Icma.az
close
up
RU
Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi Cənubi Qafqazın gələcək təhlükəsizliyini müəyyən edən əsas faktorlardan biridir. Kənar güclərin Cənubi Qafqazla bağlı narahatedici planlarının mövcudluğu fonunda, hər dəqiqə körüklənə biləcək mümkün zorakılıq dalğası ərəfəsində Azərbaycanın sülh təşəbbüsləri bizim həm də regionun təhlükəsizliyi üçün istifadə etdiyimiz əsas alətlərdən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin mətninin tam razılaşdırılmasından sonra bu, ilk rəsmi ikitərəfli görüşdür.

Xatırladım ki, Ermənistana müxtəlif formatlarda yerləşmiş oyunçuların hər biri öz mövqeyini təmin etmək və möhkəmləndirmək üçün son bir ay ərzində həmin ölkənin daxili proseslərində potensial və idarəolunmaz münaqişə ssenarisini işə salıblar.

Məsələn, Əbu-Dabi görüşünə hazırlıq ərəfəsində Ermənistanda cəmi 10 gün ərzində ölkədə kənardan dəstəklənən revanşist qrupların üzvü olan üç sülh əleyhdarı həbs olunub. Belə ki, iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan rusiyayönlü oliqarx Samvel Karapetyan həbs edilib.

İyunun 25-də “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, Fransa və Yunanıstanla geniş əlaqələrə malik arxiyepiskop Baqrat Qalstanyan terror aktları planlaşdırmaqda ittiham edilərək saxlanılıb. Bundan cəmi iki gün sonra isə ölkənin mövcud konstitusiya quruluşunu devirməyə çağırışa görə Aİ ölkələrinin dini dairələri ilə geniş əlaqələrə malik arxiyepiskop Mikael Ajapaghyan həbs edilib və s.

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşdə müzakirə mövzusu olan iki ölkə sərhədlərinin delimitasiya, demarkasiyası prosesi münasibətlərin əsas prioritetlərindən biri kimi gələcək risklərin dəyərləndirilməsi hesabı ilə aparılması razılaşdırılıb. İki ölkə arasında sülh razılaşması əldə olunarsa və Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Transxəzər regionunda ekspansiya planlarını pozacaq və maraqlarının zəifləməsi ilə nəticələnəcək", - deyə Y.Hacıyeva qeyd edib.

Politoloq, həmçinin bildirib ki, son illər münaqişələrin həlləri yolu üçün diplomatik təsirlərin genişləndirilməsi istiqamətində Körfəz dövlətləri qlobal vasitəçilər kimi çıxış edir. Əgər daha əvvəllər belə təşəbbüslər Avropanın bir sıra ölkələri və ya ABŞ-ın adı ilə bağlı idisə, indi artıq körfəz dövlətləri də bu cür addımlarla yadda qalırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri