Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

“Eşref” və “Demir” eyni layihədə

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Məişət zorakılığı ilə mübarizədə əsas problemlər Deputat AÇIQLADI

Məişət zorakılığı ilə mübarizədə əsas problemlər Deputat AÇIQLADI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məişət zorakılığı dünyada ən aktual problemlərdən biri hesab olunur. BMT və Dünya Səhiyyə Təşkilatının açıqladığı statistika göstərir ki, hər il dünyada qadınların ən azı üçdə biri müxtəlif formalarda məişət zorakılığına məruz qalır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilməsi müzakirə edilərkən deputat Azay Quliyev deyib.

O qeyd edib ki, Azərbaycanda bu istiqamətdə bir çox işlər görülsə də və məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilsə də, hələ də bu sahədə arzu olunan nəticəyə çatmaq mümkün olmayıb.

"Bugünkü qanun layihəsi əsasən məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin baxılma prosedurunun və qəbul olunacaq qərarların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur və əlbəttə, bu dəyişikliklər dəstəklənməlidir. Lakin təcrübə göstərir ki, məişət zorakılığı hallarının araşdırılması, xüsusilə qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir. 

Bildiyimiz kimi, qüvvədə olan qanunvericiliyə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda şikayətlərin baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. 


Müraciət edilən andan 24 saat ərzində yerli icra hakimiyyəti zorakılığı törədən şəxsə xəbərdarlıq etməli və zərər çəkmiş şəxsə 60 gün müddətinə qısamüddətli mühafizə orderi verməlidir. 

Burada problem ondan ibarətdir ki, bir sıra hallarda qısamüddətli mühafizə orderi icra hakimiyyəti tərəfindən vaxtında verilmir. Bəzən bu müddət bir həftə, bir ay və ya daha çox olur. Hətta elə hallar olub ki, müraciət edən şəxsə “bu sahəyə baxan icra hakimiyyəti başçısının müavini məzuniyyətdədir, müraciətə baxa bilmirik” cavabı verilib.

Ədalət naminə demək lazımdır ki, bu gecikmələr təkcə subyektiv deyil, həm də qanunvericilikdən irəli gələn obyektiv amillərlə bağlıdır. Çünki bu tip müraciətlərin baxılması və cavablandırılması mexanizmi çox mürəkkəb və qeyri-rasionaldır. 

Belə ki, qanunvericiliklə bu işin təşkili icra hakimiyyəti  başçısının müavininn rəhbərliyi ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara, qəyyumluq və himayə orqanlarına, təhsil və tibb müəssisələrinə və yardım mərkəzlərinə həvalə olunub. Belə bir mürəkkəb mexanizm heç şübhəsiz ki, operativ qərar qəbulu prosesinə mənfi təsir göstərir".

Deputatın sözlərinə görə, yerli icra hakimiyyəti bu sahədə ixtisaslaşmış qurum olmadığından, məişət zorakılığına dair müraciətlərdə cinayət tərkibini dəqiq müəyyən etməkdə və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl olunmasına effektiv nəzarət etməkdə çətinlik çəkirlər, başqa sözlə, bu iş onlar üçün əlavə yükə çevrilir.

"Nəticədə verilmiş qısamüddətli mühafizə orderlərinin sayı ilə daxil olan şikayətlər arasında çox böyük qeyri-mütənasiblik yaranır. Məsələn, 2023-cü ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9389,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 521, qeyri-dövlət yardım mərkəzlərinə isə 12000-dən çox müraciət daxil olmuşdur.  Bu məlumatları ümumiləşdirsək, görərik ki,  keçən il təxminən 22 minə yaxın məişət zorakılığı hadisəsi baş verməsinə baxmayaraq cəmi 180 qısamüddətli mühafizə orderi verilib.

Başqa bir statistikaya diqqətinizi cəlb etmək istərdim. 2023-cü ildə DİN-ə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 1236-sı qəsdən sağlamlığa yüngül,  88-i az ağır, 49-u ağır zərər vurma, 62-si qəsdən adam öldürmə, 18-i adam öldürməyə cəhd və digər cinayətlərdən ibarət olmuşdur.  Bu orderlər vaxtında verilsəydi, bəlkə də, ölümlə və digər ciddi fəsadlarla nəticələnən bir çox hadisələrin qarşısını almaq mümkün olardı.

Ona görə də təklif edirəm ki, dünya praktikasına uyğun olaraq, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyəti dəyişdirilərək polis orqanlarına verilsin. Bu, həm orderlərin verilməsində operativliyi, həm də zərərçəkmişlərin müdafiəsini və orderin tələblərinin yerinə yetirilməsini daha etibarlı şəkildə təmin edər. Bundan başqa, məişət zorakılığından zərərçəkmiş şəxslərin uzunmüddətli mühafizə orderi almaq üçün məhkəməyə müraciət etdikdə onların dövlət rüsumundan azad olunmasını təklif edirəm. Sonda bir məsələyə də toxunmaq istərdim. Heç kimə sirr deyil ki, məişət zorakılığı cəmiyyətdə aqressiv meylləri artırmaqla yanaşı, ailələrin dağılmasına, boşanmaların artmasına, zorakılıq mühitində böyüyən uşaqların mənəvi və psixoloji durumunun pozulmasına səbəb olur. Bu baxımdan, 2023-cü ildə boşanmalarla bağlı mövcud durum hamımızı ciddi düşündürməlidir. Belə ki, keçən il nigahların sayı 54200 olduğu halda, boşanmaların sayı 21688 olmuşdur. Bu rəqəm boşanma  əmsalının yeni qurulan ailələrlə müqayisədə 40 faizi, az qala yarısı deməkdir. 


Ailə və Qadın Komitəsinin sorğusu isə onu göstərir ki, boşanmaların səbəbləri arasında məişət zorakılığı ikinci yerdədir. Bu hal belə davam edərsə, gələcəkdə ölkəmizdə demoqrafik  problemlərin yaranmasına, ən əsası isə güvəndiyimiz ailə institutunun ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər. 

Ona görə də hesab edirəm ki, məişət zorakılığına sadəcə ailə daxili münaqişə kimi baxılmamalı, bu sahədəki qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə yanaşı ictimaiyyət də üzərinə düşəni etməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see187

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see157

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see133

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see126

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see125

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see125

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see124

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see124

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see124

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see123

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

11 İyul 2025 02:06see122

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see122

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see121

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see119

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see114

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see114

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

11 İyul 2025 03:55see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see110

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri