Vətən müharibəsindəki qələbəmiz türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb Sahibə Qafarova
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Türk ailəsinin fəal üzvü kimi Azərbaycan türk dünyasının birliyinin daha da güclənməsi üçün düşünülmüş tədbirlər həyata keçirir.
Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Astana şəhərində keçirilən TÜRKPA-nın 14-cü plenar iclasında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bütün türk dünyası üçün tarixi nailiyyət olub.
Bu böyük qələbələr Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı, həm də ümumi regionumuzda yeni geosiyasi reallıqlar formalaşdırıb və türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb. Enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə mövcud potensialdan maksimum istifadə, yeni əməkdaşlıq formatlarının tətbiqi türk dövlətlərinin iqtisadi birliyinin daha da möhkəmlənməsini təmin edəcək.
Другие новости на эту тему:
Просмотров:115
Эта новость заархивирована с источника 12 Июня 2025 13:33 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















