“WorldSkills Şanxay 2026” kibertəhlükəsizlik yarışının milli komanda seçimləri başladı Azərbaycanı təmsil et!
Icma.az сообщает, ссылаясь на сайт Day.az.
22-27 sentyabr 2026-cı il tarixində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq yarışının seçim mərhələsinə start verilib. 89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib.
Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə WorldSkills Azərbaycan çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcəkdir. Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edəcəkdir.
Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, "intermediate" səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3 mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindən xüsusi təlimlər alacaqlar.
Qeyd edək ki, sözügedən tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilik mübadiləsinə dəstək göstərəcəklər.
Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il
Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition
Другие новости на эту тему:
Просмотров:101
Эта новость заархивирована с источника 24 Сентября 2025 15:05 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















