Yunus Oğuz pensiya kapitalı haqqında VİDEO
Icma.az передает, что по данным сайта Day.az.
"Cəmiyyətdə elə müəyyən qruplar var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar və bir sıra məsələlərə cavab tapa bilmirlər".
Day.Az xəbər verir ki, bunu "Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz yayımladığı videomaterialda deyib.
O, həssas qrupların qarşılaşdığı problemlərlə bağlı danışarkən bildirib ki, bu gün 1 milyon 200 min nəfər təqaüdçü bir çox suallara cavab axtarır.
"Bu gün məhz həmin sosial təbəqəni narahat edən dörd məsələni müzakirə edəcəyik və fikirlərimi sizinlə bölüşəcəyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm qadınlara, həm də kişilərə 65 yaşından pensiya təyin edir.
Tutaq ki, insan 17 yaşından işləməyə başlayır və 65 yaşında pensiyaya çıxır. Beləliklə, o, təxminən 40-50 il əmək fəaliyyəti ilə məşğul olur. Bu müddət ərzində onun adına pensiya kapitalı formalaşır. Həmin kapitalın gələcəkdə ona pensiya şəklində, ömrünün sonunadək ödənilməsi nəzərdə tutulur.
Amma burada əsas bir sual ortaya çıxır: 65 yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalının taleyi necə olur?
Deyək ki, insan 50 yaşında vəfat edir. Artıq 30 ildən çox işləyib, əmək fəaliyyəti dövründə pensiya kapitalı formalaşdırıb. Bəs onun adına toplanmış vəsait niyə ailəsinə verilmir?
Axı insan dünyasını dəyişəndə onun adına olan ev, digər daşınmaz əmlak ailəsinə miras qalır və qanunvericiliyə uyğun olaraq vərəsələrinə keçir. Bəs pensiya kapitalı niyə eyni qaydada nəzərdən keçirilmir? Niyə insanın illərlə qazandığı vəsait onun ailəsinə qaytarılmamalıdır?
Axı bu, həmin şəxsin mülkiyyətidir, pul şəklində olan mülkiyyətidir. Niyə ailəsinə verilməsin?
Hesab edirəm ki, Milli Məclis bu məsələni ciddi şəkildə müzakirə etməli və müvafiq qanunvericilik qərarları qəbul etməlidir.
İkinci məsələ: İşləməyə davam edən pensiyaçıların pensiyasının indeksləşdirilməsi.
Digər məsələ pensiya yaşına çatdıqdan sonra da işləməyə davam edən və eyni zamanda pensiya alan insanlarla bağlıdır.
Məlum olduğu kimi, işləyən pensiyaçıların pensiya kapitalının yenidən hesablanması və pensiyalarına əlavələrin edilməsi altı ildən bir həyata keçirilir. Yəni insan işləməyə davam edirsə, altı ildən sonra, məsələn, 71 yaşında onun pensiyasına əlavə vəsait hesablanır.
Amma kim zəmanət verə bilər ki, insan həmin altı ili yaşayacaq və 71 yaşına çatacaq? Bəlkə də o, işləyə-işləyə dünyasını dəyişəcək.
Bəs niyə bu hesablamalar hər il aparılmır? İnsan işləyir, zəhmət çəkir, pensiyasının məbləği dolanışığına kifayət etmədiyi üçün əmək fəaliyyətini davam etdirir. Onun işlədiyi müddətdə qazandığı pensiya kapitalı niyə hər il nəzərə alınmasın?
Məncə, bu məsələyə yenidən baxılmalıdır.
Üçüncü məsələ: Pensiya kapitalının necə idarə olunması və şəffaflıq.
Mənim və digər işləyən vətəndaşların əməkhaqqından pensiya məqsədilə vəsait ayrılır. Ancaq insan bilmir ki, 25, 30, 40 il ərzində onun hesabına toplanan bu vəsait harada saxlanılır və necə idarə olunur.
Niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələcəkdə pensiya alacaq şəxslərlə bu məsələ ilə bağlı müqavilə bağlamasın? Niyə toplanan pensiya kapitalının müəyyən maliyyə mexanizmləri vasitəsilə, məsələn, depozitlərdə yerləşdirilməsi və həmin vəsaitə əlavə gəlir gətirilməsi imkanları nəzərdən keçirilməsin?
Bəlkə də bu vəsaitlər hansısa formada depozitlərə yerləşdirilir, amma biz bundan xəbərsizik. Çünki əhalidən, işləyən insanlardan ayrılan vəsaitlərin hara yönəldilməsi, necə idarə olunması barədə kifayət qədər aydın və əlçatan hesabatlılıq yoxdur.
Şəxsən mən bilmirəm ki, mənim adıma ayrılan pensiya vəsaiti hara gedir və necə idarə olunur.
Hesab edirəm ki, bu məsələlərə mütləq aydınlıq gətirilməlidir. İnsanlar öz gələcəkləri, pensiya təminatları və illərlə topladıqları vəsaitlər haqqında ətraflı məlumat əldə etməlidirlər.
Hamımız bilirik ki, cəmiyyətin ən həssas və narazı sosial qruplarından biri məhz pensiyaçılardır.
Gənclər, nisbətən sağlam insanlar müəyyən qədər işləmək, əlavə gəlir əldə etmək imkanına malikdirlər. Amma pensiya yaşına çatmış insanların əksəriyyətinin sağlamlıq problemləri olur. Onların bir çoxu dərman almaq üçün apteklərə üz tutur. Bəzən pensiyalarının böyük hissəsi dərmanlara xərclənir və geridə normal yaşayış üçün çox az vəsait qalır.
Bütün bu məsələləri indidən həll etmək lazımdır. Pensiyaçılar hər il gözləməməlidirlər ki, görəsən, bu il Prezidentin sərəncamı ilə pensiyalar artırılacaq, ya yox.
İnsanlar uzun illər işləyiblər, dövlətə və cəmiyyətə xidmət ediblər. Onların layiqli pensiya təminatı və normal həyat şəraiti olmalıdır.
Ona görə də aidiyyəti dövlət qurumlarından xahiş edərdim ki, qaldırdığım bu məsələlərə aydınlıq gətirsinlər və ictimaiyyətə ətraflı cavab versinlər.
Biz özümüzün, ailələrimizin və gələcək pensiyamızın taleyi haqqında məlumat almaq istəyirik. İllərlə qazandığımız vəsaitin harada olduğunu, necə idarə edildiyini bilmək bizim haqqımızdır," - deyə o bildirib.
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:62
Эта новость заархивирована с источника 25 Ноября 2026 13:36 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















