Vətən Müharibəsində qazanılan qələbənin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi bədii gecə keçirilir
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, AZTV-nin media tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan "Zəfər andı" adlı ədəbi-bədii gecə keçirilir.
Day.Az xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, tanınmış ziyalılar, gənclər təşkilatlarının nümayəndələri, könüllü gənclər və media təmsilçiləri də daxil olmaqla 1800-dən çox qonağın iştirak edir.
Tədbir açılış və bədii olmaqla iki hissədən ibarət olacaq.
Açılışda şəhid anasının, şəhid yoldaşının və gənc qazinin çıxışı nəzərdə tutulub.
Bədii hissədə əməkdar artist Nicat Kazımovun rejissorluğu və kinodramaturq İlqar Fəhminin ssenarisi əsasında, incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında hazırlanmış "Zəfər Andı" bədii kompozisiyası nümayiş olunacaq.
Kompozisiyada Vətən müharibəsində iştirak etmiş gənc döyüşçü şairlərin şeirlərindən istifadə ediləcək, Zəfərə gedən yol və tarixi qələbəmiz ədəbi-bədii formada tamaşaçılara çatdırılacaq.
Другие новости на эту тему:
Просмотров:77
Эта новость заархивирована с источника 03 Ноября 2025 19:31 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















