Xəzər regionu dönüş nöqtəsindədir SOCAR ın vitse prezidenti
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Xəzər regionu dönüş nöqtəsindədir. Bizim güclü tariximiz, dərin texniki təcrübəmiz, önəmli aktivlərimiz var və indi rəqəmsal uyğunlaşmadan tutmuş ekoloji performansa qədər qlobal gözləntilərlə üzləşirik.
Day.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
"Bu konfrans həmin çağırışları birlikdə müzakirə etmək və regionu rəqabətqabiliyyətli saxlamaq üçün praktiki addımlar müəyyənləşdirmək üçün mühüm platformadır. Bu zəngin proqramın arxasında sədaqətlə çalışan könüllülər durur", - vitse-prezident bildirib.
Onun sözlərinə görə, bu bacarıqların inkişafı bu gün daha səmərəli işləməyə və sabahın çağırışlarına daha hazır olmağa kömək edəcək:
"Gələcəyi ilhamlandırırıq. Bunun üçün gənc mütəxəssisləri, tələbələri və karyerasının əvvəlində olan mühəndisləri dəstəkləyirik. Onların yeni düşüncə tərzi və marağı Xəzər regionunun növbəti inkişaf mərhələsini formalaşdıracaq. Lakin təkcə gənc istedadları cəlb etmək kifayət deyil. Onları saxlamaq da vacibdir. Gənclər inkişaf üçün aydın yollar, irəliləmə imkanları və töhfələrinin əhəmiyyətini hiss etməlidirlər.
Biz istəyirik ki, öyrənən, əlaqə quran və ideya yaradan növbəti nəsil bu sənayedə güclü gələcək görsün. Bu ilki proqram məhz bu üç mövzunu əhatə edir. Növbəti üç gün ərzində siz dünyanın müxtəlif ölkələrindən liderlərin və mütəxəssislərin çıxışlarını dinləyəcəksiniz. Proqram çərçivəsində sessiyalar, layihə təqdimatları və 100-dən çox texniki məruzə hazırlanıb. Mövzular layların idarə edilməsindən tutmuş qazma işlərinə, rəqəmsal transformasiyadan tutmuş dekarbonizasiya, əməliyyat mükəmməlliyi və işçi qüvvəsinin yeni bacarıqlarına qədər geniş sahələri əhatə edir.
Bu konfrans həmin çağırışları birlikdə müzakirə etmək və regionu rəqabətqabiliyyətli saxlamaq üçün praktiki addımlar müəyyənləşdirmək üçün mühüm platformadır", - vitse-prezident vurğulayıb.
Другие новости на эту тему:
Просмотров:47
Эта новость заархивирована с источника 25 Ноября 2025 10:38 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















