət Azərbaycanı regionda güc balansını dəyişdirən və sülh gündəliyini müəyyən edən əsas aktora çevirdi. Müharibədən sonra yaranan hüquqi və diplomatik boşluq şəraitində Azərbaycanın təşəbbüs göstərməsi və sülh danışıqları üçün format təklif etməsi ölkənin məsuliyyətli və konstruktiv mövqeyini göstərdi. Azərbaycan sülh sazişinin layihəsini təqdim etməklə yanaşı, danışıqların əsas konturlarını da özü müəyyənləşdirdi. Prezident İlham Əliyevi qeyd etdiyi kimi, Vaşinqtonda paraflanmış sənəd Azərbaycanın baxışını əks etdirir və bu, ölkənin diplomatik uğuru kimi dəyərləndirilə bilər.

Deputat qeyd edib ki, Vaşinqtonda Prezident Trampın iştirakı ilə sənədin paraflanması, əslində, faktiki sülhün əldə olunduğunu göstərir.

"Lakin hələ formal sülh sazişi imzalanmayıb və bunun əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların mövcudluğudur. Bu məsələ aradan qaldırıldıqdan sonra tam hüquqi sülh sazişinin də imzalanacağı gözlənilir. Müsahibənin ən önəmli mesajlarından biri də budur: 30 ildən artıq davam edən münaqişə dövrü başa çatır və bu, Cənubi Qafqazda və ətraf regionlarda yeni əməkdaşlıq imkanları yaradır. Sülh yalnız iki dövlətin maraqları baxımından deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında strateji kommunikasiyaların inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan post-müharibə dövründə təkcə hərbi qalib deyil, həm də sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Bu, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, regionda uzunmüddətli sabitliyin əsasını qoyur. Ermənistandan isə gözlənilən yeganə addım konstitusion dəyişikliyi ilə ərazi iddialarına rəsmən son qoymaqdır. Bu, baş verdikdən sonra rəsmi sülh müqaviləsi də reallaşacaq və tarixə düşən münaqişə dövrü rəsmi olaraq bağlanacaq. Hər hansı daxili siyasi dəyişiklik istər konstitusiya islahatı, istərsə də qarşıdakı parlament seçkiləri Ermənistanın bu sənəddən imtina etməsi üçün əsas ola bilməz. Mesaj aydındır. İmzalanmış sənədə sadiq qalmaq həm regionda sülhün, həm də Ermənistanın öz gələcəyinin təminatıdır. Əks halda, Ermənistan tək qalacaq və bu, onun üçün ciddi siyasi və diplomatik nəticələr doğura bilər. Bununla yanaşı, Vaşinqtonda imzalanan sənədin şübhə altına alınması və ya ərazi iddialarının yenidən gündəmə gətirilməsi halında Ermənistan ciddi nəticələrlə qarşılaşacaq. Çünki bu gün regionda siyasi, hərbi və iqtisadi güc balansı Azərbaycanın xeyrinədir".

S.Mikayılova qeyd edib ki, Azərbaycan diplomatiyasının uğurlarından biri də Minsk qrupunun rəsmi olaraq hüquqi süqut mərhələsinə qədəm qoymasıdır.

"Minsk qrupunun missiyasının artıq bitdiyi və onun saxlanılmasının siyasi baxımdan mənasız olduğu vurğulanır. Qarabağ münaqişəsinin bitdiyi, Ermənistanın da bunu qəbul etdiyi bir şəraitdə bu strukturun ləğvi tam məntiqli və zəruri addım kimi təqdim edilir. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla işləməkdə nə qədər ardıcıl və məqsədyönlü olduğunu göstərir".

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın iki yerə bölünməsinin tarixi köklərinə də toxunur:

"Belə ki, Zəngəzurun 1920-ci ildə Azərbaycandan qoparılaraq Ermənistana verilməsinin necə tarixi ədalətsizliyə səbəb olduğunu izah edir. Bu bölünmə nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətə düşüb. Bu fakt hazırda Zəngəzur dəhlizi ilə bağlı tələblərin və planların hüquqi və tarixi əsasını təşkil edir. Sovet dövründə sərhədlərin olmaması bu problemi hiss etdirmirdi, lakin Ermənistanın təcavüzkar siyasəti nəticəsində əlaqələr tam kəsilib. Prezident İlham Əliyevin bu fikirləri, Azərbaycanın geosiyasi mövqeyi, strateji səbr siyasəti və regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı prinsipial mövqeyini aydın şəkildə ifadə edir. Ölkəmiz üçün ən önəmli məsələlərdən biri də Naxçıvanla birbaşa quru bağlantısı qumaqdır. Bu da Zəngəzur dəhlizi vasitəsilə mümkündür. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan, hərbi üstünlük şəraitində olmasına baxmayaraq, zor tətbiq etmədən Zəngəzur dəhlizi məsələsini diplomatik yolla həll etməyə çalışdı. Görünən odur ki, tezliklə buna nail olunacaq".

S.Mikayılova əlavə edib ki, Ermənistanın illərlə konstruktiv mövqe nümayiş etdirməməsi fonunda, ABŞ-nin vasitəçiliyi və Prezident Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutu - "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" bu məsələyə beynəlxalq legitimlik qazandırdı:

"Azərbaycanın əsas tələbi isə tam haqlıdır: dəhliz yalnız Ermənistanın deyil, beynəlxalq tərəfdaşların da təhlükəsizlik zəmanəti altında fəaliyyətə başlamalıdır. Bu, həm sərnişinlərin, həm də yük daşımalarının təhlükəsizliyi üçün vacibdir. Azərbaycan artıq dəmir yolu və magistral yol tikintisini Ermənistan sərhədinədək çatdırmaq üzrədir. Bu da göstərir ki, Azərbaycan bu layihəyə ciddi hazırlaşıb və texniki imkanlara sahibdir. Əgər siyasi razılıq əldə olunarsa, Zəngəzur dəhlizinin tikintisini çox qısa müddətdə başa çatdırmaq Azərbaycanın gücündədir. Bu çıxış Azərbaycanın gücünü nümayiş etdirməklə yanaşı, onun məsuliyyətli və uzaqgörən regional siyasət apardığını göstərir. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji və iqtisadi əhəmiyyət daşıyır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin İranla münasibətlərə dair fikirləri Azərbaycan-İran əlaqələrinin nə qədər səmimi və strateji əsasda qurulduğunu göstərir.

"İki ölkə rəhbərliyi arasında şəxsi və işgüzar münasibətlər güclüdür, bu da əməkdaşlığın inkişafı üçün mühüm amildir. İranla bağlı səsləndirilən fikirlər Azərbaycanın qonşu ölkələrlə, xüsusən İranla əlaqələrində hörmət və etimad mühitini qorumağa üstünlük verdiyini, həmçinin, regional sabitlik və inkişaf üçün dialoqu əsas tutduğunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, qarşılıqlı narahatlıqları azaltmaq və yalan məlumatların qarşısını almaq üçün açıq və şəffaf kommunikasiya strategiyasının vacibliyini vurğulayır. Azərbaycanın gücünü və haqlı mövqeyini açıq şəkildə göstərir. O, Azərbaycanın işğalçı olmadığını, əksinə, torpaqlarını azad edən ədalətli bir dövlət olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, Ermənistan-İran sərhədini kəsməklə bağlı yayılan əsassız söz-söhbətlərin yersizliyini vurğulayır".

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin regional nəqliyyat sistemindəki strateji rolunu və Şimal-Cənub dəhlizi ilə qarşılıqlı tamamlayıcılığını izah edir.

"Zəngəzur dəhlizinin yalnız Azərbaycanın deyil, bütün regionun maraqlarına xidmət edəcəyini vurğulayır. Bu dəhliz vasitəsilə Şimali Avropadan başlayaraq Rusiyanı, Azərbaycanı, Ermənistandan keçməklə Naxçıvana və İrana bağlayan yeni nəqliyyat marşrutu yaradılacaq. Bu da regional əməkdaşlıq və iqtisadi inkişaf üçün önəmli addımdır".

S.Mikayılova qeyd edib ki, müsahibədə mülki təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması hadisəsi ilə bağlı məyusluq və təəssüf ifadə olunur.

"Prezident İlham Əliyev hadisənin baş verməməli olduğunu, pilotların peşəkarlığı sayəsində faciənin daha böyük olmadığını vurğulayır. Bu, həm regionda, həm də beynəlxalq münasibətlərdə diqqət tələb edən ciddi insident kimi qiymətləndirilir. Rusiyanın Azərbaycana qarşı münasibətində ortaya çıxan ciddi problemləri və gərginlikləri nümunələrlə izah edir. Xüsusilə İkinci Qarabağ müharibəsinin son günündə təsadüfi vurulan rus helikopteri hadisəsinə görə Azərbaycan tərəfindən göstərilən məsuliyyətli və səmimi addımlara (üzrxahlıq, təzminat və istintaq) qarşılıq Rusiyanın eyni şəkildə reaksiya verməməsi vurğulanır. Bundan əlavə, Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlar və ayrı-seçkilik hallarına diqqət çəkilir ki, bu da iki ölkə arasındakı münasibətlərin gərginləşməsində Azərbaycana aid olmayan amil kimi təqdim olunur. Prezident qeyd edir ki, Azərbaycan münasibətləri pozmaq istəmir, lakin öz xalqına qarşı ədalətsizliyə, təcavüzə və hörmətsizliyə dözməyəcək".

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Trampla arasında formalaşmış şəxsi münasibətlərin və qarşılıqlı etimadın yüksək səviyyəsini ifadə edib.

"Bu cür münasibətlər dövlətlərarası əlaqələrdə qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Liderlər arasında dostluq münasibəti həm də strateji məsələlərin daha çevik və etimadlı şəkildə həllinə şərait yaradır, xüsusilə də regional və beynəlxalq səviyyədə vacib təşəbbüslərin irəlilədilməsində mühüm rol oynayır", - deyə deputat qeyd edib.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:76
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 28 Августа 2025 14:03
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Атака дронов: горит Куйбышевский НПЗ

28 Августа 2025 05:27see8490

В Чечне произошло землетрясение магнитудой 4,4

27 Августа 2025 00:49see1424

Взорвали нефтепровод Рязань Москва

27 Августа 2025 13:11see445

Акция примирения вместо суда: в Грозном племянник Кадырова устроил смертельное ДТП

26 Августа 2025 18:06see326

Российские силовики могли надругаться над братьями Сафаровыми, погибшими во время рейда в Екатеринбурге

27 Августа 2025 00:07see309

Интервью Алиева и нервная реакция Кремля: почему Затулин вновь на арене? МНЕНИЕ

27 Августа 2025 17:01see266

Землетрясение в Каспийском море ощутили в Баку и Сумгайыте

27 Августа 2025 00:46see261

Марков предупредил о кампании дипфейков Minval Politika

26 Августа 2025 20:10see248

Мощное землетрясение у берегов Каспия Minval Politika

27 Августа 2025 00:49see224

Ильхам Алиев рассказал, когда будет подписано мирное соглашение с Арменией Minval Politika

27 Августа 2025 10:14see197

Россия нанесла комбинированный удар по Украине, есть жертвы, пострадала инфраструктура Minval Politika

28 Августа 2025 08:51see191

Разведка Украины: Россия теряет Иран и влияние на Ближнем Востоке

26 Августа 2025 17:59see191

Лига чемпионов: "Карабах" и "Ференцварош" объявили стартовые составы

27 Августа 2025 20:10see183

Нефтчи предлагает Шейдаеву разорвать контракт

26 Августа 2025 20:11see167

В Бакинском суде заслушаны показания потерпевших и их правопреемников по делу Рубена Варданяна

26 Августа 2025 20:35see159

В Азербайджане сегодня стартует этап собеседования по повторной сертификации учителей

27 Августа 2025 00:12see142

Израиль считает успешной посредническую миссию Азербайджана на переговорах с Турцией и Сирией

26 Августа 2025 20:24see141

ФРГ подняла истребители из за российского Ил 20М над Балтикой

26 Августа 2025 22:53see136

Функционер АФФА приняла участие в программе УЕФА

26 Августа 2025 18:40see132

Новый механизм сотрудничества

27 Августа 2025 09:47see131
newsПоследние новости
Самые свежие и актуальные события дня