Yanğından 3 gün əvvəl binada nə baş verib? ŞAHİD DANIŞDI
Icma.az информирует, ссылаясь на сайт Day.az.
"Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək".
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.
O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir:
"Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarı qayıtdıq".
Sakin bildirib ki, evin qapısını yaş dəsmallarla izolyasiya ediblər.
"Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. "Loft" restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi gəlir".
H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib.
"3 gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər".
Другие новости на эту тему:
Просмотров:45
Эта новость заархивирована с источника 22 Ноября 2025 11:33 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















