Zaqatalada qəza Xəsarət alanlar var
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatala şəhəri ərazisində minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan üçü Osmanovlar ailəsinin üzvüdür.
"Unikal" xəbər verir ki, rayon sakini 60 yaşlı Rəhman Osmanovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Ağstafa rayon sakini 25 yaşlı Ariz Abbasovun idarə etdiyi eyni markalı avtomobil toqquşub.
Qəzadan sonra sürücü Rəhman Osmanov, avtomobildə olan sərnişini Rəhman Osmanovun qızı, 32 yaşlı Aygül Osmanova, R.Osmanovun nəvəsi 9 yaşlı Ayşəgül Osmanlı və digər avtomobilin sərnişini, Balakən rayon sakini 40 yaşlı İlhamə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Baxış sayı:88
Bu xəbər 04 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















