Vyanada “Alov ritmləri” adlı konsert keçirilib FOTO
По информации сайта Day.az, передает Icma.az.
Avstriyanın paytaxtı Vyanada 28 May - Müstəqillik Günü münasibətilə "Cəngi" estrada folklor ansamblının təqdimatında "Alov ritmləri" adlı konsert keçirilib. Konsert Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirə Avstriyada akkreditə olunmuş diplomatik korpusların, beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət, media nümayəndələri, həmin ölkədə yaşayan soydaşlarımız və musiqisevərlər qatılıblar.
İncəsənət ustalarının çıxışdan əvvəl 28 May - Müstəqillik Günü barədə məlumat verilib, Vyananın ən müasir konsert salonlarından biri olan "MuTh"-da ilk dəfə Azərbaycan musiqisinin səslənəcəyi xüsusi vurğulanıb. Bu təşəbbüsə göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevə və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edilib.
Azərbaycan Respublikasının Xalq artisti, tarzən və ud ifaçısı Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" estrada folklor ansamblı Azərbaycan muğamları əsasında caz kompozisiyaları, bəstəkar və xalq mahnılarından ibarət repertuarla çıxış edib. Tar, ud, tütək, zurna, balaban və nağara kimi Azərbaycan milli musiqi alətlərinin səsi təqdim olunan əsərlərə xüsusi gözəllik verib.
Konsertdə ifa edilən əsərlər - istər klassik caz, istər estrada, istər etno-caz, istərsə də milli Azərbaycan musiqisi tamaşaçılarda xoş təəssürat yaradıb. Bəzi avstriyalı qonaqlar Azərbaycan musiqisini ilk dəfə eşitdiklərini və valeh olduqlarını bildiriblər.
Другие новости на эту тему:
Просмотров:122
Эта новость заархивирована с источника 06 Июня 2025 17:37 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















