Yevlax Pilot Aqroparkın rezidenti daha bir sosial layihənin icrasını uğurla həyata keçirib FOTO
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
"Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü və BP şirkətinin maliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində həyata keçirilən içməli su layihəsi Yevlax Pilot Aqroparkın rezidenti "İSFA" MMC tərəfindən uğurla icra olunub.
Day.Az xəbər verir ki, bununla əlaqədar müasir içməli su təchizatı infrastrukturunun açılış mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, Cağar Cibir su kanalından kəndin su təchizatı üçün 1,4 km məsafədən su xətti çəkilmiş, 10000m³ həcmində su tutar və 2000 m³ həcmində lil çökdürmə hovuzu yaradılıb, membran döşənib, nasosxana və filter məntəqəsi tikilib, qurğu və avadanlıqların elektrik təchizatı üçün elektrik xətti çəkilib, 3 mərhələli filter sistemi, motorlar, su çənləri və sayğaclar quraşdırılıb.
Layihənin birinci hissəsinin icrası çərçivəsində kənd daxili şəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təmin edilib.
Qeyd edək ki, Qusar rayonunun Avaran kəndində hazırda 388 ev təsərrüfatı olmaqla 1700-dən çox sakin yaşayır. Kənddə və yaxın ərazidə təbii bulaqlar və digər şirin su mənbələri olmadığından, sakinlər içməli və suvarma su ilə təminatında əziyyət çəkirdilər. Bu sosial layihənin uğurlu icrası kənd sakinlərinin suya olan təlabatını aradan qaldırılmasına köməklik göstərəcək.








