Icma.az
close
up
AZ
Menu

Оппозиция начала сбор подписей за освобождение Имамоглу и досрочные выборы президента Турции

Свыше 50 человек пострадали при пожаре в доме престарелых в Германии

В результате землетрясения в Мьянме погибло около 1700 человек

Американцы раскрыли детали Курской операции ВСУ

Чемпион Азербайджана об итогах ЕВРО

Нетаньяху назвал условия урегулирования конфликта в Газе

Сирия ждет перемен

Кровавые разборки в ресторане в Армении есть убитый и раненые

Премьер министр Гренландии Нильсен заявил, что остров сам решает свое будущее

При стрельбе на вечеринке в США погибли два человека, четверо пострадали

Азербайджанская капелла Ватикана наша аналитика

В Польше заявили, что смогут обороняться от России до двух недель

Россияне собрали 70 тысячную группировку

Оян Назариани: Надеемся на высокие результаты и в этом году

Запуск первой немецкой ракеты носителя закончился неудачей

Умер актер фильма Поющие в терновнике

Сообщение Пресс службы Президента

Кяпаз против Сабаила, Зире принимает Шамахы

Пожар в доме престарелых в Германии десятки пострадавших

Звезда "Эйфории" поделилась утонченным фото после отмены свадьбы ФОТО

Праздники и официальные памятные дни, отмечаемые в Азербайджане

На этой странице представлена подробная информация о государственных праздниках, трудовых и памятных днях Азербайджана. Для каждого дня приведены краткие пояснения его даты, значения и важности.

Сегодня 31 Марта

Azərbaycanlıların Soyqırımı Günü

1918–1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm nail olmağa cəhd edirlər. Bakı Soveti əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.


Подробный календарь и информация на 2025 год

Января 2025

01 Января

01 Января - Yeni il bayramı

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.
20 Января

20 Января - Ümumxalq hüzn günü

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
30 Января

30 Января - Gömrük İşçilərinin Peşə Bayramı

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra — 1992-ci il yanvarın 30-da müstəqil gömrük sisteminin əsası qoyuldu. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır. Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir.

Февраля 2025

02 Февраля

02 Февраля - Gənclər Günü

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.
11 Февраля

11 Февраля - Vergi xidməti işçilərinin peşə bayramı

Azərbaycanda vergi işçilərinin peşə bayramı günü hər il 11 fevral tarixində keçirilir. Bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir. 2000-ci il fevralın 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır, buna görə də bayram məhz bu günə salınmışdır.
14 Февраля

14 Февраля - Hərbi Hava Qüvvələri günü

Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
14 Февраля

14 Февраля - Valentin günü

14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.
22 Февраля

22 Февраля - Avtomobil yolları işçilərinin peşə bayramı

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir.
26 Февраля

26 Февраля - Xocalı soyqırımı günü

Xocalı soyqırımı günü və ya Xocalı genosidi günü — 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələrinin hər il qeyd olunduğu matəm günü

Марта 2025

05 Марта

05 Марта - Bədən tərbiyəsi və idman günü

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
08 Марта

08 Марта - Beynəlxalq Qadınlar günü

Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.
10 Марта

10 Марта - Milli Teatr Günü

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin Sərgüzəşti-vəziri-xani Lənkəran komediyası tamaşaya qoyuldu
10 Марта

10 Марта - Qızıl Aypara günü

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.
12 Марта

12 Марта - Daxili Qoşunlar günü

12 Mart – Daxili Qoşunlar Günüdür. 1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
19 Марта

19 Марта - Miqrasiya xidməti işçilərinin peşə bayramı

Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur.
20 Марта

20 Марта - Novruz bayramı

Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur.
27 Марта

27 Марта - Elm günü

Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
28 Марта

28 Марта - Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı

1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
31 Марта

31 Марта - Azərbaycanlıların Soyqırımı Günü

1918–1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm nail olmağa cəhd edirlər. Bakı Soveti əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

Апреля 2025

10 Апреля

10 Апреля - İnşaatçılar Günüdür

2010-cu ildən 10 aprel tarixi Azərbaycan inşaatçılarının peşə bayramı kimi qeyd edilməyə başlayıb. Dövlət başçısı İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən bu bayram dünyanın ən qədim peşələrindən birinin nümayəndələri olan inşaatçıların şanlı əməyinə Azərbaycanda verilən yüksək qiymətin təzahürüdür.
15 Апреля

15 Апреля - Akademik Zərifə Əliyevanın anım günü

Bu gün gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.
28 Апреля

28 Апреля - Akademik Zərifə Əliyevanın doğum günü

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Мая 2025

05 Мая

05 Мая - Xalçaçı günü

5 may tarixinin Xalçaçı günü kimi qeyd olunması Azərbaycan prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə hər il müəyyənləşdirilmişdir. Belə ki, 5 may Azərxalça Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gündür.
09 Мая

09 Мая - Faşizm üzərində qələbə günü

1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən müharibəsi başa çatıb.
10 Мая

10 Мая - Ümummilli lider Heydər Əliyevin anadan olduğu gün

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub. Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
23 Мая

23 Мая - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı

Hər il ölkəmizdə 23 may günü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
28 Мая

28 Мая - Müstəqillik Günü

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:

Июня 2025

02 Июня

02 Июня - Mülki Aviasiya işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın təməli qoyulub.
05 Июня

05 Июня - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı

Su təsərrüfatı və meliorasiya işçiləri günü — Azərbaycan Respublikasında peşə bayramı. 2014-cü ildən etibarən hər il iyun ayının 5-i qeyd olunur.
15 Июня

15 Июня - Milli qurtuluş günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
17 Июня

17 Июня - Tibb işçilərinin peşə bayramı

Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
18 Июня

18 Июня - İnsan hüquqları günü

18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi tarix Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.
20 Июня

20 Июня - Qaz təsərrüfatı işçilərinin peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si ölkəmizdə Dövlət Qaz təsərrüfatı işçilərinin peşə bayrami qeyd olunur.
23 Июня

23 Июня - Dövlət qulluqçuları günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
24 Июня

24 Июня - Maşınqayırma sənayesi işçiləri günü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-cı il 19 noyabr tarixli Sərəncamına əsasən, hər il iyunun 24-ü ölkəmizdə “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd olunur.
25 Июня

25 Июня - Dənizçilər günü

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
26 Июня

26 Июня - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərman ilə Silahlı Qüvvələri günü 9 oktyabrda qeyd edilirdi.
30 Июня

30 Июня - Sevgililər Günü

Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıtdı. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli də olsa onların məhəbbətini, Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

Июля 2025

02 Июля

02 Июля - Polis günü

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir.
09 Июля

09 Июля - Diplomatik xidmət orqanları işçilərinin peşə bayramı

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 İyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.‬
23 Июля

23 Июля - Milli Mətbuat və Jurnalistika günü

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Августа 2025

01 Августа

01 Августа - Azərbaycan Əlifbası və Azərbaycan Dili günü

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir
02 Августа

02 Августа - Milli Kino günü

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
06 Августа

06 Августа - Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü

Avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.
12 Августа

12 Августа - Beynəlxalq Gənclər günü

12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
18 Августа

18 Августа - Sərhədçilər günü

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür.

Сентября 2025

15 Сентября

15 Сентября - Bilik günü

Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
18 Сентября

18 Сентября - Milli Musiqi günü

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
20 Сентября

20 Сентября - Neftçilər günü

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Октября 2025

01 Октября

01 Октября - Müəllimlər günü

5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
01 Октября

01 Октября - Azərbaycan Respublikasının Prokurorluq işçilərinin peşə bayramı

1998-ci ildən etibarən hər il oktyabrın 1-i ölkəmizdə Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu bayramın təsisi isə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi iradəsi ilə mümkün olmuşdur.
13 Октября

13 Октября - Azərbaycanda dəmiryolu işçilərinin peşə bayramı günü

Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü olduğuna görə verilir.
18 Октября

18 Октября - Müstəqilliyin Bərpası Günü

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Bu tarix hər il Milli müstəqillik günü kimi qeyd edilirdi. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi Müstəqillik Günü haqqında qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Ноября 2025

08 Ноября

08 Ноября - Zəfər Günü

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə qeyd edilən qələbə günü.
09 Ноября

09 Ноября - Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
12 Ноября

12 Ноября - Konstitusiya Günü

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.

Декабря 2025

06 Декабря

06 Декабря - Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 18 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq təsis edilib.
12 Декабря

12 Декабря - Ümummilli lider Heydər Əliyevin anım günü

2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir. Xalqımızın qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
16 Декабря

16 Декабря - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.
17 Декабря

17 Декабря - Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
24 Декабря

24 Декабря - Prezİdent Cənab İlham Əlİyevİn doğum günüdür

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir. Üç övladı, beş nəvəsi var.
31 Декабря

31 Декабря - Dünya azərbaycanlılarının həmrəyliyi günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
newsПоследние новости
Самые свежие и актуальные события дня