Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
Icma.az, ссылаясь на сайт Day.az, передает.
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər.
Day.Az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir.
Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab suları ilə çirkləndirilməsinə, eləcə də bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilir.
Torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə də cərimələr nəzərdə tutulub. Bu pozuntuya görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimələnə bilər.
Другие новости на эту тему:
Просмотров:101
Эта новость заархивирована с источника 10 Ноября 2026 15:09 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















