Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə FOTO
Icma.az сообщает, что по информации сайта Day.az.
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Xankəndində Qarabağ Universitetinin qonağı olub.
Day.Az Olaylar.az-a istinadən xəbər verir ki, universitet və orada təhsil alan tələbələr, təhsil ocağının kitabxanası ilə tanış olan Yunus Oğuz elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva ilə görüşüb. Görüş zamanı universitetin tədris proqramları və ixtisasları haqqında qonağa geniş məlumat verilib.
Yazıçı özünün müxtəlif illər ərzində qələmə aldığı və ayrı-ayrı vaxtlarda çap olunan 100-dən çox kitabını Qarabağ Universitetinə hədiyyə edib. Yunus Oğuz həmçinin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın və AYB sədr müavini Rəşad Məcidin kitablarını da universitetə təqdim edib. Bu addım həm tələbələrin ədəbiyyatla daha yaxından tanış olmasına, həm də Qarabağ Universitetinin kitabxanasının zənginləşməsinə böyük töhfədir.
Другие новости на эту тему:
Просмотров:155
Эта новость заархивирована с источника 05 Декабря 2024 11:38 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















