Xankəndidə ictimai həyat öz təbii axarına düşüb Türkiyə səfiri
По данным сайта Day.az, передает Icma.az.
Xankəndi şəhərinin azadlığını əldə etməsindən qısa müddət keçməsinə baxmayaraq, burada ictimai həyat və təhsil həyatı, həqiqətən də, öz təbii axarına düşüb.
Bu sözləri Day.Az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.
O bildirib ki, Xankəndidə sosial həyat bərpa olunub.
"Universiteti ziyarət etdik. Orada tələbələr, canlı, dinamik və həyəcanlı idilər. 1200 tələbə var idi. Biz orada olmaqdan və Azərbaycan hökumətinin bu bölgədə gördüyü işləri görməkdən məmnunuq. Təsviri incəsənət fakültəsində olduq. Tələbələrin çıxışlarını dinlədik. Onları çox təbrik edirəm.
Qısa müddət ərzində onlar artıq çox uğurlu tələbələr yetişdiriblər. Tələbələr mühəndislik kimi spesifik sahələrdə təhsil alırlar, lakin ingilis dilini də çox yaxşı bilirlər. Bu, o deməkdir ki, Qarabağ bölgəsi, eləcə də, Xankəndi şəhəri və Şuşada qarşıdakı dövrdə çox uğurlu insanlar yetişəcək. Bunlar Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, səyi və dəstəyi ilə əldə olunub. Bütün bu işlərdə əməyi keçən, zəhmət çəkən hər kəsi təbrik edirəm".
"Biz Türkiyə və qardaş ölkə olaraq Azərbaycanın bu nailiyyətlərini, xüsusən də Qarabağda gedən bu inkişafı görməkdən çox məmnunuq. Biz buraya gəldik, uğur gördük. Ümid edirik ki, bundan sonra daha yaxşı işlər görüləcək. İnkişaf və bərpa işləri böyük sıçrayışla davam edir. Yolları, binaları, elektrikləşməni, məktəbləri gördük. Biz bütün bunların şahidi olduq və sevindik", - deyə o əlavə edib.
Другие новости на эту тему:
Просмотров:106
Эта новость заархивирована с источника 18 Апреля 2025 12:57 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















